İtalyan iş adamı: Azərbaycanda nəinki biznes, hətta ailə də qurdum
21.12.2023 [15:26]
MÜŞFİQƏ
Azərbaycanda kifayət qədər xarici iş adamları var. Burada həyata keçirilən layihələrdə fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Onlardan biri də italyan iş adamı Elio Bevilacquadır. Onunla tanışlığımız elə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şahdağda baş tutan qış mövsümünün açılışı zamanı olur. Hər kəs xarici iş adamı haqqında xoş ifadələr səsləndirir və “bu insanı mütləq tanımalı və onunla müsahibə etməlisiniz”, deyə məsləhət verirdi. Olduqca marağımı cəlb edən bu şəxsi yaxından tanımaq, yeniazerbaycan.com oxucularına da tanıtmaq üçün müsahibə sözü alırıq. Nəhayət, söhbətimiz baş tutur.
22 illik Azərbaycan sərgüzəşti necə başladı?
Həmsöhbətim 22 ildir ki, Azərbaycanda yaşayır. Bakıda olduqca məşhur italyan restoranının sahibidir. Söhbətimiz də məhz Azərbaycan dilində baş tutur. Çünki Elio (bəysiz, mistersiz...özü belə xitab etməyimizi istədi) dilimizi sərbəst başa düşür və danışa bilir. Azərbaycan sərgüzəşti isə belə başlayır: “Əslində Azərbaycanda sadəcə iki il qalacağımı düşünürdüm, baxıram düz 22 il keçib. Çoxları məni buraya bağlayan səbəbin nə olduğunu soruşur. Mən isə cavabında düşünmədən deyirəm. “Əlbəttə, azərbaycanlılar”. Məni buraya bağlayan səbəb elə sizsiniz. İtaliyanın cənubundanam. Bizim bir çox xüsusiyyətlərimiz sizinlə bənzəyir. Özümü Azərbaycanda yad yox, evimdəki kimi hiss edirəm. 25 il öncə Bakıda hazırda çox məşhur olan restoranımızı açmaq qərarına gəldim. 3 il sonra isə özüm köçdüm. Doğru qərar verdiyim üçün çox şanslıyam. Burada nəinki, biznes, hətta 2016-cı ildə ailə də qurdum. Həyat yoldaşım azərbaycanlıdır, deməli mən də 50 faiz azərbaycanlıyam. Bir qızımız var. Evimizdə Azərbaycan adət-ənənələri üstünlük təşkil edir. Qızım milli adətlərlə böyüyür. 4 dil bilir. Bakının ən gözəl yeri olan Yasamal rayonunda yaşayırıq. Məzuniyyət zamanı 2-3 həftəlik İtaliyaya gedirəm. Üçüncü həftə artıq bura üçün darıxmağa başlayıram. Yasamal və oradakı həyatım mənə daha doğmadır. Məhəllədə hamı məni tanıyır. Görən kimi salamlaşırlar, “qardaş” deyə müraciət edirlər”.
“Bəs dilimizi necə öyrəndiniz? Danışarkən Türkiyə türkcəsinə də yer verirsiniz”, deyə sualıma isə belə cavab verir: “Çünki Bakıdan öncə 3 il yarım İstanbulda yaşamışam. Arada kəlmələr qarışa bilər. Amma çox sərbəst başa düşürəm. Burada azərbaycanlı xanımlarla ailəli olan italyan dostlarım çoxdur”.
“Azərbaycan üçün faydalı olmağa çalışıram”
Şübhəsiz ki, bir çox azərbaycanlılar üçün İtaliya cəlbedici ölkədir. Azərbaycanlılar arasında italyan mətbəxini sevənlər də çoxdur. Bunu Bakıdakı italyan restoranına üz tutan müştərilərin sıxlığından da bilmək olur. Müsahibim elə bu məqsədlə də Şahdağda restoranın filialını açmaq qərarına gəlir. Sevindirici məqam isə odur ki, burada çalışanların əksəriyyəti Qusar əhlidir: “Düşünürəm ki, Azərbaycan biznes sahəsi qurmaq üçün olduqca perspektivli ölkədir. Xarici iş adamları da ölkəyə faydalı işlər görməlidir. Bu ölkəyə faydalı olmaq üçün əlimdən gələni edirəm. Şahdağı çox sevirəm. Havası, qar məni heyran edir. Restoranımızın açılışı burada çalışanların işlə təmin olunması üçün də yaxşı fürsətdir. Yeməklərin dadına və keyfiyyətinə, xüsusilə də xidmətinə çox önəm veririk. Mən sahibkar olmaqla yanaşı, həm də şefəm. Bütün bildiklərimi, mətbəx sirrlərini əməkdaşlarımla da bölüşürəm. Müştərinin özünü evindəki kimi hiss etməsi üçün ev mühiti yaratmağa çalışırıq”.
“22 il öncəyə nəzər salsam, bu gün ilə müqayisədə böyük fərq görürəm”
“Azərbaycan vətəndaşı üçün Avropada sıfırdan iş qurmaq imkanı elə də asan deyil, bəs avropalı üçün Şərqdə biznes qurmaq necə? Hansı çətinliklərlə qarşılaşdınız?” sualım həmsöhbətimi düşündürür. Bir qədər fikrə getdikdən sonra: “22 il öncə buraya gələndə uzun illər burada yaşayacağımı düşünə bilməzdim. İş qurmaq istəyən insan, hər yerdə nail olacaq. Yetər ki, istəsin. Onun Şərqi və ya Qərbi olmur. Mən özümü şanslı hiss edirəm ki, buradayam. Mentalitetlərimiz yaxındır. Xarakterlərimiz bir-birinə bənzəyir. Hər iki ölkənin insanları da emosionaldır. Biz italyanlar “Həyat bir gündür, o da bu günüdür” şüarı ilə yaşayırıq. 22 il öncəyə nəzər salsam, bu gün ilə müqayisədə böyük fərq görürəm. Siz hər gün inkişaf edirsiniz. Düşüncə olaraq da, daha qlobal yanaşa bilirsiniz. Bunu görmək məni sevindirir”.
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

