Afrika xalqları Bakıda müstəmləkəçiliyə qarşı birləşir
22.11.2024 [10:38]
Azərbaycan neokolonializmdən əziyyət çəkən xalqlara dəstəyini artıracaq
Müstəmləkəçilik və ya kolonializm qəsbkar dövlətlərin müxtəlif xalqlara qarşı işğalçı siyasətinin təzahürüdür. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu Qərb ölkələri tərəfindən törədilib. Bu baxımdan, Fransa digərlərindən “öndə” gedir. Milyonlarla afrikalı da Qərb ölkələrinin müstəmləkə siyasətinin qurbanı olub.
Fundamental insan hüquqlarının tapdanması isə müasir dövr müstəmləkəçiliyinin ən ağır təzahürüdür. Təzad bundan ibarətdir ki, müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin təməl prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, məhəl qoymurlar. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir.
Fransa əsarətində saxladığı ölkələrin suverenliyinin məhdudlaşması, yeraltı və yerüstü sərvətlərinin talanması ilə yanaşı, fundamental insan hüquqlarının tapdanmasını ən ağır təzahürlər kimi adiləşdirib, özünün dövlət siyasətinə çevirib. Neçə illərdir ki, Mayot adasının sahibi olan Qəmər Adaları İttifaqı Fransanın müstəmləkə hakimiyyəti altında boğulur, bir çox ölkələr, o cümlədən, Qoşulamama Hərəkatı İttifaqın Mayot adası üzərində suverenliyini dəstəkləyən sərt bəyanatlar verib. Fransanın nəzarətində olan 190 min nəfər əhaliyə malik bu adanın suverenliyi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən tanınıb. Fransa isə beynəlxalq hüquqa hörmət qoymayaraq müstəmləkəçilik siyasətindən əl çəkmir, Mayot Adasının suverenlyini boğur, irtica siyasətini davam etdirir. Belə faktların sayını kifayət qədər artırmaq mümkündür.
Azərbaycan bu problemlə bağlı prinsipial mövqe nümayiş etdirir və Fransa kimi ölkələrin müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Yeri gəlmişkən, Bakıda COP29 çərçivəsində müstəmləkəçiliyə və neokolonializmə qarşı tədbirlər keçirilib. Tədbirlərdə Fransa kimi ölkələrin müstəmləkə siyasətindən əziyyət çəkən xalqların nümayəndələrinə haqq səslərini ucaltmaq imkanı yaradılıb.
Qeyd edək ki, Afrika ölkələrinin nümayəndələri də Bakıda yeni müstəmləkəçilik təzahürlərini və onun qarşısının alınması üçün birgə tədbirləri, əməkdaşlıq layihələrinin həyata keçirilməsini, həmçinin metropoliyaların müstəmləkə siyasəti nəticəsində ətraf mühitə və insan sağlamlığına dəymiş ziyanı müzakirə ediblər. Bu məsələlər Bakı Təşəbbüs Qrupunun nümayəndələri ilə görüşdə müzakirə olunub.
Görüşdə Mali, Toqo, Cibuti, Nigeriya, Kenya, Konqo Demokratik Respublikası və Mavritaniyadan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər və hüquq müdafiəçiləri iştirak ediblər. “Paix & Lait” (Cibuti) təşkilatının sosial inkişaf üzrə mütəxəssisi Əbdülsəməd Səid Arrenin sözlərinə görə, müstəmləkə irsi müstəqillik əldə etdikdən sonra da bu ölkələrin inkişafına təsir göstərməyə davam edir: “Biz ədalət və bərabərliyə əsaslanan sosial tərəqqi üzərində işləməliyik”. “Biz ekologiyaya və gələcəyimizə ziyan vurmaqla istismar edilməyə davam edən təbii sərvətlərimizi qorumaq üçün səylərimizi birləşdirməliyik. Beynəlxalq korporasiyaların real məsuliyyətə cəlb edilməsinin vaxtı çatıb”. Bu fikirləri isə müstəmləkəçilikdən zərər çəkmiş Konqo Demokratik Respublikasının Ətraf Mühitin və Qorunan Ərazilərin Müdafiəsi Cəbhəsinin proqram direktoru Makelele Kauçu Alen Bisimva bildirib.
İnkişaf və Ağacların Qorunması və Bərpası naminə Təşkilatın (ASRAD) meneceri Fatumata Djire deyib ki, Azərbaycanın COP29-da neokolonializm mövzusunu da diqqətdən kənarda qoymaması təqdirə layiqdir. Onun sözlərinə görə, COP29 iqlim dəyişikliyinə həsr olunsa da, tədbirdə neokolonializm mövzusunu qaldırmaq hər dövlətin bacardığı iş deyildi: “Azərbaycanı COP29 təşkilatçılığına görə təbrik edirəm. BTQ bizə çox dəstək oldu. Azərbaycanın Qoşulmama hərəkatına sədrliyini də alqışlayıram. Bir dövlətin başqa dövlətin suverenliyi üçün bu cür can atması təqdirə layiqdir”.
Bütövlükdə, Azərbaycanın bu istiqamətdəki fəaliyyəti müstəmləkəçilikdən əziyyət çəkmiş xalqlar tərəfindən təqdir olunur. Bakı Təşəbbüs Qrupu neokolonializm siyasətindən əziyyət çəkən xalqlara dəstəyini daha da artıracaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40

