/ / Xocalı soyqırımının ildönümü ilə bağlı Qazi Universiteti və Azərbaycan Tibb Universiteti birgə tədbir keçiriblər
Xocalı soyqırımının ildönümü ilə bağlı Qazi Universiteti və Azərbaycan Tibb Universiteti birgə tədbir keçiriblər
27.02.2013 [00:54]
Ankaradakı Qazi Universiteti və Azərbaycan Tibb Universiteti Qazaxıstanın Əhməd Yasəvi və Qırğızıstanın Manas universitetlərinin də iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı telekörpü vasitəsilə “Xocalı qətliamı: Böyük cinayət” adlı birgə tədbir keçiriblər. Tədbir “TRT Avaz” və İctimai Televiziya ilə yayımlanıb.
Qazi Universitetinin qarşısında Xocalıda həlak olmuş 613 dinc insanın xatirəsinə ehtiram əlaməti olaraq ağaclarda Türkiyə və Azərbaycan bayraqlarının təsviri olan 613 palıd yarpağı asılıb. Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransda Qazi Universitetinin rektoru, professor Süleyman Büyükberber, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Qazaxıstanın Əhməd Yasəvi Universiteti rektorunun müavini, professor Salih Aynural, Qırğızıstanın Manas Universitetinin rektoru Səbahaddin Balçı və tələbələr XX əsrin ən dəhşətli qətliamlarından biri olan Xocalı soyqırımının bütün türk dünyasının faciəsi olduğunu vurğulayıblar.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu əlamətdar tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın ali təhsil ocaqlarının nümayəndələri birlikdə bütün dünyada Xocalı soyqırımının tanıdılması üçün mühüm çağırış səsləndiriblər.
Azərbaycan dövlətinin Xocalı soyqırımının tanıdılması sahəsində gördüyü işlərdən bəhs edən Ə.Həsənov deyib ki, fevralın 25-də Çexiya parlamenti də Xocalı soyqırımını tanıyıb. Bundan başqa, əvvəllər 3 ölkənin - Kolumbiya, Meksika və Pakistanın parlamentləri, habelə ABŞ-ın 7 ştatı Xocalı soyqırımını tanıyıb. Ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün qardaş xalqlarımıza vəsiyyət etdikləri kimi, ölkələrimizin bir-birinə dəstəyi davam edir. Bu gün Türkiyə Prezidenti Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Rəcəb Tayyib Ərdoğanın diqqət və qayğısı ilə görülən işlər bunun bariz nümunəsidir. Gənclərimiz sosial şəbəkələr, müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə dünyanın müxtəlif ölkələrindəki həmyaşıdları arasında Xocalı soyqırımının tanıdılması üçün səylərini artırmalıdırlar. Biz, güclünün haqlı olduğu deyil, haqlının güclü olduğu bir dünya qurmalıyıq.
Daha sonra çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Milli Məclisin deputatı Qənirə Paşayeva Xocalı soyqırımının tanıdılması, Türkiyə və Azərbaycan dövlətlərinin, qeyri-hökumət təşkilatlarının bu sahədə apardığı işlərdən bəhs ediblər. Vurğulanıb ki, bu gün Azərbaycan qüdrətli iqtisadiyyata və güclü orduya malik olan, beynəlxalq nüfuzu getdikcə artan bir ölkədir.
Sonra tədbir iştirakçıları Qazi Universitetində incəsənət fakültəsinin dekanı, professor Alev Kurunun rəhbərliyi ilə hazırlanmış “Xocalı qətliamı: Böyük cinayət” sənədli filminə baxıblar.
Tədbirin iştirakçıları Xocalı soyqırımını əks etdirən Funda İyice Tuncelin rəsm sərgisi ilə də tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

