Namərdliyi kim edir?
21.12.2024 [11:43]
ABŞ-ın ölkəmizdəki səfirliyi yanlış mövqedədir
Hazırda beynəlxalq münasibətlər sistemində dərin böhran mövcuddur. Bu gün dünyada beynəlxalq nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Belə olan halda bir sıra hegemon dövlətlər digər xalqlara münasibətdə öz maraqları baxımından yanaşırlar. Qərbin və onun təsir dairəsində olan beynəlxalq təşkilatların geosiyasi ambisiyalara söykənən maraqları da dünyada ciddi təhdidlər yaradır. Həmin dairələrin yanaşmasında özünü göstərən başlıca tendensiyalardan biri də ikili standartlara əsaslanan mövqedir. Bu baxımdan, bəzi Qərb dövlətləri, xüsusilə ABŞ “öndə” gedir.
Məlumdur ki, ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycan dövləti Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Bu amil, həm də dövlətimizin beynəlxalq münasibətlər sistemində nüfuzunu və mövqelərini gücləndirir. Təəssüf doğuran hal odur ki, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ABŞ da daxil olmaqla bir sıra Qərb ölkələri ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir.
XİN: Keçmişdəki səhvlərdən dərs çıxarmaq gələcək uğurlu addımlar üçün əsas şərtdir
Ötən il Qarabağda antiterror tədbirləri nəticəsində erməni separatizminin kökü kəsildikdən sonra ABŞ tərəfindən ölkəmizə qarşı ədalətsiz addımlar daha da artıb. Həm Konqres, həm də Dövlət Departamenti səviyyəsində verilən bəyanatlar, keçirilən dinləmələr və s. bunun göstəricisidir. Eləcə də Azərbaycanda keçirilən COP29 ərəfəsində və sonra da əsassız hücumlar olub. Bir neçə gün öncə isə ABŞ Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən guya mediaya və vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı fikirlər səsləndirilib. Birləşmiş Ştatların bu yanlış mövqeyi ölkəmizdə etirazla qarşılanır. Müxtəlif siyasətçilər, rəsmi qurumlar, media orqanları tərəfindən tənqidlər səsləndirilir. Lakin ABŞ-ın ölkəmizdəki səfirliyi yenə də əsassız yanaşma ortaya qoyaraq hansısa “namərdlik”dən danışıb.
Lakin ABŞ səfirliyinə cavab özünü çox gözlətməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, əsl “namərdlik” ABŞ-nin “məşhur, dürüst və qərəzsiz” kimi təqdim edilən qurumları tərəfindən yalanın həqiqət kimi göstərilməsi və sırf geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə olunmasıdır. O qeyd edib ki, özünü beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəçisi kimi qələmə verən və bir çox insan hüquqlarını heçə sayan ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir: “Tənqid təzyiq kimi o zaman effektli ola bilər ki, tənqid edənin niyyəti saf, əxlaqı isə üstün olsun. Keçmişdəki səhvlərdən dərs çıxarmaq gələcək uğurlu addımlar üçün əsas şərtdir”.
İcma: İnsan hüquqlarından siyasi məqsədlər üçün sui-istifadə olunmasına son verməyi tələb edirik
Qərbi Azərbaycan İcması da ABŞ-ın Azərbaycandakı səfirliyinin ölkəmizin daxili işlərinə qarışan və böhtan dolu bəyanatını sərt şəkildə qınayıb. Azərbaycana qarşı şər kampaniyasını ölkəmizdə guya söz azadlığı sahəsində olan problemlərin olması ilə izah etməyə cəhd edən ABŞ səfirliyinin diqqətinə çatdırılıb ki, bu təzyiqlərin əsl səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir.
İcmanın bəyanatında qeyd olunub: “ABŞ-ın hazırkı administrasiyası azərbaycanlılara qarşı etnik və dini əsaslarla ayrı-seçkilik siyasəti aparmaqla, ölkələrin ərazi bütövlüyü və suverenliyinə selektiv yanaşmaqla, Ermənistanın deportasiya, etnik təmizləmə, təcavüz və işğal siyasətinə dəstək verməklə insan hüquqlarından danışmaq haqqını itirib. Biz Qərbi Azərbaycan İcması olaraq bu ədalətsiz yanaşmanı, ayrı-seçkiliyi daim hiss edirik. Bundan əlavə, ABŞ səfirliyinin özlərinə gəldikdə nəinki azacıq tənqidə, hətta adi suala belə aqressiv ritorika ilə cavab verməsi onların yeri gəldi-gəlmədi pafosla danışdıqları “söz azadlığı”na, “fikir müxtəlifliyi”nə olan namərdliyini göstərir”.
Qərbi Azərbaycan İcması ABŞ-ın hazırkı administrasiyasından ölkəmizin daxili işlərinə müdaxiləsinə, xalqımıza qarşı ayrı-seçkiliyinə və insan hüquqlarından siyasi məqsədlər üçün sui-istifadəsinə son verməyi tələb edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

