Rusiyadan forpostuna daha bir xəbərdarlıq
20.04.2024 [10:45]
Ermənistandan dəqiq cavab gözləyirik
N.BAYRAMLI
Qərbin Ermənistanı Rusiyadan uzaqlaşdırmaq cəhdləri rəsmi Moskva tərəfindən ciddi narahatlıqla qarşılanır. Çünki məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və Ermənistanın vasitəsilə regionda yerləşməkdir. Aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçlü görüşü Moskvanın bu narahatlığını daha da artırıb. Xüsusilə, kütləvi informasiya vasitələrində Brüssel görüşündə Qərbin Ermənistana hərbi dəstəyi ilə bağlı yayılmış məlumatlar Rusiyanın İrəvandan cavab tələb etməsinə səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 18-də keçirdiyi brifinqdə bildirib ki, Moskva ABŞ və Avropa İttifaqı ilə hərbi-siyasi razılaşmalar barədə mətbuatda yayılan məlumatlarla bağlı Ermənistanın dəqiq reaksiya verməsini gözləyir. O deyib: “Biz bu amillərin yekununu nəzərə alaraq, Ermənistan hakimiyyətinin həmin xəbərlərə dəqiq reaksiya verməsini gözləyirik. İdeal halda isə, onların üzərindən sirr pərdəsinin götürülməsini istəyirik”.
Moskva nəyə təəccüblənməyəcək?
M.Zaxarova qeyd edib ki, Brüsseldə keçirilən görüş zamanı Rusiya bazasının və sərhədçilərinin Qərb mütəxəssisləri ilə əvəzlənməsi, eləcə də Ermənistanda kritik infrastrukturun istiqamətinin dəyişdirilməsi ilə bağlı planların İrəvana həvalə edilməsi ortaya çıxsa, Moskva buna təəccüblənməyəcək. Diplomatın sözlərinə görə, Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə yeni böyük yanğının qızışdırılması ilə bağlı öz istəyinə kömək edəcək alət rolu ayrılıb.
Mariya Zaxarova həmçinin, Kanadanın Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına qoşulmasına da münasibət bildirib. Bu ölkədən bir nəfər - kanadalı ekspert Aleksandr Qruşevski missiyanın tərkibinə daxil edilib. Beləliklə, Kanada Aİ-nin Ermənistandakı mülki missiyasına qoşulan ilk Avropa İttifaqı üzvü olmayan ölkədir. Məsələ ilə bağlı Mariya Zaxarova qeyd edib ki, Kanada təmsilçisinin də daxil edilməsi hesabına genişləndirilən Aİ-nin Ermənistandakı müşahidə missiyası Cənubi Qafqaza heç bir fayda gətirmir, əksinə, Rusiyanın cənub sərhədlərində kollektiv Qərbin maraqlarına uyğun olaraq regional sabitliyin pozulmasına şərait yaradır.
Kanadanın Aİ missiyasına qoşulması Cənubi Qafqaza fayda gətirmir
O deyib: “Avropa İttifaqının mövcudluğunun insidentlərin qarşısının alınması baxımından tam səmərəsiz olduğunu qeyd edərək, biz hər gün daha çox əmin oluruq ki, Avropa İttifaqının Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına müsbət töhfəsi yoxdur. Əksinə, Aİ nümayəndələri müxtəlif növ təxribatlarla, kəşfiyyat fəaliyyəti ilə, təbliğatla məşğuldurlar”.
Diplomatın sözlərinə görə, bu, qanunauyğun olaraq, region ölkələri tərəfindən qəbul olunmur, onların ortaq rəyi ondan ibarətdir ki, ortaya çıxan hər hansı məsələ Cənubi Qafqaz daxilində, kənardan destruktiv müdaxilə olmadan burada yerləşən bütün ölkələrin maraqları naminə həll edilməlidir. Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib: “Anlaşılan odur ki, Ottavanın Aİ missiyasına qoşulması məsələsi artıq praktiki müstəviyə keçib, bu yaxınlarda Ermənistana Kanadadan qondarma ekspert gəlib. Belə bir həll yolunun hansı əlavə dəyərə malik olduğu və Ermənistanda ona nə dərəcədə tələbat duyulduğu aydın deyil”.
Zaxarova: Çox güman ki, söhbət NATO qüvvələrinin bölgəyə sürüklənməsindən gedir
Mariya Zaxarovanın fikrincə, çox güman ki, söhbət NATO qüvvələrinin bölgəyə sürüklənməsindən gedir. O vurğulayıb ki, Cənubi Qafqazda NATO-nun təmsil etdiyi xarici aktorların səylərinin nəticəsi istər-istəməz regionda etimadın azalması və silahlı qarşıdurmanın genişlənməsi olacaq. Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib: “Aİ və NATO tərəfindən qarşıya Ermənistan-Azərbaycan nizamlanmasına real köməklik göstərilməsi məqsədi qoyulmayıb. Qərb Cənubi Qafqazı silahlandırmağa davam edir, onu geosiyasi rəqabətin növbəti arenasına çevirir, mahiyyət etibarilə, yaxın vaxtlarda regionun dinc inkişafı vəzifələrinin yerinə yetirilməsinə son qoyur”.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

