Dayanıqlı sülhün imzalanması...
12.10.2024 [10:53]
Ermənistan tarixi şansı əldən verməməlidir
İrəvanın müttəfiqləri normallaşma prosesinin perspektivlərinə təhlükə yaradır
Ermənistanın bir müddətdir ki, apardığı “sülh təbliğatı” manipulyasiyadan ibarətdir. Bu fakt bütün ştrixləri ilə ortadadır - İrəvanın özünü beynəlxalq aləmə “sülhpərvər” qismdə təqdim etməyə çalışması görüntü xarakteri daşıyır. Məsələnin mahiyyəti isə tamam başqadır - sülh sənədindən razılaşdırılmamış bəndlər çıxarılır və İrəvan məhz bu “yarımçıq sülhü” imzalamağa can atır. Bu isə təbii olaraq Azərbaycanın maraqlarına cavab vermir. Sözügedən müddəaların sənəddən çıxarılması sülh sənədini zəif, dayanıqsız və hər an ləğv ediləsi hala gətirir. Çünki Ermənistanın sülh müqaviləsindən “çıxardığı” həmin müddəalar olduqca vacib şərt kimi çıxış edir.
Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa çalışır...
Yeri gəlmişkən, Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “TV Berlin” telekanalına müsahibəsində də bu məsələyə toxunub - E.Əmirbəyov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı fikirlərini bölüşüb. O vurğulayıb ki, Ermənistanın yarımçıq, tamamlanmamış sülh sazişi mətni imzalamaq üçün irəli sürdüyü tələblər beynəlxalq ictimaiyyəti aldatmağa və həqiqi niyyətlərini gizlətməyə çalışmaqdan başqa bir şey deyil.
Vurğulandığı kimi, bu, Ermənistanın növbəti “sülh imitasiyası”dır. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hazırki məqamda beynəlxalq diqqətin bölgəyə yönəldiyini anlayır - xüsusilə, Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqlar və COP29 kimi mühüm bir tədbirə Bakının ev sahibliyi etməsi Azərbaycanı diqqət mərkəzinə salır:
- Bakıya gələcək nümayəndə heyətləri əsl həqiqəti yerindəcə öyrənmək imkanı qazanacaq;
- Ermənistanın qeyri-konstruktiv mövqeyi bütün predmetləri ilə ifşa olunacaq;
- İrəvanın sülhə qarşı tutduğu mövqe, revanşizm axtarışında olması faktı üzə çıxacaq;
- Hətta Ermənistanı sülhdən yayındıran güclər də ortadakı məsuliyyəti bölüşməli olacaq.
İrəvan bütün bunları önləmək, yenə də dünya birliyini aldatmaq üçün belə bir varianta əl atır. Ard-arda Ermənistanın siyasi rəhbərliyinin “sülhlə bağlı çağırışlar” səsləndirməsi guya vəziyyətin belə olmadığını, İrəvanın sülh üçün can atdığının görüntüsünü yaratmaqdan ibarətdir. Elçin Əmirbəyov müsahibəsində bildirib ki, əvvəlcədən reallığa uyğun olmayan təkliflərin irəli sürülməsi, həm danışıqlar prosesini uzatmaq, həm də nəticə əldə edilmədiyi üçün məsuliyyəti Azərbaycanın üzərinə atmaq cəhdidir.
Normallaşma prosesini süni şəkildə uzatmaq istəyi...
“Yarımçıq” müqavilə “təklifi” həm də Ermənistanın destruktiv addımlarını, ona olan dəstəyin, silahlanmanın və digər sülhdən yayınma komponentlərinin pərdələnməsi üçündür. Ermənistan yarımçıq sülh təklifi irəli sürməklə həm Azərbaycan torpaqlarına rəsmi iddiasını davam etdirəcək, həm də arxa planda Qərbin maraqlı qüvvələri tərəfindən gücləndiriləcək. Beləliklə, sülh sənədindəki vacib müddəaların çıxarılması ilə yanaşı, Ermənistanın qeyri-konstruktivliyini sübut edəcək faktlar da kifayət qədərdir. Sürətli silahlanma ilə paralel Qərbin açıq maliyyə dəstəyi, “Sülh Fondu”, USAID kimi qurumların əli ilə İrəvana ötürülən pullar, erməni lobbisinin köməyi ilə planlaşdırılan qeyri-hüquqi addımlar, hətta Qərb ölkələrinin Ermənistanla birgə “hərbi təlimləri və Azərbaycanla şərti sərhəddə əsgər toplanması, kəşfiyyat işlərinin görülməsi sülhün yalnız görüntü xatirinə ortaya atıldığını göstərir. Ermənistan artıq sülh niyyətindən uzaqlaşmaq, daha doğrusu, yayınmaq istəyir. Erməni lobbisinin aktiv müdaxiləsi ilə Azərbaycana qarşı yenidən Qarabağ mövzusunun gündəmə gətirilməsi, bu kimi təxribatçı addımlar, separatizmə açıq dəstək kontekstləri Ermənistanın fərqli fikrə düşdüyünü bir daha təsdiqləyir. Prezidentin xüsusi nümayəndəsi müsahibəsində Ermənistanın hərbi güclənməyə doğru yönələn kursunu və beynəlxalq arenada diplomatik qarşıdurmasını da diqqətə çatdırıb. Bildirib ki, bu, Ermənistanın normallaşma prosesini süni şəkildə uzatmaq istəyini göstərir. O qeyd edib ki, Ermənistanın müttəfiqləri tərəfindən aldığı iqtisadi, diplomatik və hərbi dəstək “komfort zonasının” yaranmasına səbəb olur, bu isə İrəvanı danışıqlarda aktiv iştirak motivasiyasından məhrum edir və normallaşma prosesinin perspektivlərinə təhlükə yaradır.
Ərazi iddiaları həll olunmadığı təqdirdə...
E.Əmirbəyov vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı davam edən ərazi iddiaları həll olunmadığı təqdirdə, qarşıdurmanın əsas səbəbini aradan qaldırmaq və iki ölkə arasında davamlı, etibarlı və geri dönüşsüz bir sülhə nail olmaq mümkün olmayacaq: “Top Ermənistanın tərəfindədir. Ümid edirik ki, Ermənistan münasibətlərimizdə faciəli səhifəni birdəfəlik çevirmək üçün tarixi şansı əldən verməyəcək”.
Bəli, 2022-ci ilin martında Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan sülh prosesi bölgə üçün yeni bir perspektiv vəd edir. Sülhün davamlı, dayanıqlı, hüquqi cəhətdən təkmil olması üçün isə ortada olan şərtlər məlumdur - ilk növbədə Ermənistanın konstitusiyasında məlum dəyişikliklər edilməlidir. Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Bu düzəliş olmadan sülhün imzalanması isə mümkün deyil - bu “yarımçıq sülh” ola bilər.
İndiki halda Ermənistan seçim qarşısındadır - ya, Azərbaycanın irəli sürdüyü şərtlər daxilində - konstitusiya dəyişikliyi başda olmaqla, sülhü imzalamaqla regional inkişaf prosesinə qoşula, mühüm yeni iqtisadi-ticari layihələrdə yer ala bilər. Ya da, özünün qeyri-konstruktiv mövqeyinə, manipulyasiya siyasətinə “sadiqlik” nümayiş etdirərək yenə də dalan dövlət stasunda qalacaq. İrəvan alamalıdır ki, ona “dəstək” verən Qərb yalnız və yalnız öz marağını düşünür. Onlar üçün Ermənistanın mənafeyi adlı bir mövhum yoxdur...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56

