/ / Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması dünyanın müxtəlif ölkələrində təhsil alan və yaşayan azərbaycanlı gənclərin üzərinə böyük məsuliyyət qoyur
Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması dünyanın müxtəlif ölkələrində təhsil alan və yaşayan azərbaycanlı gənclərin üzərinə böyük məsuliyyət qoyur
15.03.2012 [01:04]
- Ramin müəllim öncə sizi Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri seçilməniz münasibətilə təbrik edirik...
- çox sağ olun. Mən də bu yüksək etimada layiq görüldüyüm üçün ölkə rəhbərliyinə, mənə etimad göstərən hər kəsə minnətdarlıq edirəm. Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin həm diaspor quruculuğuna, həm də gənclərə xüsusi diqqət və qayğısının nəticəsidir. Heç şübhəsiz, bu etimada layiq görülməyimdə, yəni, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri seçilməyimdə Yeni Azərbaycan Partiyasının da xüsusi rolu var. O mənada ki, hakim partiya dövlətin gənclər siyasətinin həyata keçirilməsində aktiv rol oynamaqla yanaşı, gənclərə öz bacarıqlarını açıq şəkildə ifadə etmək üçün geniş meydan verib. Partiyanın Gənclər Birliyi olaraq bizlər də yaradılmış bu imkandan lazımi şəkildə yararlanaraq, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Daha doğrusu, cənab Prezidentin, partiyamızın Sədri İlham Əliyevin gənclərə verdyi önəm, göstərdiyi diqqət hər zaman biz gənclərə əlavə bir güc, mənəvi ruh yüksəkliyi verir. Cənab Prezidentin gənclərə göstərdiyi diqqət və qayğıdan irəli gələrək YAP gəncləri kimi biz də öz fəaliyyətimizi məhz bu istiqamətdə qurmuşuq.
- ümumiyyətlə, Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsini necə dəyərləndirirsiniz?
- Məlum olduğu kimi, martın 12-də Bakıda, “Gülüstan” sarayında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilib. Qurultayda hökumət və dövlət nümayəndələrindən, xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş və respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali məktəblərində təhsil alan fəal azərbaycanlı tələbələrdən, həmçinin, Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dək nümayəndə və qonaq iştirak edib. Təbii ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin nümayəndələrinin Bakıda bir araya gəlməsi olduqca qürurverici bir hadisədir. Qeyd edim ki, bu qurultayın keçirilməsi və birliyin yaradılması ideyası 2010-cu ilin noyabrında Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərinin I Konqresində irəli sürülüb. Qısa vaxt ərzində Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, gənclər siyasəti ilə məşğul olan digər dövlət qurumları, o cümlədən xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının birgə səyi nəticəsində bu təşkilatın fəaliyyətinin əsas istiqamətləri müəyyən edilib.
- İstər bu qurultayın keçirilməsi, istərsə də atılan digər mühüm addımlar ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyindən xəbər verir. Bəs, gənclərimiz onların gələcəyi naminə atılan bu addımları adekvat şəkildə cavablandıra bilirlərmi?
- Kimsəyə sirr deyil ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 1994-cü ildən başlayaraq gənclərimizin milli vətənpərvərlik ruhunda formalaşması istiqamətində mühüm işlər görülüb. 1994-cü ilin əvvəlində məhz Heydər Əliyevin Fərmanı ilə ilk dəfə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb. Bu nazirliyin qarşısına Azərbaycan gəncliyini səfərbər etmək, vahid istiqamətə yönəltmək, ölkənin inkişafında gənclərin rolunu artırmaq vəzifəsi qoyulub. Elə o vaxtdan başlayaraq Azərbaycanda gənclər dövlət siyasətinin həyata keçirilməsi işinə fəal cəlb olunublar. Yəni, Ulu öndər Heydər Əliyev gənclər siyasətini dövlətin prioritet vəzifəsi elan etdikdən sonra Azərbaycan gəncləri üçün geniş inkişaf perspektivləri açılıb. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan gəncləri hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Gənclər xaricdə təhsil almaq imkanı qazanıb və bu gün minlərlə azərbaycanlı gənc xarici ölkələrdə təhsil alır. Gənclərimiz müxtəlif beynəlxalq təşkilatlarda da ölkəmizi uğurla təmsil edirlər. Eyni zamanda, Azərbaycan gəncliyi də daim ölkədə gedən ictimai-siyasi proseslərdə aparıcı qüvvə kimi çıxış edir.
- Azərbaycan gənclərinin xaricdə təşkilatlanması ilə bağlı prosesi necə dəyərləndirərdiniz?
- Məlum olduğu kimi, son illər Azərbaycan gəncliyinin xaricdə təşkilatlanması istiqamətində mühüm işlər görülüb. Bu gün Azərbaycanda nəinki ölkə daxilində, onun hüdudlarından kənarda dövlətimizin təəssübünü çəkən, Vətənə xidmət işini öz amalına çevirən gənclər ordumuz formalaşıb. Bu gənclər ordusu hazırda intellekti, yüksək vətənpərvərliyi və fəallığı ilə Azərbaycan dövlətinə, millətinə layiqincə xidmət edir, ölkəmizi beynəlxalq aləmdə uğurla tanıdırlar. Heç şübhəsiz, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi işlər xüsusilə qeyd olunmalıdır. Məhz Leyla xanım Əliyevanın rəhbərliyi ilə yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının səmərəli fəaliyyəti xarici ölkələrdə formalaşan digər azərbaycanlı gənclər təşkilatları üçün bir örnək təşkil edir. Qurultayda da vurğulandığı kimi, Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin qurultay iştirakçılarına məktubu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nəinki Azərbaycan cəmiyyətinin və dövlətinin, eyni zamanda, Avrasiyanın ən böyük ölkəsi olan Rusiyanın ictimai siyasi və gəncliyinin həyatında ciddi bir amilə çevrildiyinin sübutudur. Eyni zamanda, Xocalı soyqırımı ilə bağlı dünyada Azərbaycan hakimiyyətinin, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan gəncliyinin fəallığının hamımız şahidi olduq. Dünyanın 70-dək ölkəsində keçirilən aksiyalar, konfranslar, həmçinin, İstanbulun Taksim meydanındakı izdihamlı yürüş, müxtəlif ölkələrin parlamentləri qarşısındakı etiraz aksiyaları, Xocalıda yaşanan dəhşətli faciənin şəkillərinin nümayiş olunması və s. tədbirlər Azərbaycan gəncliyinin fəallığının sübutu idi. ümumiyyətlə isə hazırda xarici ölkələrdə fəaliyyət göstərən 50-dən çox azərbaycanlı gənclər təşkilatı ümummilli məsələlərdə hər zaman vahid mövqedən çıxış edir. Onu da deyim ki, xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə daha sıx inteqrasiyası, ictimai-siyasi fəallığının artırılması, müxtəlif ölkələrin dövlət orqanları, parlament və hökumət üzvləri, kütləvi informasiya vasitələri ilə əlaqələrin möhkəmləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində daha ciddi və daha konkret nəticələrin əldə olunması üçün mühüm addımlar atılır və hesab edirəm ki, Bakıda keçirilən qurultay da bu istiqamətdə uğurların əldə edilməsi üçün mühüm rol oynayacaq.
- Bəs, bundan sonra hansı addımlar atılacaq? Yəni, Dünya Azərbaycanlı Gənclər Birliyinin ilkin hədəfləri nədən ibarətdir?
- Mən deyərdim ki, əslində, bu hədəflər qurultaydakı çıxışlarda aydın şəkildə ortaya qoyuldu. Qeyd olundu ki, qısa zaman ərzində xarici ölkələrin nüfuzlu təşkilatları ilə gözəl əlaqələr qurulmalıdır. Həmin ölkələrin ictimai siyasi, daxili həyatında vacib amilə çevrilməli, ən qabaqcıl gənclər nümayəndələri ilə dostluq əlaqələri yaradılmalıdır. Bunlar gəncliyimizi fərqləndirən və ümummilli liderimizin Azərbaycan gəncliyi ilə bağlı arzusunun əsas istiqamətlərindən biridir. Ulu öndərin Azərbaycan gəncliyinə fəal olmağa dair tövsiyyələrini rəhbər tutaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə gerçək məlumatların, ölkəmiz haqqında həqiqətlərin təbliği istiqamətində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetrirməliyik. Təbii ki, Dünya Azərbaycanlı Gənclər Birliyi bütün bu prosesində önündə gedəcək. Və xaricdəki azərbaycanlı gənclərin daha da fəal olmaları üçün proqramlar işləyib, hazırlayacağıq. Bir sözlə, Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması dünyanın müxtəlif ölkələrində təhsil alan və yaşayan gənclərin üzərinə böyük məsuliyyət qoyur. Cənab Prezident İlham Əliyevin qurultaya ünvanladığı məktubda da vurğuladığı kimi Dünya Azərbaycanlı Gənclər Birliyi gənc nəslin mütəşəkkilliyinin artırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporun möhkəmləndirilməsi və mədəni irsimizin təbliği istiqamətində gənclərimizin fəaliyyətini daha yaxşı əlaqələndirməyə imkan verəcək. İnanıram ki, bu mötəbər məclisin keçirildiyi gün Azərbaycan gənclər hərəkatının tarixinə əlamətdar hadisə kimi daxil olacaq.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

