Azərbaycanın beynəlxalq və regional mövqeyinin güclənməsi radikal müxalifəti niyə narahat edir?
20.11.2012 [00:45]
Düşərgənin icazəsiz aksiya şouları məhz anti-azərbaycançı qüvvələrin sifarişi ilə reallaşır
Məlum olduğu kimi, ölkəmizin son illərdə sosial-iqtisadi, siyasi, bir sözlə, bütün sahələrdə əldə etdiyi uğurlar dünyanın diqqət mərkəzindədir. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycanın Cənubi Qafqazın ən inkişaf etmiş, lider dövlətinə çevrilməsi, ölkəmizin yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasət kursu, vətəndaşların rifahına hesablanmış daxili siyasəti eyni zamanda, ölkəmizin xarici dövlətlərlə ikitərəfli əlaqələrinin yaradılmasında və inkişaf etdirilməsində əsas rola malikdir. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu ilin may ayında quruma rəhbərlik etməsi isə ölkəmizin beynəlxalq arealda əldə etdiyi mühüm bir nailiyyətdir. Belə bir mühüm nailiyyətin əldə olunmasının ən əsas səbəbi isə Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir formada inkişaf etdirilməsidir.
Digər tərəfdən, ölkəmizdə demokratik təsisatların inkişafı, insan hüquq və azadlıqlarına verilən qiymətin yüksək səviyyədə olması, söz azadlığına hörmətlə yanaşılması Azərbaycanın hərtərəfli inkişafını təmin edib. Ölkəmizdə fərqli fikirə, azad sözə şərait yaradılıb, siyasi plüralizm hökm sürür, Azərbaycan müasir informasiya texnologiyalarının inkişafı istiqamətində hər zaman mühüm addımlar atır.
Təbii ki, əldə edilən uğurlar, Azərbaycanın nəinki regionda, dünya miqyasında mühüm və aparıcı aktora çevrilməsi dostlarımızı sevindirdiyi kimi düşmənlərimizi də kədərləndirir, onlarda qısqanclıq hisslərini oyadır. Bunun nəticəsidir ki, uğurlarımız artdıqca, Azərbaycanın iqtisadi-siyasi dayanıqlılığı təmin edildikcə və ən əsası bu uğurlar nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yaxınlaşılmasına yol açdıqca anti-azərbaycançı dairələr məqsədli şəkildə ölkəmizə qarşı təbliğat aparmağa, müəyyən yollarla təzyiqlər göstərməyə cəhdlər edirlər. Həmin dairələrin korporativ maraqlara söykənən və ölkəmizin uğurlarının həzm edilməməsinin qarşılığında yaranan bu münasibətinin arxasında bir sıra amillər dayanır ki, bunun da ən əsası qeyd olunduğu kimi, Azərbaycanın dünyada günü-gündən artan imici və Ermənistan üzərindəki diplomatik qələbələridir. Elə anti-azərbaycançı dairələrin ölkəmizdə “canişinliyini” həyata keçirmək istəyən radikal müxalifətin də son dövrlərdə “aktivləşməsi” məhz buna söykənir. Anti-azərbaycançı dairələrin sifarişləri əsasında “səfərbər” olunan radikal düşərgənin mənasız, məntiqsiz və xalqın etinasızlığı ilə müşayiət olunan, yalnız maraqlı xarici qüvvələrin mənafeyinin təmin olunmasına istiqamətlənən “qohum-əqrəba” aksiyaları isə hər zaman fiasko ilə nəticələnir. Düşərgə təmsilçilərinin həmin anti-azərbaycançı qüvvələrin təhriki ilə ölkəmizdə sabitliyi pozmaq cəhdləri isə bir daha radikalların dövlətin, xalqın marağına qarşı çıxmasının göstəricisidir. Bununla da, düşərgə bir daha satqınlığı, xalqına, dövlətinə xəyanəti özünə “strategiya”, “konsepsiya” kimi qəbul etdiyini növbəti dəfə etiraf edir. Maliyyə qarşılığında bir sıra maraqlı xarici dairələrin əlində alətə çevrilən və bunu açıq-aşkar biruzə verən, həmin dairələrin maraqlarının vəkili qismində çıxış edən radikal düşərgə təmsilçiləri cılız, xırda korporativ maraqlarını təmin etmək üçün Azərbaycan xalqının mənafeyinə qarşı mövqe tutmaqdan çəkinmirlər.
Təbii ki, radikalların “fəaliyyətinin” haradan sifariş olunduğu onların kimliklərindən, “dostlarının kimliyindən” və niyyətlərindən bəlli olur. Özlərini cəmiyyətə “demokratiya” istəyən qüvvə kimi təqdim etməyə çalışan və 5-ci kalona çevrilən düşərgə təmsilçiləri, ayrı-ayrı ermənipərəst və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan dairələrin xitdmətçiliyini həyata keçirənlər ölkədə mədəni, siyasi, iqtisadi müstəvilərdə əldə olunan bütün nailiyyətlərə qara yaxmaqla öz işlərini bitmiş hesab edirlər. Xarici ianələrin qarşılığında dövlətinə və xalqına belə asan şəkildə xəyanət edib qarayaxma kampaniyasına başlayanlar Azərbaycanın gündən-günə yüksələn imicinə qarşı mövqe tutduqlarını, ölkəmizin beynəlxalq və regional mövqeyinin güclənməsindən narahat olduqlarını açıq şəkildə nümayiş etdirirlər.
İcazəli-icazəsz aksiyalar keçirmək istəyən radikal düşərgə hər addımda öz gücsüzlüyünü nümayiş etdirir. Keçirdiyi icazəli aksiyalarda xalqdan dəstək ala bilməyən, xalq tərəfindən baykot edilən radikal müxalifətin icazəsiz aksiya cəhdi isə məhz düşdüyü durumu kompensasiya etmək xarakteri daşıyır. Qeyd edək ki, hər dəfə icazəsiz aksiya üçün şəhərin gur, insanların istirahət etdiyi məkanları ünvan seçən radikal düşərgə təmsilçiləri bununla cəmisi üç-beş nəfərdən ibarət olduqlarını gizlətmək istəyirlər. Amma hər şey ortadadır. O baxımdan ki, bir sıra anti-azərbaycançı dairələrin nəzarətində olan KİV-lərin kameralarının qarşısında o yana-bu yana qaçan, köynəyini cıran, özünü yerə sürtən üç-beş nəfər kameralar önündə “parlaq” çıxışlar etmək üçün “savaşırlar”. Keçirilən bu uğursuz aksiya cəhdləri isə bir daha radikal müxalifətin gülünc, çıxılmaz və əmr qulu vəziyyətinə düşdüyündən xəbər verir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

