Hulusi Kılıç Azərbaycana dil uzadanlara şillə kimi cavab verdi
13.11.2024 [15:51]
"COP29 İqlim dəyişikliyi konfransı uğurla davam etməkdədir. Dünən gerçəkləşən liderlər toplantısında önəmli açıqlamalar müzakirə olundu. COP29-un baykot edilməsini təşkil edən bəzi çevrələrə Ali baş komandan cənab prezident İlham Əliyev şillə kimi bir cavab verdi".
Bu fikirləri "Yeni Azərbaycan" - a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib. O, qeyd edir:
"12 noyabrdan etibarən başlanan COP29 tədbirinə 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı var və burada 80 vitse-prezident və baş nazir iştirak etməkdədir. Bundan 2 il öncə Bakıya gəlib, Avropanın enerji güvənliyi üçün Azərbaycandan qaz tələb edən və enerji sahəsində müqavilələrin bağlanmasını istəyən və 2027-ci ilədək Avropaya ötürülən enerjinin 2 misli qədərini artırmasını istəyən Ursula Fon Der Leyenin bu mötəbər tədbirə qatılmaması hər kəs üçün sual doğurur. Azərbaycandan qaz ixrac edən 10 ölkədən 8-i Avropa ölkəsidir. Eyni zamanda həmin ölkələrdən 6-sı Avropa Birliyinə daxildir".
Bəzi Avropa ölkələrinin ikiüzlülüyünü COP29-un ilk günündən üzə çıxdığını vurğulayan türkiyəli diplomat COP29 siyasi bir arena yox, bütün insanların gələcəyi naminə təşkil olunan, iqlim dəyişiklikləri çərçivəsində keçirilən bir tədbir olduğunu bildirib: "Bəzi ölkələrin rəhbərləri özlərini günahkar hiss etdikləri üçün bu tədbirə qatılmadığını düşünürəm. 30 il işğaldan sonra geri çəkilən ermənilərin yandırdığı meşələrin hesabını Fransa verəcəkmi? Qeyd edək ki, bu tədbirin baykot olunması üçün hərəkətə keçən öncül ölkələrdən biri elə Fransadır. Azərbaycan hər il yüz minlərlə ağac əkərək yaşıllıqlarını zənginləşdirir. Birinci vitse-prezident Mehriban Əliyevanın illərdir sədrlik etdiyi Heydər Əliyev fondu "Yaşıl Dünya" şüarı ilə ölkəmizdə yaşıllıqların artırılmasında tədbirlər görür. Azərbaycan iqlim dəyişikliyi problemini həll etməsi üçün COP29 tədbirinin keçiriləcəyi üçün vacib ölkədir. Burada bir çox Avropa ölkəsinin təşkil edə bilmədiyi təşkilatçılıq həyata keçirilib. Bunu gələn qonaqlar da təsdiqləyir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə bu tədbir uğurlu davam edəcək. Bakı şəhəri artıq önəmli qərarlar verilən bir mərkəzə çevrilib. Azərbaycanın uğuru bütün türk dünyasının uğuru kimi qəbul olunur. Biz bundan böyük qürur duyuruq. Zirvəyə qatılmayan ölkələrin iqlim dəyişikliyi ilə bağlı fikirləri varsa bunları gəlib COP29 tədbirində elan olunmalıdır. Əgər bunu etmirlərsə, deməli bu cəmiyyətin gələcəyi haqqında maraqlanmamalarına bir işarədir".
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

