2003-cü ildən başlanan MİSSİYA!
15.10.2024 [09:30]
Hər bir xalq və dövlət üçün müstəsna önəm daşıyan tarixi günlər var. 15 oktyabr 2003-cü il Azərbaycan üçün belə əlamətdar günlərdən biridir. Həmin gün müstəqil Azərbaycanda növbəti Prezident seçkiləri keçirildi. Seçkilərdə İlham Əliyev mütləq səs çoxluğu ilə - seçicilərin 76,86 faizinin səsini qazanmaqla ilk dəfə ölkənin dövlət başçısı seçildi.
Ötən illərdə Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə hər sahədə böyük uğurlara nail olması xalqın öz seçimində yanılmadığını təsdiqləyir. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli gətirərək ümummilli məqsədlərə xidmət edən fəaliyyət nümunəsi sərgilədi. İlham Əliyevi qısa şəkildə təqdim etsək, belə deyə bilərik: O, populizmdən uzaq olan, verdiyi bütün vədləri yerinə yetirən Liderdir. “O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” - deyə Prezident İlham Əliyev ötən il oktyabrın 15-də məhz Onun apardığı müdrik və qətiyyətli siyasət sayəsində separatçılardan azad edilən Xankəndidə söylədiyi nitqində vurğulayıb.
Seçkilərin nəticələrini şərtləndirən iki mühüm amil
2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində xalqın İlham Əliyevin namizədliyini dəstəkləməsinə bir sıra amillər təsir göstərmişdi ki, onların sırasında ikisini xüsusi qeyd etmək istərdik. Burada mühüm məqamlardan biri kimi, Azərbaycan xalqının özünün böyük oğlu, sabiq Prezident Heydər Əliyevin şəxsiyyətinə hörmət və ehtiramını, Onun əsasını qoyduğu siyasətə inamını qeyd edə bilərik. İdeoloji cəhətdən iki fərqli formasiyada respublikamıza rəhbərlik edən Heydər Əliyev Azərbaycanın intibahı üçün fundamental əsaslar yaradan tarixi şəxsiyyətdir. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin xilası da məhz bu böyük şəxsiyyətin adı ilə bağlıdır.
Daim Azərbaycanın gələcəyini düşünən Heydər Əliyev seçkilərdən bir qədər əvvəl - 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət ünvanlayaraq öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi və seçiciləri Prezidentliyə namizəd, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdı.
Azərbaycan xalqı Heydər Əliyevin bu çağırışını məmnuniyyətlə qəbul etdi. Seçkilərin təyin olunduğu gün seçki məntəqələrində, sözün əsil mənasında, böyük qələbəlik yaşanırdı. İnsanlar sübh tezdən dəstə-dəstə seçki məntəqələrinə gəlir və burada öz iradələrini ifadə edirdilər.
2003-cü il 15 oktyabr tarixində keçirilən seçkilərə İlham Əliyevin bütün digər namizədləri arxada qoyaraq qalib gəlməsini şərtləndirən digər bir amil bilavasitə Onun özünün həmin dövrədək daşıdığı müxtəlif vəzifələrdə uğurla çalışması, etimadı yüksək səviyyədə doğrultması ilə bağlı idi. Hər dövr siyasətçilərdən fərqli keyfiyyətlər tələb edir. Əminliklə deyə bilərik ki, müasir dövr siyasətçilərinə verilən bütün tələblər İlham Əliyevdə cəmləşib. Yüksək intellekt, yaxşı təhsil, idarəetmədə mükəmməl təcrübə, siyasi konyukturanı bilməsi, ən əsası isə xalqa yaxınlığı, milli maraqlarımıza sadiqliyi Onu seçkilərə qatılan digər namizədlərdən fərqləndirirdi. Onun keçdiyi yol qürurverici idi.. Bu da seçicilərin İlham Əliyevin namizədliyini dəstəkləməsi üçün əsas oldu.
Ölkədə yaradılan möhkəm həmrəylik mühiti
Təkcə son dövrlərdə dünyada yaşanan bir sıra kataklizmlər milli dövlətlər üçün çox ağır sınaqlar olub. O cümlədən bəzi dövlətlər müharibələrin, iqtisadi böhranların, pandemiyanın gətirdiyi çətinliklərə dözə bilməyiblər və bir sıra hallarda xarici güclərdən, beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşüblər. Azərbaycan bu kimi fəsadlardan yan ötən dövlətdir. Bunun təməlində dayanan əsas amil isə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasətdir.
Bu gün ölkə daxilində aparılan çoxvektorlu siyasətdə cəmiyyətin bütün sosial təbəqələrinin mənafeyi diqqət mərkəzində saxlanılır. Heç kəs dövlət qayğısından kənarda qalmır. Ölkədə ədalətli resurs bölgüsü təmin edilir, dövlətin imkanları artdıqca sosial məqsədlərə yönələn tədbirlərin əhatə dairəsi də genişləndirilir.
Eyni zamanda, ölkədə yaşayan bütün xalqların mənafeyi qorunur, onların tarixi-mədəni irsinə böyük hörmətlə yanaşılır. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, burada milli-dini fərqlilik ayrıcı xətlər yaratmır. Bütün xalqlar tariximizdən gələn tolerantlıq ənənələrinə uyğun olaraq çiyin-çiyinə ölkənin inkişafına töhfələrini verirlər. Bütün bunlar İlham Əliyev fenomeni ilə bilavasitə bağlıdır. O, həm bütün sosial qruplar, həm də Azərbaycanda yaşayan xalqlar üçün bir həmrəylik simvoludur. İlham Əliyev davamlı olaraq qarşıya ümummilli məqsədlər qoyur, insanlara yeni ümummilli ideyalar verir və sonradan bütün cəmiyyət də bu ideyaların həyata keçirilməsinə köklənir.
İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan elə bir yüksək inkişaf səviyyəsinə çatıb ki, ümummilli məsələlərdə hətta siyasi partiyalar da həmrəylik mövqeyindən çıxış edirlər. Son illərdə siyasi partiyalar tərəfindən imzalanan bəyanatlar və müraciətlər bunun təsdiqidir. Müxtəlif zaman kəsiklərində xaricdəki Azərbaycanafob dairələrdən cəmiyyətimizə nüfuz etmək cəhdlərinin sayı çox olub. Ölkəmizlə bağlı “rəngli inqilablar” ssenariləri hazırlanıb və bunların reallaşdırılmasına çoxsaylı cəhdlər göstərilib. Ancaq belə planlar baş tutmayıb, xalq İlham Əliyevin ətrafında birləşərək kənar güclərə sərt təpki göstərib. Buna ən son nümunə kimi Vətən müharibəsi günlərində 50-dək siyasi partiyanın Prezidentə, Ali Baş Komandana dəstəyini göstərə bilərik. “Dəmir yumruq” Azərbaycanın iradəsini, gücünü tərənnüm etməklə yanaşı, həm də xalqımızın sarsılmaz həmrəyliyinin rəmzidir.
Nəticəyönümlü siyasət
Hər bir liderin fəaliyyəti onun gördüyü işlərdə, reallaşdırdığı layihələrdə təzahür edir. İlham Əliyev 2003-cü ildən bəri ölkəmizdə nəticəyönümlü siyasət həyata keçirir. Respublikamız ötən dövrdə beynəlxalq birliyin layiqli üzvünə çevrilib. Qürurverici haldır ki, bu gün Azərbaycan regional inkişafa güclü təkan verməklə yanaşı, həm də beynəlxalq proseslərdə mühüm rol oynayan qlobal aktor qismində çıxış edir. Cari ilin noyabrında keçiriləcək COP29 qlobal iqlim konfransına ev sahibliyi hüququnun Azərbaycana verilməsi beynəlxalq birliyin ölkəmizə olan dərin inamının ən bariz nümunəsidir.
Daxili siyasətdə isə ən böyük uğurumuz , heç şübhəsiz ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasıdır. İndi Azərbaycanın bütün ərazilərində üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Əlbəttə, bir yazı daxilində İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin bütün aspektlərini geniş şəkildə əhatə etmək mümkün deyil. Buna görə də Onun liderliyi ilə əldə olunan uğurların bəzilərini qısa şəkildə təqdim etmək istərdik:
- Dünya Bankının qiymətləndirilmələrinə görə, Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub;
-2003-cü ildən bəri ümumi daxili məhsulun real həcmi 4 dəfə artıb;
-Dövlət büdcəsinin xərcləri təxminən 30 dəfə artıb;
-Dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb;
-Ölkədə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib;
-4,1 milyard ABŞ dolları həcmində olan qeyri-neft-qaz ÜDM-i 40 milyard ABŞ dollarını ötüb;
-Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dolları səviyyəsində idisə, hazırda bu göstərici 52,7 milyard ABŞ dollarından çoxdur;
-2003-cü ildə ölkənin strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dolları həcmində idi. Hazırda bu göstərici 66 milyard ABŞ dollarını üstələyib;
-Ölkə iqtisadiyyatına 310 milyard dollardan çox investisiya yönəldilib;
-Dövlət proqramları əsasında regionlara 100 milyard manatdan çox vəsait ayrılıb;
-Regionlarda qazlaşdırmanın səviyyəsi 94 faizi ötüb;
-Fasiləsiz içməli su alan əhali üzrə göstərici 9 faizdən 73 faizə çatıb;
-Ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla 3600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və s.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51

