Fransadan kollektiv Qərbə növbəti “zərbə”
24.05.2024 [10:25]
Rəsmi Parisin yeni təhlükəsizlik “kələyi”
Bir müddət öncəyə qədər kollektiv Qərb anlayışı bütöv bir orqanizm kimi xarakterizə olunurdusa, Fransanın qeyri-standart davranışları artıq bu məsələyə də kölgə salmağa başlayıb. Belə ki, rəsmi Parisin ümumi maraqlardan uzaq addımlara meyllənməsi, xüsusilə, Avropa məkanında yeni “situasiya” formalaşdırmaq istəyi fərqli fikirlərin ortaya çıxmasını şərtləndirir. Təsadüfi deyil ki, bir müddət öncəyə qədər Qərbin vahid maraqlar toplusu ətrafında birləşməsi aydın şəkildə ortaya qoyulurdu - verilən qərarlar, səslənən bəyanatlar, atılan addımlar koordinasiyalı şəkildə atılırdı. Bu amil illərlə müzakirə predmeti olan köhnə qitənin təhlükəsizlik seqmentində “Avropa Ordusu” ştrixinin yer almasını ikinci plana keçirirdi. Həm Avropa, həm də illərlə vahid mövqenin əsas güc mərkəzinə çevrilməsi amili kimi çıxış etdiyini dəstəkləyən qüvvələr anlayırdı ki, “Avropa Ordusu” “söz birləşməsi” kollektiv Qərb anlayışını, beləliklə də vahid qütb olmaq arzusunu darmadağın edəcək. Bu mənada, kollektiv müdafiə refleksi bir nöqtədə - NATO-da birləşirdi. Sadəcə, aylardır ortaya çıxan “bir istisna” - Fransa amili “iş başındadır”. Belə ki, aylar öncə Ukraynaya qoşun yeridilməsi “ideyası” irəli sürən, 24 saatdan sonra öz həmkarları tərəfindən təkzib edilən Fransa prezidenti Makron indi də “Avropanın təhlükəsizliyi” məsələsini yenidən aktuallaşdırmağa çalışır.
Paris nə istəyir?
Yayılan məlumatlara görə, Almaniya, Fransa və Polşa təhlükəsizlik sahəsində qüvvələrini birləşdirmək niyyətini irəli sürüb. Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Fransa və Polşadan olan həmkarları Stefan Sejourne və Radoslav Sikorski ilə keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, sözügedən ölkələr daha güclü və geosiyasi Avropa yaratmaq üçün konkret iş planı qəbul etmək niyyətindədir.
Əslində səslənən bu bəyanat təəccüblü qarşılanmamalıdır - kollektiv Qərbin daxilində on illərdir ki, davam edən mübarizə yenidən “qabarma fazasına” qədəm qoyur. Bunun səbəbləri isə bəllidir - Fransa bu yolla apardığı işğalçı siyasəti, neokolonialist fəaliyyəti ört-basdır etməyə çalışır. Çünki hazırda Fransanın bu “siyasi addımları” bütün Qərb dünyası üçün başqaxıncına çevrilib. Qərb Fransanın bu qeyri-demokratik yanaşmasını qəbul etmir - əgər əksi iddia olunsa, bu Qərbin özünün irəli sürdüyü və illərdir ki, təbliğatını apardığı dəyərlərə arxa çevirməsi demək olacaq.
NATO Makronu növbəti dəfə təkzib etdi
İkinci bir tərəfdən, Fransanın Ukrayna - Rusiya müharibəsini yeni müstəvilərə çəkmək cəhdləri artıq açıq kontekstdə özünü biruzə verməkdədir. Ukraynaya 100 əsgər göndərməklə, Paris təmsil olunduğu siyasi - hərbi birləşmənin, NATO-nun təməl prinsiplərini pozmuş olur. Başqa sözlə, Paris indiki məqamda bu qarşıdurmaya “müdaxilə etməklə” NATO-nu da müharibəyə sürükləyir. Bu isə təbi ki, həm qəbuledilməz, həm də olduqca təhlükəlidir. Təsadüfi deyil ki, NATO baş katibinin müavini Mirça Coane mayın 22-də “Tagesspiegel” qəzetinə müsahibəsində bildirib ki, NATO Ukraynaya qoşun göndərməyi düşünmür. “NATO-nun Ukraynaya əsgər göndərmək niyyəti yoxdur. Ukrayna da bizdən bunu tələb etmir. Ukraynalıların daha çox dəstəyə ehtiyacı var və indi bizim məqsədimiz budur”, - Coane vurğulayıb.
Baş katibin müavini bildirib ki, NATO-nun qaydalarına görə, Alyansa daxil olmayan ərazilərə müdafiə üçün qoşun göndərilə bilməz. Bu isə həm Fransaya, həm də prezident Makrona mesajdır. Yəni NATO Fransanın Ukrayna üzərindən yürütdüyü şantajçı siyasəti qəbul etmədiyini açıq şəkildə anlatmağa çalışır.
Fransa Avropanı hara sürükləyir?
Qeyd edək ki, Qərbin hərbi gücünün parçalanması ideyası, yəni Aİ Ordusunun yaradılması təklifi hələ 2018-ci ildə Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülmüşdü. Amma bu təklif real görünməmşdi - o baxımdan ki, həm hərbi ekspertlər, həm də siyasi təhlilçilər bu təklifin reallaşmasının köhnə qitəyə xeyirdən çox ziyan gətirəcəyini düşünürdülər. Səbəblər isə fərqlidir:
- İlk növbədə Avropanın silahlı qüvvələri say etibarı ilə həm öz müttəf?qlərinə, həm də rəqiblərinə uduzurlar. Nəzərə alsaq ki, həm say etibarı ilə, həm də müdafiə xərcləri etibarı ilə NATO-nun əsas yükü ABŞ və Türkiyənin üzərindədir. Hətta NATO-nun saxlanmasının maddi qarşılığının 80 faizi Aİ üzvü olmayan ölkələr tərəfindən ödənilir;
- Yeni silahların əldə edilməsi məsələsi Aİ üçün olduqca mühüm çətinliklər yarada bilər. O baxımdan ki, bu gün dünyada əsas silah istehsalçılarından sayılan ABŞ NATO üçün mənbədir - hətta nüvə ehtiyatı baxımından Avropa ABŞ ilə yarışa girə bilməz;
- Türkiyənin hərbi sənayesinin son illərdə böyük yüksəliş yaşaması Aİ üçün böyük itki sayıla bilər. Çünki Türkiyə Avropa qitəsinin ölkəsi olsada, Aİ üzvü deyil. O baxımdan da Avropa Ordusunda Türkiyə Silahlı Birləşmələrinin təmsilçiliyi mümkün deyil.
Təbii ki, burada başqa səbəblər də mövcuddur ki, onların sırasına dövlətlərin ayrı-ayrılıqda müdafiə xərclərinə ayırdıqları maddi vəsaitin həcmi də daxildir. Yəni, bu ideya üzərində fokuslanmaq Aİ üçün olduqca sərfəsiz görünür. Fransa isə öz siyasi manevrləri, siyasi oyunları ilə köhnə qitəni uçuruma tərəf dartmaqda davam edir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23

