Milli Məclisin iclasında 15 məsələ müzakirə olunub
11.12.2024 [10:54]
Dekabrın 10-da Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 15 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova dekabrın 7-də Milli Məclisdə keçirilmiş Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən beynəlxalq konfrans haqqında fikirlərini bildirib. Onun sözlərinə görə, tədbirdə Milli Məclisin deputatları, Türkiyə, Rusiya, Pakistan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarus, İraq, Efiopiya, İndoneziya, Malayziya parlamentlərinin və TürkPA, MDB-nin Parlamentlərarası Assambleyası kimi beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsi iştirak edib. Konfransda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusu ətrafında müzakirələr aparılıb, 27 nəfər çıxış edib.
Bundan əlavə, tədbir çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda Beynəlxalq dəyirmi masa keçirilib. “Parlamentlərin ictimai diplomatiyada rolu” və “Parlamentlərin fəaliyyətində rəqəmsal texnologiyalar və kütləvi informasiya vasitələrinin rolu” mövzuları ətrafında fikir mübadiləsi də aparılıb.
Spikerin sözlərinə görə, konfrans çərçivəsində Türkiyə, Pakistan, Qazaxıstan, Tacikistan parlamentlərinin təmsilçiləri ilə ikitərəfli görüşlər də keçirilib. “Hesab edirəm ki, konfrans parlamentlərarası dialoqun və qarşılıqlı əlaqənin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Konfrans iştirakçılarının Zəfər parkına getməsi, Heydər Əliyev Mərkəzi ilə tanış olması, işğaldan azad edilmiş əraziləri - Füzuli, Şuşa, Xankəndi və Xocalını ziyarət etməsi onların Azərbaycan reallıqlarına daha yaxından bələd olmasına şərait yaratdı”,- deyə S.Qafarova qeyd edib.
Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Deputat Naqif Həmzəyev bildirib ki, Azərbaycanın inkişafını və yaratdığı yeni reallıqları qəbul etmək istəməyən xarici qüvvələrin və sapı özümüzdən olan “baltaların” planları hər zaman iflasa uğrayacaq. Onun sözlərinə görə, Azərbaycanın dünya səviyyəsində nüfuzunu artıran mühüm beynəlxalq tədbirlərdən biri də COP 29-un ölkəmizdə keçirilməsi oldu: “Bu tədbir, Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə fəal iştirak etdiyini və ekoloji problemlərin həlli istiqamətində beynəlxalq tərəfdaşlıqda önəmli mövqe tutduğunu nümayiş etdirdi. Konfransın nəticələri, həm yerli, həm də qlobal səviyyədə, ekoloji sabitliyin təmin olunmasına töhfə verəcəyindən əminik”.
Millət vəkilinin fikrincə, bütün bu nailiyyətlər Azərbaycanın davamlı inkişafını və beynəlxalq miqyasda tanınmış etibarlı tərəfdaş imicini möhkəmləndirdiyini bir daha sübut edir.
Deputat Bəhruz Məhərrəmov çıxışında bildirib ki, bu gün dünyanın harasında işğal və təcavüz varsa, bu, demokratiya və insan haqları adı ilə pərdələnir. Son vaxtlar bəzi Qərb ölkələrinin səfirləri bu prosesdə aktivləşib, amma 30 il, bir milyon azərbaycanlının haqqını görməzdən gələnlər hansısa vətəndaşın müdafiəsində nə qədər səmimi ola bilər? “Ona görə heç kim bizə nağıl danışmasın. Bu gün insan hüquqlarının ən səmimi müdafiəçisi 1 milyon məcburi köçkünün təməl haqlarını bərpa etmiş, 350 minlik Qərbi azərbaycanlının haqlarının müdafiəsinə qalxan, müstəmləkəçiliklə mübarizəyə liderlik edən Azərbaycan və onun Prezidenti İlham Əliyevdir”, -deyə millət vəkili vurğulayıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə qeyd edib ki, Gürcüstanda gedən geosiyasi mübarizə yalnız bir ölkə deyil, Qafqazın “ələ keçirilməsi” uğrundadır: “Qarabağ zəfəri ilə təhlükəsizliyini və beynəlxalq mövqeyini gücləndirən Azərbaycanın əhatə olunduğu regionda qeyri-sabitlikdir, toqquşmalar və silahlı qarşıdurmalar baş verir. Xalqımız uzun illər geosiyasi müharibələrdən əziyyət çəkdiyi üçün qazandığı tarixi qələbənin, Böyük Qayıdışın qədrini bilir. Yerləşdiyimiz bölgədə təhlükələrdən qorunmağın yalnız bir alternativsiz yolu var. Azərbaycan Prezidenti İlham Əliyev beynəlmiləl toqquşmaların poliqonuna çevrilməmək üçün ölkəmizi nə Qərbin, nə də qonşuların forpostuna çevirib, hakmiyyəti zorla dəyişmək planlarını iflasa uğradıb”.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə deyib ki, COP29-un təhlükəsizlik tədbirlərində Azərbaycan dövləti ev sahibi kimi təşkilatçılıq məsələsinin ən vacib elementindən olan təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirib: “Bütün dünya etiraf etdi ki, biz COP29-u ən yüksək səviyyədə təşkil etdik. Təbii ki, onu da göstərdik ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının dəstəyi ilə həyata keçirdiyi daxili, eləcə də xarici siyasət müstəqil və davamlıdır”.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub.
Əvvəlcə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” qərar layihəsinə baxılıb. Layihəyə əsasən, Komissiyanın yeni üzvləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, deputat Əminə Ağazadə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev olub. Qeyd edək ki, Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Prezidenti tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Sonra Miqrasiya Məcəlləsində, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişikliklər üçüncü oxunuşda qəbul olunub.
Millət vəkilləri gündəlikdə olan digər məsələləri də müzakirə ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54

