/ / Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu Azərbaycanın davamlı tərəqqisini təmin etməyə yönəlib
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu Azərbaycanın davamlı tərəqqisini təmin etməyə yönəlib
05.04.2013 [12:57]
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu Azərbaycanın davamlı tərəqqisini təmin etməyə yönəlib.
Bu sözləri Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının baş redaktoru Ceyson Con nəşrin Azərbaycana həsr olunmuş növbəti xüsusi buraxılışının təqdimat mərasimindəki çıxışında deyib.
AzərTAc çıxışın mətnini təqdim edir.
- “The Business Year-Azerbaijan 2013” jurnalının təqdimat mərasimində iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Bu, bizim Azərbaycana həsr etdiyimiz üçüncü nəşrimizdir və ölkənin iqtisadiyyatı ildən-ilə inkişaf etdiyi kimi, bizim Azərbaycan ilə bağlı nəşrimizin sayı da artır. Hər il olduğu kimi, bu il də biz Azərbaycanın gələcəyini formalaşdıran dövlət sektorunun və özəl bölmənin liderlərinin fikirlərini nəşr etməyə çalışmışıq.
Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdən etibarən və Prezident İlham Əliyevin hakimiyyətdə olduğu indiki dövrdə ölkə sürətli iqtisadi inkişaf mərhələsini yaşayır. Sovet iqtisadi modelinin məhdudiyyətlərindən xilas olan Azərbaycan bazar iqtisadiyyatına doğru sürətlə irəliləyərək regional və qlobal iqtisadi və geosiyasi uğurlar qazanmışdır. Təkcə son 5 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 milyard dollardan 25 milyard dollara çatmışdır. Cənubi Qafqazın iqtisadiyyatında Azərbaycan iqtisadiyyatının payı 80 faizdən artıqdır. Postsovet məkanında Azərbaycan əhalinin həyat səviyyəsinin yüksəkliyinə görə ən uğurlu ölkədir. İndi Azərbaycan orta gəlirli iqtisadiyyata malik bir ölkədir. Yaxın 10 ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkə statusuna malik olacaqdır. Beləliklə, Azərbaycan inkişaf etmiş bazar iqtisadiyyatına malik olmağa çalışan Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi yüksək gəlirli ölkələr sırasına qoşulur.
İqtisadi uğur qazanmaq heç də bir çoxlarının düşündüyü kimi asan məsələ deyildir. Baxmayaraq ki, Azərbaycan neft və qazdan əldə etdiyi gəlirləri iqtisadiyyatının inkişafına sərf edir, “holland sindromu” yaşamamaq üçün yenə də ehtiyatlı olmaq lazımdır. İqtisadiyyatın şaxələndirilməsi neft və qaz sənayesindən əldə edilən gəlirin real iş yerləri və ölkənin real gələcəyini təmin etmək üçün əsas yoldur. Bu baxımdan Azərbaycan çox yaxşı iş görmüşdür. Son illərdə artan ümumi daxili məhsul təkcə neft-qaz gəlirləri vasitəsilə deyil, həm də qeyri-neft sənayesinin inkişafı yolu ilə əldə edilmişdir. Lakin qeyri-neft sahəsinin inkişafını davam etdirmək aktual olaraq qalır. Bu inkişaf təkcə bütün sənaye sektorlarını deyil, həm də bütün regionları əhatə etməlidir.
Şəhər-kənd təzadı problemi kommersiya kapitalının kiçik bazarlarda üstünlük təşkil etdiyi ölkələrin rastlaşdığı əsas problemlərdən biridir. Onun infrastruktur, xidmət və iş sahələri üzərində yaratdığı təzyiq sabit iqtisadi inkişafı təhlükə altına salır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu Azərbaycanın davamlı tərəqqisini təmin etməyə yönəlmişdir. İqtisadiyyatın bütün sahələrin inkişafının təmin edilməsi vacibdir. İnkişaf həm də Azərbaycanın sürətlə dəyişən qlobal dünyada rəqabətə davam gətirməsi üçün prioritetdir. 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi Azərbaycan hökumətinin xalqı gələcəyə necə hazırlamasına nümunədir. Cari ilin ilk rübündə “Azərspace” telekommunikasiya peykinin orbitə buraxılması bunu xüsusilə aşkar göstərir. Turizm, kənd təsərrüfatı və nəqliyyat kimi digər sahələr də diqqətdən kənarda qalmamışdır. Biz Azərbaycanda iqtisadi fəaliyyətin bu və ya digər sahəsində çalışacaq kadrların hazırlandığını görürük.
Yerli maliyyə sektoru, xüsusilə bank sahəsi gələcəyin çətinliklərinə hazırlanmışdır. Bankların artan kapital tələbləri 2014-cü ilin əvvəlində bu sahədə inkişaf və tarazlığın möhkəmlənməsinə səbəb olacaqdır. Bu cür dəyişikliklər Azərbaycanın yerli kapital bazarında fəallığın artmasına, xüsusilə də korporativ istiqrazlar və səhm bazarında inkişafa gətirib çıxaracaqdır. İqtisadiyyatın dayanıqlı inkişafını təmin etmək üçün Azərbaycan həm daxildə, həm də xaricdə qabaqcıl kapital bazar təsisatlarına malik olmalıdır.
Əminliklə demək olar ki, beynəlxalq birliyin üzvü kimi Azərbaycan öz gələcəyini təmin edəcəkdir. Azərbaycan Avropa enerji təhlükəsizliyinin vacib seqmentinə çevrilməkdədir. Yeni qaz kəmərləri müəyyənləşdikcə Azərbaycan 2013-cü ildə əlaqələrini necə inkişaf etdirəcəyini də özü müəyyənləşdirəcəkdir. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu ölkənin nüfuzunu xeyli artırmışdır. 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi onun beynəlxalq statusunu daha da möhkəmləndirəcəkdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü və beynəlxalq təşkilatlarda fəal iştirakı da bu strategiyanın bir hissəsidir.
Onu da deyim ki, 20 il əvvəl Azərbaycanın qısa müddət ərzində bu qədər inkişaf edəcəyini düşünmək qeyri-mümkün idi. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uzunmüddətli inkişaf strategiyasının son 10 ildə indiki iqtidar tərəfindən uğurla davam etdirilməsi öz bəhrələrini vermişdir. İqtisadi inkişaf və uğur yolu uzun və mürəkkəbdir. Azərbaycan xalqının gələcəkdən gözlədiyi çox şey vardır. Ümidvaram ki, gələn il yenidən görüşəcək, Azərbaycanın daha böyük uğurlarından danışacağıq.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

