Makron bu dəfə də uduzdu...
09.07.2024 [10:40]
Fransada parlament seçkilərinin nəticələri iğtişaşlara səbəb olub
Sol blokun lideri Jan-Luk Melanşon tərəfdarlarına müraciətində Fransa Prezidenti Emmanuel Makronun seçkilərdə məğlubiyyətini etiraf etməli olduğunu bildirərək, ölkənin hazırkı Baş naziri Qabriel Attalı istefaya çağırıb
Nardar BAYRAMLI
Fransada iyulun 7-də keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunda Jan-Luk Melanşonun başçılıq etdiyi solçu “Yeni xalq cəbhəsi” koalisiyası qalib gələrək Milli Assambleyada 182 mandat qazanıb. Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. Seçkilərin nəticələrinə görə, ikinci yeri tutan Emmanuel Makronun “Birlikdə” koalisiyası parlamentin aşağı palatasında 168 yerə, üçüncü yeri tutan Marin Le Penin “Milli birlik” partiyası isə 143 yerə sahib olub. İkinci turda 200 nəfərin namizədliyini geri götürməsi ifrat sağçıların məğlubiyyətinin əsas səbəbidir.
Sol blokun lideri Jan-Luk Melanşon tərəfdarlarına müraciətində Fransa Prezidenti Emmanuel Makronun seçkilərdə məğlubiyyətini etiraf etməli olduğunu bildirərək, ölkənin hazırkı Baş naziri Qabriel Attalı istefaya çağırıb. O, həmçinin solçu koalisiyaya yeni kabinet formalaşdırmağa icazə verilməli olduğunu vurğulayıb. Emmanuel Makronun koalisiyası ilə ittifaqı istisna edən siyasətçinin sözlərinə görə, solçular yeni hökumətdə öz siyasi proqramlarını həyata keçirməyə hazırdır.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin ikinci turu 441 seçki dairəsində keçirilib. Fransa parlamenti 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat kifayət edir. Fransada seçkilər majoritar sistem üzrə iki turda keçirilir.
Solçu blokun qələbəsi Fransada qeyri-sabit parlament problemi və yeni hökumətin formalaşdırılması prosesində danışıqların uzadılması ilə bağlı müəmmalı vəziyyət yaradıb. “Reuters” agentliyinin yazdığına görə, seçkilərin nəticələri Prezident Emmanuel Makrona da ağır zərbə olub və Avropa zonasının ikinci böyük iqtisadiyyatını durğunluq vəziyyətinə sürükləyir, eyni zamanda, Paris Olimpiadasına bir neçə həftə qalmış ölkədə baş verəcək siyasi qeyri-sabitliyin xəbərçisidir. Fransa prezidenti son nəticədə parçalanmış parlament sindromu əldə edib, bu isə ölkənin Avropa İttifaqında və onun hüdudlarından kənarda mövqeyini zəiflədəcək, həmçinin daxili gündəlikdə duran məsələlərin həllində çətinliklər yaradacaq.
Beləliklə, Milli Assambleya üç böyük qrupa bölünüb: müxtəlif platformalarla sol, mərkəzçi və həddindən artıq sağ qanadlar. Əsas siyasi qüvvələrdən heç biri mandatların mütləq əksəriyyətini almadığına görə yeni hökumətin formalaşdırılması çətin olacaq.
Səsvermə ilə bağlı proqnozlar açıqlandıqdan sonra bazar günü avro ucuzlaşıb. Sol ittifaq yanacaq və ərzaq kimi vacib malların qiymətlərini məhdudlaşdırmağı, minimum əmək haqqını və dövlət sektoru işçilərinin əmək haqqını yüksəltməyi hədəfləyir. Fransanın büdcə kəsiri isə artıq istehsalın 5,5 faizini təşkil edir ki, bu da qaydaların Aİ-nin icazə verdiyi səviyyəsindən yüksəkdir. “Capital Economics” nəşri qeyd edib ki, parçalanmış parlament Fransanın Aİ büdcə qaydalarına riayət etməsində lazım olan büdcə kəsirlərini qüvvəyə mindirmək sahəsində hansı bir hökumət üçün çətin olacaq. “Fransa hökuməti ilə Aİ arasında maliyyə siyasəti ilə bağlı toqquşma ehtimalı artıb”, -deyə nəşr vurğulayıb.
Yeri gəlmişkən, ötən gün Fransanın Baş naziri Qabriel Attal Emmanuel Makrona istefa ərizəsini təqdim edib. Lakin dövlət başçısı Baş nazirin istefasını qəbul etməyib. Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra bu qərara gəlib.
Bu arada “Yeni xalq cəbhəsi” solçu koalisiyasının Fransa Milli Assambleyasına növbədənkənar seçkilərdə qalib gəlməsindən sonra iyulun 8-nə keçən gecə ölkəni iğtişaşlar bürüyüb. Bütün Fransada keçirilən müxtəlif nümayişlər zamanı azı onlarla şəxs həbs edilib, bir neçə polis əməkdaşı yaralanıb. Həbslər Renn şəhərində antifaşist şüarların səsləndirildiyi Müqəddəs Anna meydanında insanların toplantısı zamanı baş verib. Nantda isə polisin iğtişaşlara nəzarət etmək üçün gözyaşardıcı qazdan istifadə etdiyi şəhər mərkəzində minə yaxın adamın iştirakı ilə keçirilən nümayiş zamanı bir polis məmuru alışan kokteyl atılması nəticəsində ikinci dərəcəli yanıqlar alıb. Buna cavab olaraq etirazçılar polisə fişənglər və butulkalar atmağa başlayıblar. Aksiya iştirakçıları mağaza və kafeləri, avtobus dayanacaqlarını dağıtmağa başlayıblar. Paytaxt Paris şəhərində də polislərlə etirazçılar arasında ciddi toqquşmalar baş verib.
“Yeni xalq cəbhəsi” tərəfdarlarının Jan Jores meydanında toplaşdığı, təhlükəsizlik qüvvələri ilə də toqquşmaların yaşandığı Marsel küçələrinə daha 5 min adam çıxıb. Bundan əlavə, Lion küçələrində çoxsaylı vandalizm və qarət faktları qeydə alınıb. Görünən odur ki, Makron hakimiyyəti Fransanı rəzil duruma salıb.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07

