Bakıda “Bacarıqlı əllərin böyük işləri” adlı sərgi açılıb
15.01.2013 [02:27]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılışında iştirak edib
Yanvarın 14-də Heydər Əliyev Fondunun və Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında Nizami rayon 1 nömrəli uşaq evinin sakinlərinin əl işlərindən ibarət “Bacarıqlı əllərin böyük işləri” adlı sərgi açılıb.
AzərTAc xəbər verir ki, sərginin Müasir İncəsənət Muzeyində keçirilən açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan sərgidə 10-18 yaşlı 30 istedadlı uşağın ümumilikdə 140 əl işi nümayiş olunur. Bu sənət nümunələri 300-dən çox işin arasından seçilib. Bu əsərlərin əksəriyyəti xarici ölkələrdə sərgilənib.
Tədbirdə çıxış edən Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından söz açan N.Zöhrabova belə sərgilərin istedadlı uşaqların üzə çıxması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Bildirilib ki, Heydər Əliyev Fondu ilə Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında reallaşan belə sərgilər digər uşaq evlərinin istedadlı sakinlərinin də aşkara çıxarılmasına yardımçı olacaq.
Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələsinə xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirilir.
Hazırda uşaq evində 140 uşaq və yeniyetmənin yaşadığı diqqətə çatdırılıb. Qeyd edilib ki, onların 500-dən çox əl işi var.
Sonra sərgiyə baxış keçirilib.
Uşaq evinin istedadlı sakinlərinin yaratdıqları bir-birindən maraqlı əl işlərində Azərbaycanın füsunkar təbiətinin gözəllikləri, xalqımızın başına gətirilmiş faciələr, qədim tarixi abidələrimiz, nağıl qəhrəmanları və digər mövzular öz əksini tapıb. Balaca rəssamların Vətənə sevgi dolu bu işləri hər kəsdə böyük maraq doğurub. Elə bu səbəbdən də sərginin açılış mərasimində iştirak edən qonaqlar nümayiş olunan əsərləri heyranlıqla izləyiblər.
Uşaqlara yeni yaradıcılıq uğurları arzulayan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva onların qayğıları ilə maraqlanmış və öz tövsiyələrini verib.
Sonra 1 nömrəli uşaq evinin sakini Nahid Sarıyev özünün “Abşeron” əsərini Mehriban xanım Əliyevaya təqdim edib.
Sərgi yanvarın 28-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50

