Müxalifətin anti-olimpiada təbliğatı fiaskoya uğradı
13.08.2012 [23:08]
Tam qətiyyətlə deyə bilərik ki, XXX London Yay Olimpiya Oyunları Azərbaycan üçün uğurlu oldu. Daha doğrusu, London Olimpiadası Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazıldı desək, yanılmarıq. çünki XXX Yay Olimpiya Oyunlarında uğurla çıxış edən komandamız 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanaraq, planetin ən böyük idman yarışını 204 ölkə arasında 30-cu pillədə başa vurdu. Bu nəticə həm də müstəqil Azərbaycanın idman tarixində bir rekorddur. Bu vaxta qədər idmançılarımız ən yüksək nəticəni Pekin Olimpiadasında (ümumilikdə 7 medal) əldə etmişdilərsə, Londonda əldə etdiyimiz medalların ümumi sayı 10-dur.
Beləliklə, idmançılarımızın Londonda qazandıqları uğur, xüsusilə də, Azərbaycana qızıl medallarla dönən sərbəst güləşçilərimiz Toğrul Əsgərovun və Şərif Şərifovun möhtəşəm qələbələri ölkəmizin hər yerində böyük coşqu ilə qarşılanıb. Bu da səbəbsiz deyil. çünki Azərbaycan güləşçilərini XXX London Yay Olimpiya Oyunlarında fəxri kürsünün ən yüksək pilləsində görmək hər bir azərbaycanlının qəlbini fərəh hissi ilə doldurub. Ona görə də, idmançılarımızın əldə etdikləri bu tarixi qələbə hər bir regionumuzda bayram kimi qeyd edilir.
Heç şübhəsiz, Azərbaycan xalqı idmançılarımızın əldə etdikləri möhtəşəm uğuru alqışlamaqla yanaşı, bunu idmana dövlət və şəxsən Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirir. Azərbaycanın bütün sahələrdə olduğu kimi, idmanda da özünü təsdiq etdiyi qürur hissi ilə vurğulanır və bütün qələbələrimizin kökündə dövlət başçısının fəaliyyətinin, apardığı uğurlu siyasətin dayandığı birmənalı şəkildə bəyan edilir. Əslində, dövlət başçısının digər sahələr kimi idmana da göstərdiyi diqqət və qayğının London Olimpiya Oyunlarında öz bəhrəsini verəcəyi radikal müxalifətdən başqa, heç bir kəsdə şübhə doğurmurdu.
Düzdür, Olimpiadanın ilk günləri idmançılarımız üçün heç də uğurlu olmadı ki, bu da təbii prosesdir. O mənada təbii prosesdir ki, bundan öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, Olimpiya Oyunlarının əsas devizi planetin bir nömrəli idman yarışında iştirakdır. Digər tərəfdən idman yarışında heç də idmançının mütləq qələbə qazanacağı kimi bir qayda yoxdur. Hazırda dünya idmanında böyük rəqabət var və London Olimpiadası göstərdi ki, bu rəqabət nəinki azalıb, əksinə yeni idmançıların mübarizəyə qoşulması ilə daha da genişlənib.
Ancaq proseslərə şəxsi maraqları çərçivəsindən yanaşan və hər dəfə lazımsız tələskənlikləri ucbatından çıxılmaz duruma düşən radikallar bu dəfə də eyni mövqe sərgilədilər. Daha doğrusu, Olimpiadanın yekun nəticəsini gözləməyə səbrləri çatmayan radikal müxalifət partiyalarının təmsilçiləri yarışların ilk günlərində Azərbaycan idmançılarının qələbə qazana bilməmələrini əllərində bayraq edərək, bunu özlərinə xas tərzdə “yorumlamağa”, dövlətimizin idman sahəsinin inkişafı üçün həyata keçirdiyi tədbirləri gözdən salmağa, idmançıların medal qazana bilməməsinə siyasi “don” geydirməyə və bundan da siyasi dividend əldə etməyə cəhd göstərdilər. Hər halda, Olimpiya İdman Komplekslərinin guya başqa məqsədlər üçün istifadə olunduğunu iddia etməyin, ölkəmizin uğurlarına kölgə salmağa çalışan bəzi maraqlı xarici dairələrin antiazərbaycan təbliğatında yer almağın, idmançılarımızın Londonda bayrağımızı yüksəklərə qaldırmaq üçün çalışdıqları bir vaxtda idman sahəsinə məsul şəxslər barədə həqiqətəuyğun olmayan məlumatlar yaymağın başqa adı yoxdur.
Lakin bizlər radikal müxalifətdən fərqli olaraq idmançılarımızın uğur qazanacağına inanırdıq və “medal qazanmağa böyük potensialı olan idmançılarımızın bir çoxu hələ mübarizəyə qoşulmayıb”, Azərbaycan idmançıları hələ Londonda öz sözlərini deməyiblər”, Londonda lisenziya qazanmış idmançılarımızın hələ tən yarısı mübarizəyə qoşulmayıb”, deyə, yazırdıq. Cəmi bir neçə gündən sonra idmançılarımız əldə etdikləri qələbələrlə bizim haqlı olduğumuzu təsdiqləməklə, radikallara da önəmli dərs verdilər. Və radikal müxalifətin London Olimpiya Oyunları ətrafında etdiyi gəzişmələr fiasko ilə nəticələndi.
Son hadisələr radikallara onu da sübut etdi ki, istənilən məsələdə, o cümlədən idmanla bağlı məsələlərdə ilkin təəssürat üzərindən siyasi təbliğat aparmaq lazımsız olduğu qədər, uğursuz metoddur. Bir sözlə, “Eurovision-2012” mahnı müsabiqəsi zamanı uğursuzluğa düçar olan radikal müxalifət Olimpiada imtahanından da çıxa bilmədi.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, radikalların nəyi necə düşünməsindən asılı olmayaraq, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğı öz bəhrəsini verir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız digər yarışlarda olduğu kimi, Olimpiya Oyunlarında da Vətənimizi ləyaqətlə təmsil edir və Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırırlar. Onların hər bir qələbəsi isə qəlbi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlıda qürur hissi yaradır. çünki qələbə Azərbaycana çox yaraşır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55

