Sülhə nə qaldı?
07.12.2024 [10:37]
Azərbaycanın şərtlərinə əməl ediləcəyi təqdirdə...
Maddələr razılaşdırılır...
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, sülhün əldə edilməsi Cənubi Qafqaz üçün yeni üfüqlər yaradır. Bu amil mühüm bir mərhələdə - dünyada yeni nizam qaydaları formalaşdığı bir dövrdə regionumuzun sabit və inkişafa yönəlik üstünlüklərini göz önünə çıxaracaq və təsdiqləyəcək. Təbii ki, ötən dövrdə bu istiqamətdə atılan addımlar, irəli sürülən təkliflər Azərbaycanın təşəbbüsü ilə ortaya çıxıb - sülh prosesinin məntiqi nəticəyə yaxınlaşması, ikitərəfli təmaslar sayəsində müəyyən irəliləyişlərə nail olunması isə daha çox Ermənistan üçün perspektiv vəd edir. Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması üçün əsasa çevrilir. Bu isə Ermənistan üçün olduqca mühümdür - bu ölkə məhz Azərbaycanla münasibətlərin normallaşması nəticəsində regionun ümumi inkişaf tempinə inteqrasiya edə biləcək.
Ermənistan rəsmiləri “sülh yaxındır” deyir...
Sülh prosesinin indiki məqamında isə nəticəyə yaxınlıq hiss edilməkdədir - bu istiqamətdə müzakirələr daha da intensivləşib. Verilən açıqlamalar da onu göstərir ki sülh çox uzaqda deyil. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, İrəvan və Bakı sülh sazişi layihəsinin mətninin 90 faizini razılaşdırıblar. O qeyd edib ki, prosesin başa çatdırılması və sözügedən sənədin imzalanması üçün qarşıda tərəfləri ciddi iş gözləyir.
Maltada ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan isə bildirib ki, Azərbaycan və Ermənistan sülh mətninin preambulası və 17 maddəsindən 15-i üzrə razılığa gəlib. O qeyd edib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir.
Ermənistan parlamentinin rəhbəri Alen Simonyan sülh müqaviləsi prosesinin hansı mərhələdə olduğu sualını cavablandırarkən bildirib ki, sülh müqaviləsi layihəsi üzrə müzakirələr davam edir, proses təklif-müzakirə məntiqi ilə irəliləyir. “Proses dayanmayıb. COP29-un Bakıda keçirilməsi ilə əlaqədar olaraq, Azərbaycan tərəfi danışıqlarda fasilənin işin çoxluğu ilə əlaqədar olduğunu bildirdi. Amma biz müsbət mərhələdəyik və təklif-müzakirə-təklif məntiqindəyik. Müsbət dinamika var”, - deyə Simonyan vurğulayıb.
Sülhlə bağlı Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan da fikirlərini bölüşüb - bildirilib ki, sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycanla danışıqlar dalana dirənməyib. Erməni deputatın sözlərinə görə, danışıqlar prosesi davam edir.
Azərbaycanın mövqeyi...
Beləliklə, prosesin uğurla davam etməsi ilə bağlı yayılan xəbərlər həm də mühüm nəticələr üçün ümid yaradır. Artıq Ermənistan rəhbərliyi anlayır ki, bu məsələdə Azərbaycanın iradəsi əsas şərtdir - ölkəmizin beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan şərtləri regionun təhlükəsiz gələcək inkişafı üçün əsasdır. Əbədi sülhün formalaşması üçün isə ən vacib şərt Ermənistanın uzun illərdir ki, davam edən əsassız iddialarından geri çəkilməsi, paralel olaraq ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı mövqeyini açıqlamasıdır. İrəvan yalnız rəsmi şəkildə Konstitusiyasında dəyişiklik etməklə sülh prosesinin ardıcıllığını təmin edə bilər - bu, gələcək kataklizmlərin yaranması ehtimalını da indidən aradan qaldırmış olur. Ermənistan Konstitusiyası dəyişmədikcə bu ölkənin Azərbaycana qarşı ərazi iddialarının hər an eskalasiyaya çevrilmə təhlükəsi var. Beləliklə, yaxın zamanda bu dəyişikliyin edilməsi perspektivi sülhü də yaxınlaşdıran amil kimi çıxış edəcək.
Əməlinin cavabını verməlidir...
Azərbaycanın sülhlə bağlı mövqeyi isə sırf beynəlxalq qanunvericiliyə əsaslanır - ölkəmiz bütün məsələlərin ən xırda detallarına qədər araşdırılmasını istəyir. 30 il ərzində Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət, ərazilərimizin dağıdılması, erməni barbarlığı, şəhər və kəndlərimizin yer üzündən silinməsi, mədəni, dini abidələrimizə qarşı soyqırımı siyasətinin tətbiqi, ərazilərimizin minalanması və bu kimi onlarla cinayətkar əməllər ortaya çıxmalı, hüquqi qiymətini almalıdır. Təsadüfi deyil ki, bu həqiqətlərin tam şəkildə ortaya çıxması yönündə də Azərbaycan bir neçə istiqamətdə iş aparır - nəticə etibarı ilə bütün dünya ermənilərin törətdiklərini görür. Səmimi sülhün əldə olunması üçün bu kimi suallar öz cavabını tapmalıdır. Ermənistan 30 il ərzində törətdiyi cinayətkar əməllərə görə həm mənəvi, həm də maddi borcunu ödəməlidir...
Həm sülh deyir, həm də...
Amma nəzərə alınmalıdır ki, qarşıdakı Ermənistandır - manipulyasiyanı özünün “milli kredosu”na çevirmiş Ermənistan bir tərəfdən sülh haqqında danışır, digər tərəfdən yenə də aktiv şəkildə silahlanır. İrəvan Hindistandan və Fransadan aldığı silahlardan sonra indi də Yunanıstanın köhnə və “qeydiyyatdan çıxarılmış” silah-sursatını ölkəsinə “daşımağa” meyllənir. Bu fəaliyyət isə Ermənistanın siyasi rəhbərliyinin sülh ritorikası ilə düz gəlmir - Ermənistan anlamaldır ki, silahlanma həm sülh prosesini, həm də bu ölkənin gələcək üçün ümidlərini zərbə altında qoya bilər...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

