/ / Roma Opera Teatrında Cüzeppe Verdinin “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni quruluşda nümayişi olub
Roma Opera Teatrında Cüzeppe Verdinin “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni quruluşda nümayişi olub
08.03.2013 [17:22]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva operanın yeni quruluşda premyerasına tamaşa edib
AzərTAc xəbər verir ki, martın 6-da Roma Opera Teatrında Cüzeppe Verdinin “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni quruluşda nümayişi olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva operanın yeni quruluşda premyerasına tamaşa edib.
Mehriban xanım Əliyevanı Roma Opera Teatrının idarə heyətinin sədri, İtaliya paytaxtının meri Covanni Alemanno qarşılayıb.
Roma opera teatrı 1880-ci ildə açılıb. Məhz bu teatrda Ciakomo Puççininin “Toska”, Pyetro Maskanyinin “Maskalar” və digər tanınmış bəstəkarların operalarının premyeraları olub. Bu səhnədə Cemma Bellinçoni, Hariklea Darkle, Antonio Kotonyi, Enrike Karuzo, Tito Skipa, Mersedes Lyopart kimi görkəmli ifaçılar çıxış ediblər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva teatrın direktoru Kapello De Martino, Roma Opera Teatrı Fondunun prezidenti xanım Daniella Traldi, İtaliyanın müdafiə naziri Giampaolo Di Paola, İtaliya Konstitusiya Məhkəməsinin sədri Franko Qallo, parlament məsələləri üzrə nazir Dino Piero Giarda və İtaliyanın digər ictimai-siyasi xadimləri ilə görüşüb. Azərbaycan ilə İtaliya arasında müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafından məmnunluq ifadə olunan görüşdə Heydər Əliyev Fondunun ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verdiyi vurğulanıb.
Sonra operanın vətəni sayılan İtaliya paytaxtında Rikardo Mutinin dirijorluğu ilə Cüzeppe Verdinin “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni quruluşda təqdimatı olub.
Lord Bayronun eyniadlı tragediyası əsasında yazılan əsər ilk dəfə 1844-cü ildə məhz Romada “Arcentino” teatrında səhnələşdirilib. Operanın əsas qəhrəmanları Françesko Foskari, Yakopo Foskari, Lukretsiya və Loredanodur. Hadisə 1457-ci ildə Venesiyada baş verir. Bayronun bu tragediyası zahirən az effektli görünsə də, psixoloji dərinlikləri ilə fərqlənir. Buradakı ziddiyyətlər əsas qəhrəmanların düşdüyü vəziyyəti açmağa imkan verir. Operada sevgi intriqası yoxdur, onun əsas məzmununu siyasi mübarizənin qurbanına çevrilən Foskari nəslinin faciəvi taleyi təşkil edir. Əsərdə əsas diqqət lirik səhnələrə yönəlib. İlk dəfə olaraq məhz bu operada Cüzeppe Verdi üç aktdan ibarət struktura müraciət edib. Operanın kompozisiyasına gəlincə isə 1-ci və 3-cü pərdədə hadisələr bir-birini sürətlə əvəzləyir, 2-ci pərdə isə əsərin lirik xarakterinin açılmasına xidmət edir. Operanın yekun akkordu faciəvi gücünə görə Verdinin digər əsərlərindəki musiqidən çox fərqlənir və bəstəkarın yaradıcılığının zirvəsi hesab edilir.
“Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni quruluşda təqdimatı tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Sonra Azərbaycanın birinci xanımı London, La-Skala, Filadelfiya, hazırda isə Çikaqo simfonik orkestrinin dirijoru Rikardo Muti ilə görüşüb. Dünyanın ən görkəmli dirijorlarından olan maestro Roma Opera Teatrının da fəxri dirijorudur və bu sənət məbədində ən böyük premyeralarda orkestrə rəhbərlik edir.
Günün sonunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə Roma Opera Teatrının idarə heyətinin sədri, Roma şəhərinin meri Covanni Alemanno tərəfindən şam yeməyi verilib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

