Xalqımız Heydər Əliyev siyasətinə alternativ görmür
20.02.2013 [01:43]
YAP Sədrinin müavini Əli Əhmədov partiyanın Yardımlı rayon təşkilatının fəalları və gəncləri ilə görüşüb
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Yardımlıda partiyanın Yardımlı rayon təşkilatının fəalları ilə görüş keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, görüşdə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, millət vəkilləri Hadi Rəcəbli, Cavanşir Paşazadə, Nəriman Əliyev və YAP-ın məsul işçisi Mirkamal Seyidov iştirak ediblər.
Tədbirdə ilk olaraq çıxış edən YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib. Onun sözlərinə görə, son illər partiyanın sıraları xeyli genişlənib: “Hazırda rayonda YAP-ın 3000 nəfərə yaxın üzvü var”.
M.Mirzəyev, həmçinin, rayonda gedən quruculuq işlərinə toxunub. O, bu işlərdə YAP üzvlərinin fəallıq göstərdiyini də qeyd edib. Qarşıdan gələn prezident seçkilərinə toxunan təşkilat sədri bu kampaniyada partiya üzvlərinin fəal iştirak edəcəyini bildirib.
Görüşdə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə həyata keçirilən geniş abadlıq və quruculuq işləri haqqında fikirlərini bildirib. Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada nüfuzunun artdığını, qüdrətli dövlətə çevrildiyini, eləcə də, ölkə əhalisinin rifah halının gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqın bu siyasətin davamlı olmasını arzu etdiyini deyən Əli Əhmədov qeyd edib ki, oktyabrda keçiriləcək prezident seçkilərində ölkə vətəndaşları yenidən cənab İlham Əliyevə etimad göstərməklə öz mövqeyini ifadə edəcəklər.
Tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək son illərdə rayonda həyata keçirilən quruculuq işləri barədə məlumat verib. Onun sözlərinə görə, hökumət bu rayonun sosial-iqtisadi inkişafı üçün lazımi addımlar atır. S.Hətəmov hazırda Yardımlı rayonunda içməli su xətlərinin çəkildiyini, yolların əsaslı təmir olunduğunu, kəndlərdə qaz xətlərinin çəkilişinə başladıqlarını diqqətə çatdırıb. İcra Hakimiyyətinin başçısı həmçinin, qeyd edib ki, Yardımlıda Heydər Əliyev Mərkəzinin, YAP rayon təşkilatının inzibati binasının, eləcə də, Gənclər Mərkəzinin yeni binasının son tamamlanma işləri gedir.
Yardımlıya səfər çərçivəsində YAP-ın Sədr müavini Əli Əhmədov partiyanın rayon təşkilatının Gənclər Birliyinin fəalları ilə də görüşüb. Görüşdə rayonun Gənclər və İdman idarəsinin rəisi Anar Alışov çıxış edərək gənclərin rayonun ictimai-siyasi həyatındakı rolundan danışıb, ictimai fəaliyyətləri haqda məlumat verib. Gənclərin bütün seçkilərdə fəal iştirak etdiklərini deyən A.Alışov qeyd edib ki, qarşıdan gələn prezident seçkilərində rayon gəncləri YAP-ın Sədri, cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov gənclərin ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan, Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirilməsindən ətraflı bəhs edib. Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasətin əsas yerlərdən birini tutduğunu bildirən Əli Əhmədov gənclərin yaxşı təhsil alması, müasir dünyagörüşünə yiyələnməsi, malik olduğu potensialı ifadə etməsi və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə yönəltməsi üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.
YAP Sədrinin müavini, eyni zamanda, bəzi dairələrin ölkəmizin imicinə zərər vurmağa çalışdığını deyərək gəncləri ayıq-sayıq olmağa çağırıb. O, gəncləri sosial şəbəkələrdə fəal olmağa və Azərbaycanın uğurlarına kölgə salmaq istəyənlərə qarşı mübarizə aparmağa çağırıb.
Görüşün sonunda YAP-ın Sədr müavini Əli Əhmədov gəncləri maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

