O bayraq ki, Xankəndidə qaldırılıb, orada əbədi dalğalanacaq...
15.10.2024 [09:34]
30 il ərzində xalqımız böyük faciələrlə üzləşdi. Bir milyon insan evsiz-eşiksiz qaldı, torpaqlarımız tamamilə dağıdıldı, etnik təmizləmə aparıldı, Xocalı soyqırımı törədildi. Nəhayət, bütün güclər Ermənistanın arxasında dayansalar da Azərbaycan əvvəl Ümummilli Lider Heydər Əliyevin cızdığı yol xəritəsi, sonra isə ölkə başçısı İlham Əliyevin öz siyasi iradəsi hesabına haqqına sahib çıxdı.
Müharibədən əvvəl və müharibə dövründə Paşinyan başda olmaqla Ermənistan hakimiyyət nümayəndələrinin, Qarabağdakı separatçıların başçılarının Azərbaycana qarşı sərt açıqlamaları, hədələri davamlı şəkildə ölkəmizə yönəlmiş çirkin kampaniyanın bir hissəsi idi. Mesajların, qorxu və təhdidlərin çeşidi də zəngin, özlərinə yaraşan üslubda idi: Kürü keçəcəkləri ilə bağlı xəbərdarlıqlar, raket zərbələri, Mingəçevir stansiyası ilə bağlı hədələr və s. İlk sənaye şəhərimiz Mingəçevirə ilk raket hücumu, Ermənistan tərəfindən Mingəçevir şəhərindəki su anbarının və elektrik stansiyasının hədəf alınması çoxsaylı insan tələfatının baş verməsinə və Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadların yaranmasına nail olmaq məqsədi daşıyırdı. Yaxud Gəncəyə atılan raket zərbələri xalqımızın gözünü qorxutmaq, ordumuzun, insanlarımızın daxili müvazinətini qırmaq niyyətinə hesablanmış addımlar idi. Qarabağla bağlı məğlubiyyət hissi ilə barışmamaları, yaxud bunu ağıllarına belə gətirməmələri onlara belə bir açıqlamalar səsləndirməyə, hədə-qorxu gəlməyə əsas verirdi. Əslində, dediklərinin bir qismini reallaşdırdılar da. Gəncə şəhərinə ard-arda beş dəfə endirilən raket zərbələri düşmənin qəddarlığının və nə qədər yırtıcı xarakterə malik olduğunun bir daha sübutu idi. Onlara dəstək olan Qərb havadarları, bu günün özündə belə bizimlə bədnam sanksiyaların, qətnamələrin dili ilə danışmağa cəsarət edən mənəviyyat yoxsulları bu faciələrin miqyasına nə qədər göz və qulaq tıxasalar, uşaq ölümlərinə, mülki insanların gecə yataqlarında qana boğulmalarına, evlərinin yerlə-yeksan edilmələrinə etinasız qalsalar da bu dəfə haqq savaşımızda qalib gəldik. Baş verənlər isə düşmənin gücünün yox, zəifliyinin göstəricisi idi. Azərbaycanın gücü qarşısında başlarını itirmiş, eyforiyaya qapılmış erməni siyasəti və onların havardarlarının fiakosu, son çırpınışları idi. Anlayırdılar ki, 1990-cı illərin əvvəllərinin ab-havası çoxdan geridə qalıb, artıq qarşılarında başı vəzifə, kürsü davasına qarışıb torpaq mübarizəsinə o qədər də cani-dildən atılmayan hakimiyyət yoxdur. Əvəzində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gələndən sonra bütün istiqamətlərdə başladığı dirçəlişin müsbət bəhrələri var. İstər məfkurəvi yöndə olsun, istərsə də iqtisadi-hərbi baxımdan - planlı şəkildə gerçəkləşdirilən bütün işlərin bətnində güclü Azərbaycan doğulub.
Bu müddət ərzində dövlət olaraq güclənmişik, hərbi potensialımızı artırmışıq, daxili müvazinətimizi bərpa etmişik, xalq olaraq da mənəvi qüdrətimizi xilas etmişik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır”.
“Qarabağ Azərbaycandır”! Bu fikir sübuta ehtiyacı olmayan aksioma idi və hər şeydən əvvəl ötürdüyü emosional enerji baxımından diqqəti cəlb etdi! Müharibədə döyüşə atılan xalq üçün isə inam hətta mükəmməl hərbi texnikadan da vacib məsələdir.
Bunu onlara sübut etməyə 44 günlük müharibə, bu müharibənin hər günü bir qələbə müjdəsi ilə səciyyələnən amili yetərli oldu. Məğlubiyyətin qaçılmaz olduğunu anladılar: “Biz Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq”.
Ötən ilin 20 sentyabrında qazanılan suverenlik, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, 230 illik Qarabağ həsrətinə son qoyulması isə ermənilərin bu torpaqlardan ümidinin əbədi kəsilməsinin qarantı oldu. “Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın: “Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq”.
Artıq Azərbaycanın amalı, niyyəti daha səmərəli, faydalı işlər görməyə yönəlib. Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi: “Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır”. Bu gün nəinki öz ölkəmiz, həmçinin planetar səviyyədə, bəşəriyyətin təhlükəsizliyi üçün çalışmaqdır əsas meyar. Qarabağda gözəlliklər yaratmaq, bərpa-quruculuq işləri həyata keçirmək, dünyaya sülhlə, rifah və təhlükəsizliklə bağlı m?sajlar ötürüb bütün bəşəriyyətin xilasını prioritetə çevirmək. O anlayışlar və amallar ki, heç vaxt Ermənistan dövlətinin lüğətində və düşüncə planında olmayıb.
Bu gün Ulu Öndərin və Qarabağın azadlığı amalı ilə bütün həyatdan gedənlərin ruhları şaddır. Biz Qarabağa qayıtdıq! Bayrağı öz müqəddəs məkanına geri qaytarıb ən uca zirvədə dalğalandıran oğullar yetişdi məmləkətimizdə. Yəqin ki, ötən il, oktyabrın 15-i, o möhtəşəm gün Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi xitaba bu ali duyğunu illərlə canında yaşadan və onun gerçəkləşməsi naminə ömür fəda edən neçə qəhrəman əsgərimizin səsi qarışmışdı:
Əziz Qarabağ, sən azadsan! O bayraq ki, Xankəndi şəhərində ucaldılıb, orada əbədi dalğalanacaq!
ELNARƏ AKİMOVA
Milli Məclisin deputatı, filologiya elmləri doktoru
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50

