Bakının antikolonial mübarizəsi
04.06.2024 [10:15]
Yelisey sarayının planlarını pozur
Yelisey Sarayının Afrikada və dənizaşırı ərazilərdə yüz illərin ağır müstəmləkəçilik ənənələrini davam etdirməsi, təkcə son vaxtlarda Yeni Kaledoniyada, Fransız Polineziyasında yerli icmaların azadlıq mübarizələrinin qarşısını ən qəddar metodlarla almağa çalışması Fransanın özünün ən yüksək dəyəri sandığı demokratiya ilə kəskin təzad təşkil edir. XXI əsrdə dünya yeni çağırışlarla üz-üzədir. Bu çağırışlardan biri də məhz müstəmləkəçiliyin bütün təzahürlərinin aradan qaldırılması ilə bağlıdır. O cümlədən Parisin yeni çağırışları qəbul etməməsi və müstəmləkəçilik siyasətindən əl çəkməməsi tərəqqipərvər bəşəriyyətin etirazlarına səbəb olur.
Bakıdan azadlıq mübarizəsinə qalxan xalqlara fəal dəstək
Azərbaycan dünyada Fransanın müstəmləkəçilik siyasətinin ifşasında sözün əsl mənasında cəsarət nümunəsi göstərən ölkədir. Azərbaycan dövləti və xalqı müstəmləkəçiliyin bütün təzahürlərinə, o cümlədən də Fransanın neokolonializm siyasətinə qarşı hər zaman ciddi müqavimət göstərir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyev bu problemi beynəlxalq səviyyədə bir neçə dəfə müzakirələrə çıxarıb. Dövlətimizin başçısı Fransanın müstəmləkə siyasətini tənqid edərək deyib ki, bu ölkə öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Azərbaycanın təklifləri əsasında Bakı Təşəbbüs Qrupunun yaradılması da məhz Frasanın müstəmləkəçilk siyasətinə qarşı mübarizəyə qalxan xalqlara dəstək verməkdir. 2023-cü ildən fəaliyyətə başlayan Bakı Təşəbbüs Qrupu artıq beynəlxalq platformaya çevrilib. Təsisat müstəmləkəçilik və neokolonializmlə mübarizənin ardıcıl şəkildə dəstəklənməsi çərçivəsində Cenevrə və İstanbulu da əhatə etməklə Bakıdan Nyu-Yorka qədər 10-a yaxın beynəlxalq konfrans təşkil edib. Son zamanlar Bakı Təşəbbüs Qrupunun fəaliyyəti hökumətlərarası səviyyədə vurğulanıb. Təşkil edilən bütün beynəlxalq tədbirlərdə Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında məşğulluq, mənzil təminatı sahələrində ayrı-seçkilik halları, təbii sərvətlərin istismarı barədə ətraflı məlumat verilib, Fransa hökumətinin himayəsi altında təşkil edilən kütləvi immiqrasiya faktları diqqətə çatdırılıb.
Məlumdur ki, son vaxtlarda Fransız Polineziyası müstəqillik əldə etmək üçün son və qəti mübarizəyə qalxıb. Bu mübarizədə Bakı Təşəbbüs Qrupu aborigen xalqın, Fransanın təzyiqlərinə baxmayaraq mücadiləni davam etdirən siyasi partiyaların yanındadır. Qurumun icraçı direktoru Abbas Abbasovun məlumatına görə, artıq Bakı Təşəbbüs Qrupu ilə Fransız Polineziyasının “Tavini Huiraatira” Partiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu günlərdə Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda “Tavini Huiraatira” partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu diqqətə çatdırıb ki, 40 il əvvəl müstəqillik uğrunda mübarizədə onlar kiçik bir qrup idilər. Bu kiçik qrupla və məhdud imkanlarla torpaqlarını onların əllərindən alan böyük qüvvəyə qarşı mübarizə aparırdılar. Bu mübarizə indi də qətiyyətlə davam etdirilir.
Bakı Təşəbbüs Qrupu, həmçinin Yelisey Sarayının bədnam “konstitusiya islahatlarına” qarşı sərt müqavimət göstərən Yeni Kaledoniyaya dəstək verir. Təsisat Yeni Kaledoniya hadisələri ilə bağlı xüsusi bəyanat yayıb. “Paytaxt Numea şəhərində, həmçinin ətraf ərazilərdə baş vermiş və insan həyatı üçün təhlükə yaradan hadisələr Bakı Təşəbbüs Qrupu olaraq bizi dərindən narahat edir. Hüquq-mühafizə orqanlarının fundamental insan hüquqlarına hörmət etməsi məcburidir. Fransa polisinin etirazçılara qarşı həddən artıq güc tətbiq etməsi bütün vətəndaşların təhlükəsizliyini və ləyaqətini təhdid altına qoyur”, - deyə bəyanatda vurğulanıb.
Transmilli media Fransanın siyasətini pisləyir
Azərbaycanın antikolonial mübarizəsi beynəlxalq səviyyədə E.Makron hökumətinin tabusuna ciddi zərbə vurur. Əlbəttə Yelisey Sarayı indiyədək hər şeyi edirdi ki, transmilli mediada Fransanın müstəmləkəçilk siyasəti diqqətdən kənarda qalsın. Azərbaycanın siyasəti, o cümlədən də Bakı Təşəbbüs Qrupunun fəallığı artıq bunu mümkünsüz edir. Təsadüfi deyildir ki, son vaxtlarda nüfuzlu nəşrlərdə Fransanın Afrikada və dənizaşırı ərazilərdə apardığı siyasət ciddi tənqidlərə məruz qalır. Bu günlərdə Britaniyanın nüfuzlu “Guardian” nəşrində dərc olunan məqalə buna nümunədir. “Makronun Yeni Kaledoniya ilə bağlı siyasəti işə yaramır, bizə yeni bir yol lazımdır”. Bu fikirləri Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sözçüsü Cimmi Nauna nəşrindəki məqaləsində ifadə edib. O bildirib ki, Yeni Kaledoniyada baş verən iğtişaşlar, Emmanuel Makronun Yeni Kaledoniyanın öz müqəddəratını təyinetmə prosesini pozmaq üçün apardığı qərəzli və inadkar siyasi manevrlərinin birbaşa nəticəsidir.
Böyük Britaniyanın “Daily Express” nəşrinin yaydığı xəbərdə isə deyilir ki, Makron özünün demokratiya carçısı olduğunu israrla iddia edir. Gürcüstan xalqı küçələrə axışarkən, Makron bunu alqışlamışdı. Ancaq, eyni zamanda, o, Yeni Kaledoniya kimi kiçik bir ölkədə yerli əhalinin öz hüquqları və müstəqillik uğrunda nümayişlərini hər bir güc tətbiqi ilə dayandırmaq üçün mindən çox hərbçi göndərib. Xəbərdə Makronun guya Yeni Kaledoniyadakı gərginliyin səbəbi kimi Azərbaycanı ittiham etməsi “qəribə” adlandırılıb.
Nigeriyanın “Blueprint” nəşri yazır ki, imperiyalar dövrü bitib və artıq fransız qanunvericilərinin davamlı olaraq başqalarında günah axtarmaqdansa, yerli əhalini dinləməsinin vaxtı çatıb. Fransanın öz vətəndaşları belə, bu açıq-aşkar yeni müstəmləkəçiliyə görə utanır və Parisdəki etiraz aksiyalarında kanak müstəqillik bayrağı dalğalanır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42

