Ana adı Azərbaycanda ən uca addır
15.01.2013 [02:26]
Ana adı Azərbaycanda ən uca addır və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu şərəfli missiyanın parlaq təcəssümüdür. Almaniyanın Potsdam şəhərində yaşayan həmvətənimiz Günel Qurbanın AzərTAc-a daxil olmuş məktubunda bu barədə bəhs edilir.
Məktubun mətnini təqdim edirik.
“Dekabrın 28-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva cəmiyyətin himayəsinə və diqqətinə ehtiyacı olan uşaqlarla birlikdə Yeni il şənliklərində iştirak etdiyi gündən müxtəlif hisslər keçirirəm. Buradan, Almaniyadan Azərbaycanda baş verən hadisələrin çoxu daha qabarıq görünür.
Mən Vətənimdə hər gün baş verən proseslərdə özümün də müəyyən qədər iştirakımı duymaq üçün dövri nəşrləri diqqətlə izləyirəm. İqtidar, müxalifət, siyasət, mənasız mübahisələr - bütün bunlar arxa plana keçir. Gözlər və ürək nə isə başqa, daha əhəmiyyətli xəbərlər axtarır və belə anlarda insan öz qəlbinin səsinə, özünəməxsus mənəvi qanunlara qulaq asmağa başlayır. Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən saytda oxuyuram: Azərbaycanda yüzlərlə məktəb tikilməsi, qaçqın və məcburi köçkünlərin, Qarabağ müharibəsi əlillərinin və şəhidlərin ailələrinə daimi qayğı göstərilməsi və bu fəaliyyətin bir sıra başqa aspektləri olduqca təsirli və diqqətçəkəndir. Lakin bunlar yalnız quru statistikadır. Statistika insanın ürəyi ilə deyil, ağlı ilə qəbul edilir.
Yuxarıda adını çəkdiyim bayramla əlaqədar fotoşəkillərə baxanda məndə belə bir duyğu yarandı. Böyük məhəbbət və şəfqət hissi ilə dolu gözlər sanki bütün Kainata car çəkir: “Mən bu uşaqların taleyini dəyişəcəyəm, onlar özlərini tənha hiss etməyəcəklər, mən onların ağrı-acısına şərik olacaq, onların hamısının ehtiyac duyduğu hərarəti verəcəyəm”. Bu məqamda anlamağa başlayırsan - qarşımızdakı Mehriban Anadır.
Gözlər qəlbin aynasıdır. Bu gözlər isə deyir ki, başqasının kədərini duymağı, onun dərdinə şərik olmağı bacaran, zərif, incə qəlbli bir insan olan Mehriban Ana son dərəcə nəcib işlə məşğuldur. Mən Mehriban Ana ilə eyni dövrdə yaşamağıma görə fəxr edirəm. Vaxt gələcək, onu haqlı olaraq xalqın Anası və Vicdanı adlandıracaqlar. Bu gün o, cəmiyyətin mənəvi təkamülünün rəmzi və ruporudur, onun bütün fəaliyyəti yaxşılığa, şəfqətə, mənəvi-əxlaqi dəyərləri ucaltmağa çağırışdır. Onun həyatı və fəaliyyəti yüksək mənəviyyata əsaslanan cəmiyyətin mümkünlüyünə inanmayanlara örnəkdir.
Mehriban Ananın çıxışlarında, məqalələrində bəşər cəmiyyətinin mahiyyətini bir ana kimi anlamağa əsaslanan cəmiyyət qurmaq hədəfi aşkar görünür. Mehriban Ananın rəhbərlik etdiyi Fondun Gürcüstanda, Pakistanda məktəblər tikməsi, Paris Notr-Dam kilsəsini bərpa etməsi, Strasburqdakı kilsənin təmirində iştirakı və digər beynəlxalq layihələri şəfqət hissini bəşəriyyəti birləşdirə biləcək ideyaya çevirmək arzusunun təcəssümüdür. Bu, bir daha sübut edir ki, biz azərbaycanlılar milli eqoizm hissindən uzağıq. Onun bütün beynəlxalq layihələri planetar Zəka və Vicdanın təntənəsidir.
Muğam sənətinin dirçəldilməsi ilə bağlı layihəni xüsusi vurğulamaq istərdim, çünki burada o, Azərbaycan incəsənətini təbliğ edən prinsipcə yeni, adi seyrçilik, məmnunluq çərçivəsindən kənara çıxan, ictimai məna kəsb edən anlamın təməlini qoya bilmişdir. İndi muğam beynəlxalq səviyyədə Azərbaycan xalqının mentaliteti, onun kökləri ilə assosiasiya edilir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

