“Minatəmizləmə haqqında” yeni qanun layihəsi...
17.10.2024 [09:16]
Bu qanunun qəbulu hansı zərurətdən yaranıb?
Oktyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında növbəti iclası keçirilib. İclasda birinci oxunuşda müzakirəyə çıxarılan “Minatəmizləmə haqqında” yeni qanun layihəsi (birinci oxunuş) və “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri Arzu Nağıyev məlumat verib.
“Minatəmizləmə haqqında” yeni qanun layihəsini müzakirəyə təqdim edərkən komitə sədri Azərbaycanın dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edib. O deyib ki, ərazimizin təxminən 12 faizi Ermənistan tərəfindən mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Vurğulanıb ki, Ermənistan minalardan təkcə hərbi məqsədlər üçün deyil, mina terroru həyata keçirmək üçün də geniş şəkildə istifadə edib. Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməməsi məsələsinə diqqət çəkən komitə sədri 44 günlük Vətən müharibəsi başa çatandan indiyədək əksəriyyəti mülki şəxs olan 380-dən çox vətəndaşımızın minaların qurbanı olmasından danışıb.
Arzu Nağıyev qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulan humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir və 1998-ci ildə yaradılan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi - ANAMA bu istiqamətdə böyük işlər görüb.
Müzakirəyə çıxarılan yeni qanun layihəsinin də minatəmizləmə prosesinə ciddi təkan verəcəyini deyən komitə sədri layihənin strukturu, sənəddə təsbit olunan tənzimləmələr barədə məlumat verib. Bildirilib ki, qanun layihəsi 3 fəsil 14 maddədən ibarətdir. 1-ci fəsildə istifadə olunan əsas anlayışların mənaları, qanunun tətbiq dairəsi müəyyən edilib. 2-ci fəsildə mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətinin subyektləri və bu fəaliyyətə dair tələblər, təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinin xüsusiyyətləri, minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət və s. məsələlər öz əksini tapıb. 3-cü fəsildə isə yekun müddəalar müəyyən olunub.
İclasda ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib ki, ilkin qiymətləndirmələrə əsasən işğaldan azad edilmiş ərazilərdə hazırda 1 milyon 167 min hektara yaxın təhlükəli sahə var. “İşğaldan azad edilmiş ərazilərdə elə bir yer yoxdur ki, minatəmizləyənlər orada mina olmadığını və çirklənmədiyini əminliklə söyləsinlər. Bu günə qədər 166 min hektarda, ümumi ərazilərin 14,2 faizində təmizləmə aparılıb. Dörd il əldə olunan bu faiz göstəricisi prosesin hələ çox davam edəcəyini deməyə əsas verir. “Minatəmizləmə fəaliyyəti haqqında” Qanunun yaranması zərurətindən biri də budur. Hər bir dövlət beynəlxalq standartlara uyğun olaraq özünün daxili sənədlərini hazırlamalıdır. Qanun layihəsi hazırlanarkən yığılmış bütün təcrübələrdən - beynəlxalq təşkilatların tövsiyələrindən və mina problemi ilə rastlaşmış ölkələrin təcrübəsindən istifadə edilib”, - deyə Bəhruz Məmmədov vurğulayıb.
Gündəliyin ikinci məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Arzu Nağıyev bildirib ki, layihə “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin 7-ci maddəsində nəzərdə tutulan müddəadan irəli gəlir və uyğunlaşdırma məqsədi ilə hazırlanıb.
Qanun layihələrinin müzakirəsində komitə üzvləri Aqil Abbasov, Gülşən Paşayeva, Elman Məmmədov, Qaya Məmmədov, Aydın Mirzəzadə, Rizvan Nəbiyev, Səbinə Salmanova, Samir Vəliyev, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Kəmalə Paşayeva və başqaları çıxış ediblər, təqdim olunan sənədlər barədə fikirlərini və qeydlərini bildirib, suallarını səsləndiriblər.
ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov müzakirə zamanı deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb.
İclasda müzakirə edilən qanun layihələri birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

