Azərbaycan AQEM-in sədri kimi...
19.12.2024 [09:04]
Ölkəmiz sədrlik dövründə prioritetlərini açıqlayıb
Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Belə təşkilatlardan biri də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir(AQEM).
Ceyhun Bayramov: Sədrliyimizi sülhə, sabitliyə və dayanıqlı inkişafa olan sadiqliyimizə əsaslanaraq quracağıq
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Nazirlər Şurasının 7-ci görüşündə çıxış edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, çıxışında AQEM üzv dövlətlərinə Azərbaycana göstərdikləri etimad və inama görə təşəkkürünü bildirən nazir deyib: “AQEM Sədrliyini Azərbaycan qlobal diplomatiyada “körpü qurmaq” təcrübəsi, çoxtərəfli platformalarda liderliyi, sülhə, sabitliyə və dayanıqlı inkişafa olan möhkəm sadiqliyinə əsaslanaraq quracaq. Azərbaycanın AQEM-ə Sədrliyi təkcə Müşavirənin tarixi deyil, o cümlədən Asiyanın və bütün dünyanın dəyişən geosiyasi və iqtisadi mənzərəsi üçün çox vacib bir anda başlayır. İndi Asiyanın qlobal inkişafda, texnoloji innovasiya və siyasi təsiretmədə aparıcı qüvvə kimi rolu həmişəkindən daha vacibdir. Dünyada çoxqütblülüyün vüsət aldığı və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir zamanda Asiya bu çağırışlara birlik, əməkdaşlıq və ortaq məsuliyyətlə cavab verməlidir. Regionun ən inklüziv dialoq platforması olmaqla, AQEM əməkdaşlığı təşviq etmək və qarşılaşdığımız çağırışların öhdəsindən gəlmək üçün unikal mövqeyə malikdir”.
C.Bayramov bildirib ki, Azərbaycanın Sədrliyi “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcək: “Birincisi, AQEM-in transformasiyası və institusional inkişafı, ikincisi, etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlıq, üçüncüsü, AQEM ilə digər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı əlaqənin təşviqi. Biz son 30 ildə əldə olunmuş uğurlar əsasında AQEM-in tam formalaşmış beynəlxalq təşkilata çevrilməsi ilə bağlı hazırkı keçid prosesini davam etdirəcəyik. Qazaxıstan Sədrliyi dövründə başladılmış və 2022-ci ildə 6-cı AQEM Zirvə Toplantısı tərəfindən təsdiq olunmuş bu proses üzv dövlətlər tərəfindən idarə olunan və konsensus əsaslı qalmaqla, AQEM-i sürətlə dəyişən dünyanın tələblərinə cavab vermək üçün hazırlıqlı olmaq məqsədlərinə yönəldəcək. AQEM-in hüquqi qüvvəyə malik əsas sənədinin işlənib-hazırlanması, habelə onun institusional potensialının və maliyyə müstəqilliyinin gücləndirilməsinə yönəlmiş səylər də Azərbaycan Sədrliyinin vacib prioriteti kimi qalacaq. Sədrliyimiz, həmçinin AQEM Katibliyinin funksional imkanlarının gücləndirilməsinə diqqət yetirəcək. Bu məqsədlə Azərbaycan Katibliyə həm maliyyə töhfəsi, həm də işçi heyətinin təmin olunması vasitəsilə dəstək göstərəcək. Biz bütün üzv dövlətləri həm maliyyə, həm də əyani yardımla Katibliyin işinə dəstək göstərməyə çağırırıq. Həmçinin biz Katibliyin statusunun, habelə AQEM Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında Konvensiyanın ratifikasiyasını təşviq etməyə davam edəcəyik. Azərbaycan, o cümlədən AQEM Maliyyə Zirvəsinin təsis olunmasını dəstəkləyir və bununla bağlı ekspertlər səviyyəsində aparılmış mühüm işlər əsasında konsensusun əldə olunması məqsədilə çalışacaq”.
20-dən çox tədbir planlaşdırılır
Etimad quruculuğunun AQEM prosesinin əsasını təşkil etdiyini vurğulayan nazir əlavə edib: “Müsbət təcrübənin əsasında Azərbaycanın Sədrliyi mövcud etimad quruculuğu tədbirlərinin səmərəliliyi və təsirinin genişləndirilməsini prioritetləşdirəcək, həmçinin əməkdaşlığın dərinləşdirilməsi üçün yeni, innovativ həll yollarını nəzərdən keçirəcək. Bu xüsusda biz mühüm mövzular kimi bağlantılar, rəqəmsallaşma və dayanıqlılığa diqqət göstərəcəyik”. 2025-ci ildə Müşavirənin 5 ölçüsü üzrə Sədrliyin 20-dən çox tədbiri planlaşdırılır. Sədrlik üzv dövlətlər, etimad quruculuğu üzrə əlaqələndiricilərlə Biznes və Gənclər üzrə şuralar, Beyin Mərkəzləri Forumu və Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi kimi müvafiq AQEM orqanları arasında qarşılıqlı əlaqənin inkişafı istiqamətində səy göstərəcək. Bu yanaşma etimad quruculuğu tədbirlərinin səmərəliliyinin gücləndirilməsinə və AQEM-daxili birliyin təşviqinə yönəlib. Sədrlik iqtisadi ölçü üzrə nəqliyyat bağlantıları, kiçik və orta sahibkarlığın təşviqi, qadın sahibkarlığı və yaşıl iqtisadiyyat mövzularını prioritetləşdirəcək.
Azərbaycan AQEM-ə 2024-2026-cı illərdə sədrlik edəcək
Xatırladaq ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında verilmiş tövsiyəyə uyğun olaraq, AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan 2024-2026-cı illər üzrə təşkilatın sədri seçilib. Qərara əsasən, sədrlik çərçivəsində ölkəmizin 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət Başçılarının Şurasına (Sammit) ev sahibliyi etməsi nəzərdə tutulub.
Qeyd edək ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci il tarixində Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Təşəbbüsün məqsədi, Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat yaradılmasıdır. Azərbaycan AQEM çərçivəsində fəal əməkdaşlıq edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyasını yerinə yetirməkdədir.
AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbəredici prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır. Təşkilatın 2022-ci ildə keçirilmiş Astana Sammitində AQEM-in tamhüquqlu regional beynəlxalq təşkilata transformasiyası ilə bağlı prosesə start verən “AQEM-in Transformasiyasına dair Astana Bəyanatı” qəbul edilib.
Hazırda təşkilatın 28 üzvü var. Bundan əlavə, 10 ölkə, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk PA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər. AQEM-in inzibati orqanı Astana şəhərində yerləşən və onun gündəlik fəaliyyətini əlaqələndirən Katiblikdir. AQEM-in fəaliyyətinin istiqamətləndirilməsi və prioritetlərinin müəyyənləşdirilməsi sədr ölkə tərəfindən həyata keçirilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

