Yeni Azərbaycan Partiyası 2013-cü ildəki hədəflərini açıqladı
18.12.2012 [00:35]
Yeni Azərbaycan Partiyası (YAP) 2012-ci ilin yekunlarını dəyərləndirib və 2013-cü ilin perspektivlərini açıqlayıb.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Trend-ə bildirib ki, 2012-ci il YAP-ın həyatında bir sıra mühüm hadisələr ilə yadda qalıb.
Ümumilikdə 2012-ci ilin Azərbaycan üçün uğurlu illərdən biri olduğunu qeyd edən M.Qurbanlı bu il ərzində Azərbaycanda, paytaxt Bakı şəhərində bir çox beynəlxalq tədbirlərin keçirildiyini, Azərbaycanın daxili və xarici həyatında mühüm hadisələrin baş verdiyini diqqətə çatdırıb.
“Bilirsiniz ki, 2012-ci ildə Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçirilib, həmçinin Azərbaycan 2012-ci ildə ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu quruma sədrlik edib. Ölkədə baş verən bütün müsbət dəyişikliklər, iqtisadi-sosial həyatımızda baş verən yeniliklər təbii ki, Yeni Azərbaycan Partiyasından da yan keçməyib”, - M.Qurbanlı deyib.
O qeyd edib ki, YAP bütölükdə öz kadrları ilə partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında hökumətin həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edib.
“Bu gün YAP üzvlərinin sayı 600 min nəfərə yaxınlaşmaqdadır və bizim partiyanın çox güclü gənclər qolu mövcuddur, həmçinin YAP-ın bölgədə böyük imkanları və əlaqələri var. Partiyamızın mövqeyi ildən-ilə möhkəmlənir, güclənir. Bu, əlbəttə, Azərbaycanın regionda artan nüfuzu ilə paralel şəkildə gedir”, - millət vəkili deyib.
Onun sözlərinə görə, partiyanın rayon və şəhər təşkilatlarında 2012-ci ilin əvvəlindən başlayaraq partiyanın yaranmasının 20 illiyinə hazırlıqla bağlı müxtəlif tədbirlər həyata keçirilib.
M.Qurbanlı, həmçinin, qeyd edib ki, YAP hər il partiyanın İdarə heyətində növbəti il ilə bağlı tədbirlər planını müəyyən edir və bu, geniş müzakirə olunduqdan sonra qəbul edilir.
“Partiyanın qəbul etdiyi tədbirlər planına müvafiq olaraq, biz il ərzində müxtəlif xarakterli işlər görürük. Bu, iki istiqamətdə gedir. Birincisi partiyanın təşkilatlanması ilə bağlı olan məsələlər, yəni partiyaya yeni üzvlərin qəbul edilməsi, partiya üzvlərinin rayonlarda fəaliyyətinin genişləndirilməsi, ilk partiya təşkilatlarının sayının artması, bütövlükdə partiyanın təşkilatlanması ilə bağlı qarşımızda duran vəzifələrdir. Biz çalışırıq ki, partiyanın tərkibinə daha çox gənclər daxil olsun. Partiyanın gəncləşdirilməsi istiqamətində işlər görülür”, - M.Qurbanlı deyib.
YAP İcra katibinin müavini onu da qeyd edib ki, YAP-ın gənclər qolu beynəlxalq əlaqələrə malikdir, həm Avropa Xalqlar Partiyasının qurumları ilə əlaqələri var, həm də Asiya Siyasi Partiyaları ilə sıx əməkdaşlıq edir.
“Bizim partiyanın ayrı-ayrı ölkələrin partiyaları ilə də ikitərəfli münasibətləri var. Bunların sırasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası, Rusiyanın Vahid Rusiya Partiyası, Qazaxıstanın Nur-Otan Partiyası, eyni zamanda, Fransa, Böyük Britaniya, Şərqi Avropa ölkələrinin siyasi partiyaları ilə, Balkan yarımadasından olan ölkələrin siyasi partiyaları ilə əlaqələrimiz var. 2012-ci ildə biz bir neçə ölkənin siyasi partiyaları ilə ikitərəfli əlaqələr üzrə protokollar imzalamışıq”, - M.Qurbanlı deyib.
2013-cü ildə YAP-ın planlarından danışan millət vəkili növbəti ildə partiyanın qarşısında müəyyən vəzifələrin dayandığını deyib.
“Təbii ki, növbəti ilin ən mühüm hadisəsi prezident seçkiləridir. Yeni Azərbaycan Partiyası həmin seçkilərdə partiyanın namizədi, partiyanın Sədri cənab İlham Əliyevin qələbə qazanması üçün bütün potensialını, fəaliyyətini işə salacaq. Təbii ki, yalnız Yeni Azərbaycan Partiyası deyil, bütövlükdə cəmiyyətin böyük bir qismi cənab Prezidenti müdafiə edir. 600 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyası bu kampaniyada avanqard rolunu oynayacaq”, - M.Qurbanl deyib.
O qeyd edib ki, YAP-ın bununla bağlı müəyyən etdiyi xətt var, bu xəttə ardıcıllıqla əməl ediləcək.
Həmçinin, 2013-cü ildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinin qeyd olunacağını xatırladan M.Qurbanlı bununla bağlı YAP-ın tədbirlər planının olduğunu və 2013-cü ildə bu plan üzrə böyük tədbirlər həyata keçirəcəyini qeyd edib.
M.Qurbanlı bildirib ki, 2013-cü ildə yenə də YAP beynəlxalq əlaqələr istiqamətində müəyyən etdiyi xətt üzrə hərəkət edəcək.
“Yəni ikitərəfli partiyalararası əlaqələr, beynəlxalq partiya qurumlarındakı fəaliyyət, o cümlədən partiyanın gənclər qolu vasitəsilə xarici əlqələrin genişləndirilməsi. Bundan əlavə, 2013-cü ildə bir sıra xarici qonaqların YAP xətti ilə Azərbaycana gəlməsi və digər səfərlər nəzərdə tutulub. Təbii ki, şəraitə, vaxta uyğun strateji xəttlə bərabər müxtəlif taktiki məsələlər də var ki, bunlar 2013-cü ildə reallaşdırılacaq”, - M.Qurbanlı deyib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45

