/ / Əli Əhmədov: Azərbaycan rəhbərliyinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən həllinə nail olmaqdır
Əli Əhmədov: Azərbaycan rəhbərliyinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən həllinə nail olmaqdır
21.02.2013 [00:52]
“Azəraycanla Türkiyə arasında strateji əməkdaşlıq bütün sahələr üzrə hayata keçirilməkdədir və təbiidir ki, hərbi əməkdaşlıq bütövlükdə strateji əməkdaşlığın tərkib hissəsi kimi nəzərdən keçirilməkdədir”. APA-nın məlumatına görə, bunu Masallıda jurnalistlərə müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov deyib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın hazırda faktiki olaraq müharibə vəziyyətində olduğunu bildirən YAP funksioneri ölkəmizin işğal olunmuş torpaqları daim geriyə qaytarmaq əzmini nümayiş etdirdiyini bildirib: “Təbiidir ki, biz torpaqlarımızı geriyə qaytaracağıq. Bu gün Azərbaycan rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi əsas qayə münaqişənin dinc yolla, qan tökülmədən həllinə nail olmaqdan ibarətdir. Amma əgər dinc yolla bu mümkün olmasa, təbiidir ki, münaqişəni həll etməkdən ötrü digər vasitələrdən və üsullardan istifadə ediləcək”.
Əli Əhmədov Azərbaycanın işğal altında olan torpaqlarını birmənalı şəkildə geriyə qaytarmaq, özünün ərazi bütövlüyünü təmin etmək məqsədilə çoxlu sayda, müxtəlif layihələr həyata keçirdiyini də söyləyib: “Azərbaycan istər Türkiyə, istərsə də digər ölkələrlə müxtəlif əməkdaşlıq, o cümlədən hərbi əməkdaşlıq əlaqələri həyata keçirir. Güman edirəm ki, bütün bunların hamısı nəticə etibarı ilə Azərbaycanın işğal olunmuş torpaqlarının geriyə qaytarılmasını təmin edəcək”.
Ə.Əhmədov, həmçinin, ATƏT-nin Minsk qrupunun həmsədri kimi Rusiyanın mövqeyinə də toxunub: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsınin nizama salınmasında, hesab edirəm ki, əhəmiyyətli mövqeyə malik olan ölkələrdən biridir. Minsk qrupunun fəaliyyəti ilə əlaqədar Azərbaycan cəmiyyətində formalaşmış rəy, güman edirəm ki, hər kəsə məlumdur. Prinsip etibarı ilə biz Minsk qrupunun fəaliyyətini heçə endirmirik, amma eyni zamanda. Azərbaycan cəmiyyətində açıq şəkildə Minsk qrupunun fəaliyyətindən ciddi narazılıqlar da mövcuddur. Əsas narazılıq ondan ibarətdir ki, münaqışə bu günə qədər öz həllini tapmayıb. Baxmayaraq ki, ATƏT-in Minsk qrupu 20 ildən yuxarıdır fəaliyyət göstərir, amma Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş topraqlarının azad edilməsi istiqamətində hələ də ciddi, qətiyyətli addımlar atılmayıb”.
YAP Sədrinin müavini bu tənqidi fikirlərin Rusiya ilə yanaşı, eyni zamanda ATƏT-in Minsk qrupunun digər həmsədrlərinə də şamil olunduğunu vurğulayıb: “Onu da qeyd etmək istəyirəm ki, Rusiya ilə Ermənistan arasındakı əməkdaşlıq kifayət qədər yaxın olduğu kimi, Rusiyanın Azərbaycanla da yaxın qonşuluq münasibətləri mövcuddur. Bu münasibətlər üçün kifayət qədər əsaslar var və müxtəlif sahələri əhatə edir. Azərbaycanla Rusiya arasında mehriban qonşuluq münasibətləri nəticə etibarı ilə hər iki dövlətin, xalqın mənafeyinə xidmət edir. Düşünürəm ki, Ermənistanla Rusiya arasındakı yaxınlıq Rusiyanın Azərbaycanla mehriban qonşuluq münasibətlərinə əngəl törədə bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

