/ / İspaniya teleradiosunda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışılıb
İspaniya teleradiosunda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətindən danışılıb
09.09.2024 [22:17]
1990-ci illərin əvvəllərində Azərbaycan torpaqlarının işğal edilməsi səbəbindən minlərlə insan yurd-yuvasından didərgin düşüb, ağır şəraitdə yaşamaq məcburiyyətində qalıb. 2003-cü ildə Prezident İlham Əliyev çadır şəhərciklərinin yaxın 5 ildə ləğvinə nail olunacağını bəyan etmiş, növbəti dörd il ərzində - 2007-ci ildə 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesi sonrakı illərdə daha geniş vüsət almışdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov İspaniya Dövlət Teleradiosunun (RTVE) əməkdaşı, kanalın həftəlik informasiya icmalının (Informe Semenal) müəlliflərindən olan Angela Rodicioya müsahibəsində deyib.
Əcnəbi jurnalistə keçmiş Qarabağ münaqişəsindən, 1988-ci ildən etibarən azərbaycanlılara qarşı XX əsrdə dörd dəfə məqsədli şəkildə həyata keçirilən etnik təmizləmə siyasətindən, soydaşlarımıza qarşı aparılan amansızlıqlardan bəhs edən Dövlət Komitəsinin sədr müavini, həmçinin 44 günlük vətən müharibəsindən, Azərbaycan Ordusunun şücaətindən, Ali Baş Komandan İlham Əliyevin göstərişlərinə müvafiq aparılan taktiki manevrlər nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən danışıb. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə postmüharibə dövründə aparılan tikinti, bərpa-quruculuq işləri bu gün də sürətlə davam etdirilir. Həmçinin Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, könüllü, ləyaqətli və təhlükəsiz qayıdışın təşkili istiqamətində mühüm işlərin davam etdirilməsi Böyük Qayıdışın əsas amalı olduğu diqqətə çatdırılıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in beş əsas istiqamətindən birinin qayıdış və məskunlaşma olduğu qeyd edilib. Dövlət Komitəsi tərəfindən məcburi köçkünlər arasında monitorinq və sorğuların aparıldığı, onların demoqrafiq vəziyyəti, əmək qabiliyyəti, peşə bacarıqları və bir sıra zəruri məlumatlarında dəqiqləşdirmələr aparıldığı əcnəbi jurnalistin diqqətinə çatdırılıb. Məlumat verilib ki, əhalinin mütləq əksəriyyəti Böyük Qayıdışa hazırdır, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərə 8000-dək insan artıq köçürülüb və daimi məskunlaşdırılıb.
Daha sonra Angela Rodicioya Böyük Qayıdış prosesini ləngidən amillərdən danışılıb. Bu prosesdə ən böyük maneənin mina və partlamamış hərbi sursatların (PHS) olduğu, işğaldan azad edilmiş ərazilərdə 1.5 milyon mina və PHS yerləşdirildiyi, bu günədək 350-dən çox mina qurbanının olduğu, Ermənistan tərəfin hələ də mina və PHS-larla bağlı həqiqi xəritəni Azərbaycan tərəflə bölüşmədiyi qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

