Milli Məclisin iclasında...
09.10.2024 [10:33]
Deputatlar ABŞ-ın Azərbaycana qarşı qərəzli mövqeyini pisləyiblər
Oktyabrın 8-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 28 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisin deputatları xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ Konqresinin bir qrup üzvünün həmin ölkənin dövlət katibinə məlum məktubu ilə əlaqədar narahatlıqlarını bildiriblər. S.Qafarova qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü, etibarlı tərəfdaş kimi çıxış edib və biz ölkəmizin belə mövqeyi ilə fəxr edirik.
Ölkəmizin sülh və sabitlik üçün göstərdiyi səylər danılmazdır
Onun sözlərinə görə, Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətlərdə, həm də dünyanı narahat edən qlobal problemlərin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir: “COP29-a ev sahibliyi və bu çərçivədə aparılan işlər də bunun bariz nümunəsidir. Ölkəmizin sülh, sabitlik və əməkdaşlıq üçün göstərdiyi yorulmaz səylər danılmazdır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, yalnız öz milli maraqlarını əsas götürən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir. Mən bu baxımdan Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq istəyirəm: “Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik”“.
Cari məsələlərlə bağlı çıxışlarda da millət vəkilləri ABŞ-ın Azərbaycana qarşı qərəzli mövqeyini pisləyiblər. Deputat Bəhruz Məhərrəmov deyib ki, Azərbaycan seperatçılığa və işğala son qoymaqla münaqişə prespektivinə son qoyub: “ABŞ buna görə də Ermənistanla yarımçıq sülhə nail olmasını və gələcəkdə onun pozulub münaqişəyə çevrilməsini istəyir. Elə vəziyyətə düşüb ki, özü-özünə məktub yazır. Azərbaycan maraqlarına zidd konfiqurasiya dəyişikliyinə imkan verməyəcək”.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, son onilliklər dünyada baş verən müharibələrdə ABŞ birbaşa və ya dolayısı ilə iştirak edib. O qeyd edib ki, Sovet İttifaqı dağıldıqdan sonra ABŞ bir sıra ölkələrin daxili işlərinə müdaxilə edib, onları parçalayıb və kiçik dövlətlər yaradıb: “Həmin kiçik dövlətləri isə öz səfirləri vasitəsilə idarə edib. Lakin indi onun Cənubi Qafqaza daxil olmaq istəyinə imkan verilməyəcək. Azərbaycan həmişə olduğu kimi müstəqil siyasətini davam etdirəcək. ABŞ konqresmenləri “TikToker” Əli Kərimlini və onun kimiləri qəhrəman kimi təqdim etməyə çalışırlar. Amma onların ölkəmizə qarşı planları baş tutmayacaq”.
ABŞ-la münasibətlər yenidən nəzərdən keçirilməlidir
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov isə çıxışında bildirib ki, Azərbaycana qarşı sanksiya tətbiq etmək cəhdləri bizim üçün yeni deyil. Çünki ABŞ 1992-ci ildə 907-ci düzəliş vasitəsilə sanksiya tətbiq etmişdi. “Əgər 1992-ci ildə ölkəmizə qarşı tətbiq edilən sanksiya bizi sarsıda bilmədisə, əksinə daha qüvvətləndiksə, bu gün güclü Azərbaycana tətbiq edilən sanksiyaların heç bir nəticəsi olmayacaq. Azərbaycan bütün dövlətlərlə sülh və əməkdaşlıq şəraitində münasibətlərin tərəfdarıdır. Azərbaycanı nə sanksiya, nə də hansısa təhdidlərlə yolundan döndərmək mümkün olmayacaq”,-deyə Ə.Əhmədov vurğulayıb.
Vitse-spiker Ziyafət Əsgərov da ABŞ-ın Azərbaycana qarşı ikiüzlü siyasətini davam etdirdiyini deyib. “30 ilə yaxın ABŞ vasitəçi ölkə kimi Ermənistanın ərazilərimizi işğal altında qalmasını, məscidlərimizə, insanlarımıza vurulan ziyanı, 1 milyondan artıq qaçqının hüquqları məsələsini niyə qaldırmadı?” -deyə, sual edən vitse-spikerin sözlərinə görə, ABŞ və digər vasitəçilər beynəlxalq hüququ təmin etmədiyi üçün Azərbaycan öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa edib. “İşğal dövründə Qarabağın zəngin flora və faunası məhv edilib. Torpaqlarımızı azad edildikdən sonra kütləvi məzarlıqlar aşkar edildi. İnsanlar işgəncələrə məruz qalaraq qətlə yetiriliblər. Bu fakt beynəlxalq hüquqa, insanlığa qarşı hörmətsizlik deyilmi? ABŞ-a daha hansı faktları təqdim etməliyik? Azərbaycan hər zaman beynəlxalq hüquqa uyğun davranır. Onların qərəzli ittihamları heç vaxt qəbul etməyəcək və biz adekvat cavablarımızı verəcəyik”,- deyə Z.Əsgərov qeyd edib.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə deyib ki, ABŞ tərəfindən dəfələrlə ölkəmizə qarşı qərəzli addımlar atılıb. O, ABŞ-la münasibətlərin yenidən nəzərdən keçirilməsini təklif edib.
İclasda həmçinin vitse-spiker Musa Qasımlı, deputatlar Bəxtiyar Əliyev, Razi Nurullayev, Azər Badamov, Vüqar Bayramov, Vüqar İskəndərov, Tural Gəncəliyev və Elman Nəsirov da çıxış edərək ABŞ-ın ölkəmizə qarşı yanlış siyasətinə etiraz ediblər.
Məhkəmələrə hakimlər təyin olunub
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. Əvvəlcə Azərbaycan Ali Məhkəməsinin hakimləri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Bakı, Gəncə, Sumqayıt və Şəki Apellyasiya məhkəmələrinin hakimləri təyin edilib. Eləcə də, Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında qərar qəbul olunub.
Sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (II səsvermə) qəbul olunub.
Deputatlar, həmçinin ölkələr arasında imzalanmış ikitərəfli sənədləri də ratifikasiya ediblər. Belə ki, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi” və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi” təsdiq edilib. Həmçinin, “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanun qəbul olunub.
Sonra bir sıra qanunlara əlavə və dəyişikliklər edilib.
Sonda Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50

