Fransanın növbəti frankofoniya rəzaləti
08.10.2024 [10:37]
Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 iqlim konfransı ərəfəsində rəsmi Paris ölkəmizin artan beynəlxalq nüfuzuna xələl gətirmək üçün ən müxtəlif çirkin vasitələrə əl atır. Bu günlərdə isə koordinasiyalı fəaliyyətlər həyata keçirən Fransa və Ermənistan beynəlxalq frankofoniya tədbirini növbəti dəfə ölkəmizə qarşı çirkin təbliğat platformasına çevirməyə cəhd göstəriblər. Belə çıxır ki, Yelisey Sarayı mədəniyyətlə bağlı olan bir tədbiri də siyasi çəkişmə meydanına çevirməyi özünə rəva bilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin və Bakı Təşəbbüs Qrupunun (BTQ) yaydıqları bəyanatlarda Fransanın frankofoniya rəzaləti kəskin şəkildə tənqid olunub. Həmçinin Qərbi Azərbaycan İcması Yelisey Sarayının COP29 ərəfəsində Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək cəhdlərini qətiyyətlə pisləyib.
Fransanın və Ermənistanın iflasa uğrayan məkrli cəhdləri
Əvvəla, fransız dili və mədəniyyəti ilə hər hansı bir bağlılığı olmayan Ermənistanın frankofoniya təşkilatında təmsilçiliyi, hətta quruma sədrlik missiyasının bu ölkəyə həvalə edilməsi suallar doğurur. Bu, başqa bir söhbətin mövzusudur. Qayıdaq frankofoniya tədbirinə. Xatırladaq ki, bundan əvvəl frankofoniya rəzaləti Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində yaşanmışdı. Belə ki, Zirvə Görüşü çərçivəsində keçirilən Nazirlər iclası zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən təxribat xarakterli və sözügedən Təşkilatın üzvlərinin guya Azərbaycana qarşı mövqe tutmaları ilə bağlı təhriflərlə dolu bəyanat səslənib. Bundan başqa, Cerba Zirvə Görüşünə hazırlıq mərhələsində Fransanın birbaşa dəstəyilə Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunub. Lakin qurumdakı Azərbaycana dost dövlətlər həm Ararat Mirzoyanın bəyanatına, həm də qətnamə layihəsində yer alan ölkəmizə qarşı müddəalara kəskin etirazlarını bildiriblər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib.
Bundan nəticə çıxartmayan Makron iqtidarı eyni rəzaləti növbəti frankofoniya tədbirində təkrarlamaqdan çəkinməyib. Lakin Fransanın və Ermənistanın təxribat cəhdləri bu dəfə də iflasa uğrayıb. Əvvəla, Xarici İşlər Nazirliyindən bildirldiyi kimi, üzv dövlətlər arasında mədəni-humanitar əməkdaşlıq sahəsində mandata malik olan Beynəlxalq Frankofoniya Təşkilatının Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur. Tədbirdə Fransa Azərbaycanın üzv olmadığı bu təşkilatda onun suverenliyi və ərazi bütövlüyünü hədəf alan müddəaları təşkilatın sammitinin qətnaməsinə daxil etmək üçün sədrlik statusunu kobud şəkildə istismar edib, çoxtərəfli diplomatik formatlarda sənədlərin hazırlanması ilə bağlı ümumi qəbul edilmiş praktikanı və elementar çoxtərəfli danışıq qaydalarını açıq şəkildə pozaraq, bir neçə üzv dövlətin məlum müddəalarla bağlı təkliflərini müzakirə etməyə belə imkan verməyib.
Nəticə etibarilə, Ermənistan tərəfinin guya BFT Sammitində qəbul olunduğunu iddia etdiyi müddəalar əslində təşkilatda konsensus qazanmayıb, bəzi müddəalara etiraz olaraq sənədə qeyd-şərt əlavə edilib. “Beləliklə, hətta Azərbaycanın üzv olmadığı bir platformada belə Ermənistanın özünün saxta hekayələrini beynəlxalq ictimaiyyətə qəbul etdirmək cəhdləri Fransanın açıq dəstəyinə baxmayaraq iflasa uğrayıb”, - deyə XİN-in bəyanatında vurğulanır.
Burada bir məqama ayrıca diqqət çəkmək istərdik. Məlumdur ki, Ermənistan rəsmiləri davamlı şəkildə “sülh sazişini imzalamağa hazırıq” səslənmələri edirər. Belə səslənmələr beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərindən başqa bir şey deyil. Reallıqda məğlub ölkə sülhyaratma prosesini sadəcə imitasiya edir. Sənəddə vurğulandığı kimi, BFT çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi dəyərləndirilməlidir.
Bakı Təşəbbüs Qrupu çağırış edir
“Mədəniyyət profilli qurum olan Beynəlxalq Frankofoniya Təşkilatının ona üzv olmayan suveren ölkə əleyhinə və ümumiyyətlə, mandatından kənar mövzuya dair sənədlər qəbul etməsi bu təşkilatın nüfuzuna ciddi xələl gətirməklə yanaşı, onun Fransa tərəfindən digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğunu, siyasi alət rolunu oynadığını nümayiş etdirir”. Bu fikirlər isə Bakı Təşəbbüs Qrupunun bəyanatında öz əksini tapıb.
Fransa 500 illik müstəmləkəçilk tarixində öz nəzarətində saxladığı ərazilərdə ən qəddar kolonializm siyasəti həyata keçirib və indi də davam etdirilir. Bu gün Kanakidə, Fransız Polineziyasında, Qəmərin Mayot adasında, Martinikada, Qvadelupada və digər müstəmləkə ölkələrində Yelisey Sarayının neokolonializm siyasətinin ən eybəcər təzahürlərinə, ağır fəsadlarına rast gəlmək mümkündür. Fransa keçmiş və indiki müstəmləkələrində məqsədli şəkildə milli kimliyin məhv edilməsi siyasəti yürüdür və təəssüf ki, böyük ölçüdə buna nail olmuşdur. Beynəlxalq hüquqa hörmət çərçivəsində dünyada dekolonizasiya prosesinin irəlilədilməsi və (neo) müstəmləkəçiliklə mübarizə sahəsində fəaliyyət göstərən BTQ Beynəlxalq Frankofoniya Təşkilatına fransız əsarəti altında olan dənizaşırı ərazilərdə Fransa hökuməti tərəfindən törədilən cinayətlərə diqqət yetirməsinə çağırış edib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19

