/ / Xocalı soyqırımının ildönümü ilə bağlı Ankarada səfərdə olan nümayəndə heyəti TBMM-nin sədri ilə görüşüb
Xocalı soyqırımının ildönümü ilə bağlı Ankarada səfərdə olan nümayəndə heyəti TBMM-nin sədri ilə görüşüb
27.02.2013 [00:55]
Xocalı soyqırımının ildönümü ilə bağlı Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək ilə görüşüb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Musa Qasımlı, AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə, Türkiyənin millət vəkilləri Sinan Oğan, Əli Özgündüz, Necdət Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarın iştirak etdikləri görüşdə Türkiyə parlamentinin sədri Xocalı soyqırımından bəhs edib.
C.Çiçək deyib ki, Xocalı qətliamı bir iftira, yaxud rəvayət deyildir. Bu, sənədlərlə, şahidlərlə sübut olunmuş XX əsrin ən böyük vəhşətidir. Biz, bu gün də azərbaycanlı qardaşlarımızın acısını ürəklərimizdə hiss edirik. Türkiyə parlamenti bu məsələdə son dərəcə həssasdır. Bugünkü toplantılarda siyasi partiyaların qrupları Xocalı qətliamı ilə bağlı millətimizin düşüncələrini ifadə ediblər.
Türkiyə parlamentinin sədri əlavə edib ki, türk milləti Xocalıda bir qətliam və vəhşət yaşayıb. Bu hadisəni gördükdən sonra düşünürsən ki, demək insan da ən vəhşi məxluq ola bilər.
Bu cinayətin günahkarlarının Ermənistan prezidenti və digərləri olduğunu vurğulayan C.Çiçək təəssüflə qeyd edib ki, hələ də bu cür məsələlərdə dünyada ikili standartlar mövcuddur. Günahkarların cəzasız qalması digər suçlulara cəsarət verir.
TBMM-nin sədri deyib ki, Ermənistanın işğalçı siyasətinin davam etməsi nəticəsində yurd-yuvalarından didərgin düşmüş 1 milyondan çox azərbaycanlı qardaşımız hələ də çətin şəraitdə yaşayır. Türkiyə rəhbərliyi müxtəlif platformalarda Azərbaycan Dağlıq Qarabağ problemini qaldırır. Çünki, bu məsələ həm də bizim məsələmizdir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan hökuməti adından Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və Cəmil Çiçəyə, eyni zamanda, bütün qardaş Türkiyə xalqına Xocalı soyqırımı acısını paylaşdıqları üçün təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

