Kibermüharibələrə hazır olmalıyıq!
07.06.2024 [10:30]
Hücumlar kritik həddə çatıb...
Vətəndaşların bank məlumatlarının oğurlanmasının qarşısını almaq üçün kibermaarifləndirməyə xüsusi ehtiyac var
Azərbaycanın informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. İT sektorunun yüksək inkişafı yeni yaranan riskləri daha da artırır. Son zamanlar Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələri olan dövlət, özəl və qeyri-hökumət qurumlarının, fiziki şəxslərin sahib olduğu informasiya ehtiyatlarına və infrastrukturlarına, bu ehtiyatlarda yerləşən maddi və qeyri-maddi resurslara çoxşaxəli hücumlar genişlənməkdədir. Qloballaşmanın daha da dərinləşməsi, eləcə də rəqəmsal ticarətin və maliyyə-bank xidmətlərin elektronlaşması bu təhdidləri bir qədər də yüksəldib. Xüsusilə də bank sektorunda rəqəmsallaşmanın geniş vüsət alması, sosial mediada mobil texnologiyaların genişlənməsi də riskləri durmadan artırır, kiberterrorlar informasiya sistemlərinin işinin pozmaqla yanaşı, insanların şəxsi həyatına təhlükə törədərək onlara maddi zərər vurulması ilə nəticələnir. İnformasiya infrastrukturlarının funksional dayanıqlığının daha güclü mühafizəsi, eləcə də həmin infrastrukturlardan istifadə edən özəl sektorun, həmçinin vətəndaşların hüquqlarının qorunması üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, müasir informasiya təhlükəsizliyi landşaftının bütün idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsi aktual çağırış kimi qapının ağzına qədər gəlibdir. Məhz bu səbəblərdən kibertəhlükəsizliyin təmin olunması istər milli, istərsə də beynəlxalq səviyyədə ən başlıca məsələyə çevrilib və mütəşəkkil vahid əlaqələndirilmiş fəaliyyət tələb edir.
Ölkəmizdə kibertəhlükəsizliyə nəzarəti həyata keçirən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti davamlı olaraq dövlət qurumlarının informasiya təhlükəsizliyini təmini üçün birgə tədbirlər görür. Hər il “AzstateNet” dövlət şəbəkəsində yeni nəsil mühafizə avadanlıqları vasitəsilə zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsi ilə bloklanır, eləcə də virus tərkibli sənədlər xüsusi “Sandbox” mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınır. Müxtəlif ölkələr hər il kibertəhlükəsizliyə yüz milyonlarla dollar pul xərcləyir, təkcə ABŞ-ın bu sahəyə sərf etdiyi vəsaitin illik həcmi 20 milyard dollara yaxındır. Ancaq bütün bunlara baxmayaraq, qarşı tərəf də dinc dayanmır, yeni xaker proqramlar, saxta İT və mobil alətlərlə kiberhücumların yeni üsullarını tətbiq edir. Azərbaycan da kiber hücumlarla mübarizə koalisiyasında yer alaraq təhdidlərə qarşı güclü sədd yaratmağa çalışır, milli ekosistemin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atır.
Ancaq bütün bunlara baxmayaraq, kibercinayətkarlıq cəmiyyətlərdin sanki həyat vərdişinə çevrilir. Qeyd edək ki, kibertəhlükəsizlik məsələləri Dövlət Qurumlarının İT rəhbərlərinin IV Zirvə Toplantısında da əsas müzakirə mövzusu olub. Tədbirdə çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov informasiya texnologiyalarının sürətli inkişafının bu cür təhlükələrin daha da artmasına yol açdığını vurğulayıb. Xüsusilə də süni intellektin kibertəxribatlarda adi vərdişə çevrildiyini, şantaj və montaj texnologiyası kimi istifadə edildiyini istisna etməyib. Dövlət Xidmətinin Baş idarə rəisi Azər Əhədov isə ölkəmizdə də kiberdələduzluq hallarının genişlənməsindən yaranan narahatlığı nəzərə alaraq dövlət qurumları, özəl şirkətlər və ayrı-ayrı şəxsləri ayıq-sayıq olmağa çağırıb. Eləcə də kibermüharibə artıq qapının ağzındadır. Kibermüharibədə coğrafi hüdudlarını genişləndirir.
Qeyd edək ki, ölkəmizin kiberinfrastrukturunun mübarizələrə hazırlıq səviyyəsini yoxlamaq üçün sınaq məqsədilə bir neçə dəfə stres-testlər keçirilib. Ötən ilin oktyabr ayında Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri çərçivəsində təşkil olunmuş kibermüharibə yarışında dövlət qurumları və özəl sektorun əsas təmçilçiləri olan bank, mobil operator, maliyyə, sığorta, internet provayderləri və digərlərinin iştirakı ilə bu sistemin qoruyuculuq potensialları yoxlanılıb. Bu sektorun kibertəhdidlərə qarşı çevikliyi nümayiş olunsa da, bir sıra problemlərin qalması da diqqətdən qaçmayıb.
Göründüyü kimi kiberhücumlar kritik həddə çatıb və sanki kiberpandemiya halını almaqdadır. Ona görə də kibertəhdidlərə qarşı mübarizədə daha mükəmməl texnoloji həllərin tətbiqi və yeni mühafizə mexanizmlərindən istifadəsi həyati vacib tələbata çevrildiyindən dövlətdən biznesə, biznesdən vətəndaş cəmiyyətinə qədər hər bir tərəf etibarlı və təhlükəsiz rəqəmsal ekosistemin yaradılması üçün qüvvələrini birləşdirilməyə məcburdur. Hazırda Azərbaycanın COP29-a ev sahibliyi etdiyi məsuliyyətli bir dövrdə kiber hücumların artacağı da istisna deyil və bu məqsədlə informasiya təhlükəsizliyinin artırılması məsələsi daha da aktuallaşıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artıq COP29-un informasiya ehtiyatının etibarlı qorunması üçün öz fəaliyyətini gücləndirməyə yönəlik əlavə tədbirlərə start verib.
Qeyd edək ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nda da bu məsələlər əsas hədəf tədbirləri kimi müəyyən olunub. Sözsüz ki, dövlətdən biznesə, biznesdən vətəndaş cəmiyyətinə qədər hər bir tərəf etibarlı və təhlükəsiz rəqəmsal ekosistemin yaradılması üçün qüvvələrini birləşdirməyə məcburdur. Ancaq bu sırada kibermədəniyyətin formalaşdırılması da əsas şərtlərdən biridir. Hazırda vətəndaşların bank məlumatlarının oğurlanmasında ən əsas amil də məhz maarifləndirmənin zəif olmasıdır. Bu baxımdan informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin yüksəldilməsi məqsədilə ayrıca layihələrin icrasına, təşviqat materiallarının yayımının genişlənməsinə də diqqət artırılmalıdır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

