Xəzər rayonunun ən iri səhiyyə ocağı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
11.04.2013 [17:16]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə tanış olub
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan seçilmiş deputatı Mehriban Əliyeva aprelin 10-da Mərdəkan qəsəbəsində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ilə tanış olub.
Mehriban xanım Əliyevaya məlumat verilib ki, xəstəxana 1983-cü ildə Ulu öndər Heydər Əliyevin iştirakı ilə istifadəyə verilib. Həmin gündən ötən dövr ərzində xəstəxana və onun nəzdindəki uşaqlar və böyüklər üçün poliklinikaların əsaslı təmirə ehtiyacı yaranıb. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Proqramı çərçivəsində bu səhiyyə ocağında da 2011-ci ilin iyul ayından əsaslı təmir işlərinə başlanılıb.
Qeyd olunub ki, xəstəxana Xəzər rayonu ərazisindəki ən iri səhiyyə ocağıdır və ümumi ərazisi 4 hektardır. Beşmərtəbəli bina 140 çarpayılıqdır və burada əhaliyə 614 nəfərlik tibbi heyət xidmət göstərəcək.
Xəstəxanada uşaq, cərrahiyyə, anesteziologiya, reanimasiya, ginekologiya, doğuş, sinir və daxili xəstəliklər, təcili yardım şöbələri, qadın məsləhətxanası fəaliyyət göstərəcək. Tibb müəssisəsi Almaniya istehsalı olan ən keyfiyyətli avadanlıq ilə təchiz olunub.
Əsaslı təmirdən sonra yüksək səviyyədə qurulan poliklinikalarda 27 min uşağa və 45 min böyüyə keyfiyyətli tibbi xidmət göstəriləcək. Bu poliklinikaların xidmətindən Mərdəkan ilə yanaşı, Şüvəlan, Şağan və Qala qəsəbələrinin əhalisi də istifadə edəcək. Həmçinin diqqətə çatdırılıb ki, məhz bu xəstəxana Xəzər rayonunda fəaliyyət göstərən tibb müəssisələrini yemək və dərman preparatları ilə təmin edir.
Azərbaycanın birinci xanımı xəstəxananın kollektivi ilə görüşüb, səhiyyə ocağının istifadəyə verilməsi münasibətilə onları təbrik edib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin də təbriklərini onlara çatdırıb. Əsaslı təmirdən sonra xəstəxanada həm əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsi, həm də həkimlərin fəaliyyəti üçün gözəl şərait yaradıldığını qeyd edən Mehriban xanım Əliyeva Bakıətrafı qəsəbələrdə geniş abadlıq-quruculuq işlərinin məmnunluq doğurduğunu deyib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

