Təbriz mediası Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib
10.12.2024 [16:59]
Təbrizin “Nasr” və “Asaxəbər” qəzetlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Təbrizdəki baş konsulluğu tərəfindən hazırlanan məqalədə qeyd olunur: “1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrdə baş verən tənəzzülün qaşısını aldı. Məhz onun sayəsində milli iqtisadiyyatımız sürətli və davamlı inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev otuz ildən artıq bir dövrdə xalqımızın rifahı naminə misilsiz xidmətlər göstərib, yenicə müstəqilliyini bərpa edən respublikamızı parçalanmaqdan xilas edib”.
Təbrizli oxucuların diqqətinə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük və danılmaz xidmətləri var. Dahi siyasətçi müasir və müstəqil Azərbaycan dövlətinin qurucusudur. Belə ki, müasir Azərbaycan tarixinin böyük bir dövrü və ən şanlı səhifələri Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycanın gələcəyi, xalqının rifahı yolunda atdığı cəsarətli addımlarının tarixi isə hələ sovetlər dönəmindən başlayıb. O, Azərbaycanın istedadlı gənclərini SSRİ-nin nüfuzlu universitetlərində təhsil almağa göndərir, yüksək intellektə malik, qabiliyyətli kadr potensialını formalaşdırdı. Ulu Öndər ölkəmizin tarixində, mədəniyyətin inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atır, mənəvi sərvətlərimizə sahib çıxırdı.
Məqalədə Ulu Öndərin əsasını qoyduğu neft strategiyası, “Əsrin müqaviləsi” haqqında məlumat verilib. Qeyd olunub ki, Heydər Əliyev öz şəxsi nüfuzu, uzaqgörən siyasəti ilə dünyanın iri neft şirkətlərini Azərbaycan Respublikası ilə əməkdaşlığa cəlb etdi.
Yazıda bu siyasətin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin səyləri ilə uğurla həyata keçirilən irimiqyaslı neft-qaz və infrastruktur layihələri, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində imzalanan sazişlər haqqında ətraflı məlumat verilib. “Ulu Öndərin reallaşan arzusu Bakı-Tbilisi-Qars infrastrukturu kimi uzaq məsafələri yaxınlaşdırmağa xidmət etdi. Zaman göstərir ki, İpək Yolunun bərpası ideyasını irəli sürən Heydər Əliyev şəxsiyyətinin rolu təkcə regional yox, həm də qlobal əhəmiyyətə malikdir. Yeri gəlmişkən, Bakının 2024-cü il noyabrın 11-22-də ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İranın rəsmi nümayəndə heyətinin iştirakı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mehriban qonşuluq münasibətlərinin təzahürünün daha bir təsdiqidir”, -deyə məqalədə vurğulanır.
Məqalədə bildirilir ki, Ulu Öndərin ən böyük arzularından biri də Ermənistanın işğal etdiyi torpaqları düşmən tapdağından azad etmək idi. Dahi rəhbər illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.
Materialda vurğulanır ki, Ümummilli Liderin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən-ilə güclənir. Beynəlxalq aləmdə mövqeyimiz daha da möhkəmlənir. İqtisadi gücümüz, rəşadətli ordumuz var. Qarabağın döyünən ürəyi - Şuşa azaddır. Üçrəngli Azərbaycan Bayrağı azad Qarabağımızda qürurla dalğalanır. Ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan “Dəmir yumruq” kimi birləşən xalqı ilə birgə addımlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu möhtəşəm Zəfər qazanmaqla Ulu Öndərin milli və dövlətçilik arzularını reallığa çevirdi.
Məqalənin sonunda vurğulanır: “Torpağına, yurduna, xalqına candan bağlı olan Ulu Öndər güclü Azərbaycan naminə möhkəm təməl yaratdı, zəngin təcrübəsi, uzaqgörən siyasəti ilə müstəqilliyimizi qorudu və yaşatdı.
Bu gün Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoyan Heydər Əliyevin xatirəsini bir daha ehtiramla yad edir. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş edən Heydər Əliyevin görmək istədiyi müstəqil Azərbaycan ən yeni çağlarını yaşayır. Bu, onun ən böyük arzusu idi. Azərbaycan müstəqildir. Heç kimdən asılı deyil və milli maraqlarını hər zaman uca tutur”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

