Erməni lobbisinin yuvası - Avropa Parlamenti
21.12.2024 [11:34]
Təşkilatın ölkəmizə qarşı qəbul etdiyi növbəti qətnamə də obyektivlikdən tam uzaqdır
Avropa Parlamenti dekabrın 19-da Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul edib. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif olunur, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatının siyasiləşdirilməsinə cəhd göstərilir. Təşkilat “ənənəsinə” sadiq qalaraq guya Azərbaycanda insan hüquqlarının pozulduğunu, mediaya və vətəndaş cəmiyyətinə təzyiqlər göstərildiyini, ölkədə “siyasi məhbuslar” olduğunu iddia edir.
Milli Məclis: Bu qətnamənin iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur
Sözügedən qətnaməyə Azərbaycanın Milli Məclisi münasibət bildirib. Qeyd olunub ki, Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin olunduğu, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu bir gerçəklikdir. Belə olan halda, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır. Milli Məclis hesab edir ki, bu qətnamənin Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Xüsusilə, süni şəkildə yaradılmış bütün əngəlləri dəf edərək, iqlim dəyişmələri ilə mübarizədə dünya ictimaiyyətinin səylərini birləşdirməyə nail olan ölkəmizin qazandığı uğurlar fonunda bu kampaniyanın müxtəlif “elementlər”lə zənginləşdirilərək daha da genişləndiriləcəyi gözlənilən idi. Bu mənada, azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz “töhfə”sini verməli idi. Qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur.
Ölkələrin daxili işlərinə kobud müdaxilə...
“Müşahidələr onu göstərir ki, Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisidir. Nəticə etibarilə bu cür qətnamələr ölkəmizə qarşı irəli sürülən gizli gündəliklərin, reallaşdırılmağa çalışılan siyasi maraqların əsl mahiyyətini tam şəkildə ortaya qoyur. Avropa Parlamentində aparılan müzakirələr və qəbul olunan sənədlər digər ölkələrin daxili işlərinə kobud müdaxilə alətinə çevrilib. Lakin bu qurum özünün qeyri-obyektiv mövqeyinin və saxta məlumatları rəsmiləşdirən qətnamələrinin artıq heç bir maraq doğurmadığını yaxşıca dərk etməlidir”, -deyə açıqlamada vurğulanıb.
Milli Məclis Avropa Parlamentinin qeyri-obyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd edərək bəyan edib ki, ciddi problemlərlə üzləşmiş Avropa qitəsinin bu gün öz qanunvericilərinin həmin problemlərin həllinə diqqət yönəltməsinə daha çox ehtiyacı var.
Ümumiyyətlə, bu qətnamə Avropa Parlamentinin ölkəmizə qarşı ilk qərəzli sənədi deyil. Müstəqillik dövrümüzdə təşkilat dəfələrlə bu tipli sənədlər qəbul edib. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə də Avropa Parlamenti təcavüzkarın vəkili və ruporu qismində özünü təsdiqləyib. Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul etməyib, əksinə “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı sənədlər qəbul edib.
Avropa Parlamenti korrupsiya girdabında...
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra isə təşkilat ölkəmizə qarşı düşmən mövqeyi sərgiləyir. 44 günlük Vətən müharibəsindən sonra Avropa Parlamentində ölkəmizə qarşı qəbul edən qətnamələrin, belə demək mümkünsə, sayı-hesabı yoxdur. Bundan əvvəlki qətnamə isə oktyabr ayında qəbul olunmuşdu. Həmin qətnamədə də guya ölkəmizdə insan hüquqlarının pozulması, media azadlığının və vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılması iddia olunurdu. Ondan əvəlki qətnamələrdə həm də, Ermənistana və hərbi cinayətkarlara “sonsuz məhəbbət” ifadə olunurdu. Yəni, bu təşkilat erməni lobbisinin yuvasıdır.
Əslində, ötən ilin oktyabrında bu qurumda işğalçı Ermənistanın baş nazirinin yüksək səviyyədə qarşılanması əsl gerçəklikləri ortaya qoymuşdu. Hansı ki, Paşinyan məhz 44 günlük müharibə zamanı ermənilər tərəfindən Gəncədə törədilmiş terror hadisəsinin ildönümündə - 17 oktyabr tarixində çıxış etmişdi. Yəqin ki, bu, təsadüf deyil, Avropa Parlamenti ilə Ermənistanın düşünülmüş addımı idi. Bu faktlar göstərir ki, Avropa Parlamenti bu müharibə cinayətlərini törətmiş Ermənistanla həmrəydir.
Onu da nəzərə almaq lazımdır ki, Avropa Parlamentinin özü korrupsiya yuvasına çevrilib. İndiyə qədər dəfələrlə təşkilatın rəhbərliyində korrupsiya faktlarının aşkara çıxarılması bunu təsdiqləyir. Bu da Avropa Parlamentinin sifarişlər əsasında qətnamələr hazırlamasının bariz nümunəsi kimi qiymətləndirilə bilər. İkili standartlar, selektiv yanaşma, reallıqları gözə almamaq və işğalçıya dəstək artıq çoxdan bu təşkilatın fəaliyyət prinsipinə çevrilib. Bütün bunların fonunda qəbul edilən qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20

