İrəvanın KTMT müəmması ...
08.08.2024 [12:12]
Fəaliyyətini dondurduğunu iddia edən İrəvan bağları tam qopara bilmir
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyəti ilə bağlı müəammalar hələ də davam etməkdədir. Qeyd edək ki, artıq bir neçə ildir ki, rəsmi İrəvan KTMT çərçivəsində keçirilən fərqli strukturların görüşlərinə qatılmır, keçirilən hərbi təlimlərdə iştirak etmir. Ermənistan 2023-cü il yanvar ayında öz ərazisində KTMT təlimlərinin keçirilməsinə etiraz etmişdi, həmin ilin martında isə öz nümayəndəsini KTMT rəhbərinin müavini vəzifəsinə təyin etməkdən imtina etmişdi. 2023-cü ilin noyabrında Ermənistan baş naziri İrəvanda keçirilən KTMT sammitinin yekun sənədini imzalamamışdı. Bu il fevralın 22-də Ermənistan baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” bildirib. Mayın 8-də parlament saatı zamanı Paşinyan Ermənistanın KTMT-nin maliyyələşdirilməsindən də imtina etdiyini bəyan edib, daha sonra isə Ermənistan Təşkilatın mayın 31-də Almatıda keçirilən KTMT Müdafiə Nazirləri Şurasının işində də iştirak etməyib. Eyni zamanda, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Almatıda keçirilən iclasına da qatılmayıb.
Yenə də imtina...
Rəsmən KTMT üzvü olan Ermənistan yenə də analoji mövqeyini davam etdirir. Belə ki, İrəvan KTMT-nin sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” təlimində iştirakdan imtina edib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. “Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində də iştirakdan imtina edib. Yayılan məlumatda göstərilib ki, tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər. “İştirakçılar təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcəklər. Xüsusi təyinatlılar aviasiya və PUA-lardan istifadə edərək binalara və nəqliyyat vasitələrinə basqın etmək, girovları azad etmək və yaraqlıları zərərsizləşdirmək üçün məşq edəcəklər”, - məlumatda bildirilib.
KTMT-yə “yox” deyir, ABŞ ilə təlim keçir...
Bəli, Ermənistanın tədbirlərində iştirak etmədiyi qurumdan çıxması hələ də təsdiqlənməsə də, Paşinyan adminstrasiyası bu “faktı” ölkəsinin “Qərbə inteqrasiya” yolu seçməsi ilə əlaqələndirir. Əslində qurum heç bir hərbi məna daşımayan Ermənistanın KTMT-də yoxluğu faktiki heç nəyi dəyişməyəcək - bu ölkə qurumda hansısa yüksəksəviyyəli silahlı bölmə və ya təchizatla təmsil olunmur. Eyni zamanda, yayılan məlumatlara görə artıq bir müddətdir ki, Ermənistan KTMT üzvlüyü ilə bağlı üzvlük haqqı da ödəmir. Bunun əksinə, qurumun Nizamnaməsinə zidd olaraq Ermənistan iki ildir ki, KTMT-nin qarşı qütbü kimi dəyərləndirilən ABŞ ilə “birgə təlim” keçir. “Eagle Partner” adlı Ermənistan-ABŞ birgə təlimləri ilk dəfə ötən ilin sentyabrında reallaşmışdı. Bu dəfə isə iyulun 15-dən 24-dək Ermənistanda “Eagle Partner 2024” adlı birgə erməni-amerikan hərbi təlimləri keçirilib.
Bu ölkənin siyasi rəhbərliyi fərqli güclərin, xüsusilə ABŞ və Aİ-nin “əl oyuncağı”na çevrliməklə yeni reallıqlar formalaşdıracağını düşünür. Amma bu kimi bəsit düşüncə ilə sadəcə özünü uçurumun bir addımına “yetirə bilən” Paşinyan hakimiyyəti ciddi təlatümlərlə qarşı-qarşıya olduqlarını deyəsən hələ dərk etməyiblər. “KTMT-dəki fəaliyyətimizi dondurduq” deyib illərdir tavanı altına sığındığı hərbi ittifaqa arxa çevirən Ermənistan Qərb “çətirinin” silah-sursatına, təlimlərinə susayıb. Ermənistan yalançı “şirin vədlərə” uyub bölgədə qeyri-adekvat mövqedən çıxış etməzdən qabaq iki dəfə düşünməlidir - İrəvan “hərbi fon”unu bir anda KTMT-dən “NATO-ya” dəyişəcəyini fikirləşir. Belə olan təqdirdə KTMT medalyonunun arxa üzü olan Avrasiya İqtisadi İttifaqında hansı “üzlə” təmsil olunacaq?
Aİİ qorxusu...
Əslində Ermənistan hakimiyyətinin KTMT ilə bağlarını tam qoparmamasının ilkin səbəbi məhz Aİİ-dir. Statistik rəqəmlərə nəzər saldıqda bəlli olur ki, Ermənistanın xarici ticarət dövriyyəsinin ən mühüm hissəsi məhz MDB məkanı ilədir. Başqa sözlə, həm KTMT-də, həm də Aİİ-də tərəfdaş olduğu ölkələrə arxa çevirmək İrə?an üçün yaxşı perspektiv vəd etmir. Məsələn, Ermənistanın ən böyük xarici ticarət tərəfdaşı Rusiya, Belarus və Qazaxıstandır. İxrac həcminə görə də ilk üçlükdə Rusiya, Belarus və Qazaxıstan yer tutmaqdadır. İdxalla bağlı göstərcidə isə sadəcə siyahıda üçüncü olan Qazaxıstanı Ukrayna əvəzləyir. Bu göstərcilərə əslində Ermənistanın iqtisadi durumundan çox siyasi durumunu göz önünə gətirir. Bu gün KTMT-də iştirakdan imtina etməklə həm də dolayısı ilə Rusiyadan imtina etdiyini bildirən Ermənistan odla oynayır. KTMT-də özünü “donduran” Ermənistanın qaz təchizatı birbaşa Rusiya ilə əlaqələdir - belə olan halda, İrəvan qışda sözün əsl mənasında donmalı olar. Bunu düşünməyən Ermənistanın siyasi hakimiyyəti ölkəsini artıq təhlükələr qarşısında qoymaqdadır. Hərbi müttəfiqliyin ardından, iqtisadi partnyorluğun da üstündən xətt çəkməli olacaq Ermənistanı daha ağır şərtlər gözləyir...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxHadisə
04 May 16:10
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32

