Hər dəfə 200 kilometr yol qət edirəm - Böyük həvəslə Mingəçevirdən Ağcabədiyə gedən müəllim
16.11.2023 [11:20]
Uşaqlıqdan bugünədək müəllim haqqında çox fikirlər eşitmişik. Müəllimi bəzən bağbana bənzədiblər, bəzən şam ömrü yaşadığını qeyd ediblər. Müəllim haqqında nə qədər gözəl fikirlər söylənsə, yenə də azdır. Bunu insan yaşa dolduqca, müəllimlərin onun həyatında nə qədər böyük rol oynamış olduğunu gördükcə daha aydın dərk edir. Müəllimi həm də haqlı olaraq keçmişin əmanətçisi, gələcəyin qurucusu adlandırıblar. Həyat yolumuzu işıqlandırmaq üçün valideynlərimiz qədər müəllimlərimiz də bütün çətinliklərə dözür, maneələri aşır, gələcəyi qurmaq üçün əllərindən gələni edirlər. Bu gün həmin müəllimlərdən biri ilə sizləri tanış etmək istərdik.
Hacıyeva Samirə Qənbər qızı 1991-ci ildə Mingəçevir şəhərində, müəllim ailəsində anadan olub. Ali təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında alıb. Ailəlidir, 2 övladı var. Hazırda Mingəçevirdə yaşasa da, Ağcabədi rayonu, Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbində müəllim işləyir. Bəs buna necə nail olur? Yaxşısı budur, müsahibimizin özündən soruşaq:
- Samirə müəllim, neçənci ildən Qaravəlli kəndində işləyirsiniz?
- 2020 - ci ildən bu məktəbdə işləyirəm.
- Hansı fənni tədris edirsiniz?
- Fizika fənnini.
- Müəllim kimi təyinatı Ağcabədiyə alarkən nə hisslər keçirdiniz? Çətin olacağını düşündünüzmü?
- İşimi sevdiyim üçün əlbəttə ki, çox sevindim. Eyni zamanda yol uzaq olduğu üçün bəzi çətinliklərlə qarşılaşacağımı bilirdim.
- Demək ki, burada yaşamırsınız. Yəni hər gün Mingəçevirdən Ağcabədiyə gəlirsiniz. Necə çatdırırsınız, işlərinizi necə nizamlaya bilirsiniz?
- Həftənin 4 günü, hər gün səhər saat yeddiyə qalmış Mingəçevirdən çıxıram, günortadan sonra saat dördə işləmiş, bəzən avtobusa gecikəndə isə beşə işləmiş evə gəlib çatıram. Çünki qayıtmağa birbaşa avtobus olmadığı üçün, bəzən Bərdə avtovağzalına gedib, oradan Mingəçevir avtobusu ilə gəlirəm. Bəzən də Lənkəran - Gəncə avtobusu ilə Yevlax avtovağzalına gedib, oradan Mingəçevir avtobusu ilə gəlirəm. Bir sözlə, demək olar ki, gün ərzində 200 km yol qət edirəm. Düzdür, evə çatanda yoruluram, amma şükür ki, həm övladlarımın dərsini hazırlamağa yardımçı oluram, həm də digər işlərimi görürəm. Amma bir şeyi də deməliyəm ki, mənə ana əvəzi olan qayınanam çox böyük dəstək olur. Çünki bu qədər uzun vaxt ərzində uşaqları tək qoymaq olmaz.
- Ağcabədidə işləyəcəyinizi biləndə ailənizin münasibəti necə oldu?
- Sağ olsunlar, hamısı dəstək oldular. Məhz buna görə də işimə gedib-gələ bilirəm.
- Şagirdlərinizdən razısınızmı? Yoxsa bir sıra kənd məktəblərində olduğu kimi burada da təhsilə maraq azdır?
- Mən şagirdlərimi öz övladım kimi görürəm. Çox şükür, mən onları çox istədiyim kimi, onlar da məni çox istəyir. Ümumiyyətlə, bizim məktəbimiz ən qabaqcıl məktəblərdəndir. Həmişə təhsildə yüksək nailiyyətlər əldə etmişik. Məsələn, ötən tədris ilində 19 şagirdimiz ali məktəbə qəbul olub. Onlardan 2 nəfəri 600 - dən çox bal toplayıb. 5 məzunumuz isə təhsil almaq üçün Türkiyəyə gedib.
- Ötən tədris ilində neçə məzununuz olub ki?
- Cəmi 39 nəfər
- Reallıqla razılaşsaq, kənd məktəbi üçün pis göstərici deyil.
- Bəli. Bundan əlavə, 2022-2023 - cü tədris ilinin sonunda Qarabağ Regional İdarəsi məktəbimizi Fəxri Fərmanla təltif edib. Müəllimlərdən də təltif olunan var. Həmçinin, siniflərdə özümüz bilik yarışları keçiririk...
- İşlədiyiniz məktəbdə sizdən başqa digər bölgədən gəlib işləyənlər varmı?
- Bəli, təsviri incəsənət müəllimi Kəmalə xanım da həftənin 2 günü Bərdədən gəlir.
- Ağcabədidə, işlədiyiniz kənddə ümumi mənzərəyə baxanda, istər insanlar arasında, istərsə də adətlərdə diqqətinizi çəkən, sizə maraqlı görünən nə var?
- Burada fərqli adət görməmişəm. Ləhcələri bir az fərqlidir. Amma çox mehriban, qonaqpərvərdirlər. Hər dəfə həm müəllim yoldaşlarım, həm də şagirdlərim məni evlərinə qonaq dəvət edirlər. Amma dərsdən çıxanda avtobusa çatmağa tələsirəm. Bütün müəllim, şagird kollektivimiz sanki çoxdan tanıyırmış kimi hər zaman mənə öz doğmaları kimi davranıblar.
- Fikrinizcə, əsl müəllim necə olmalıdır?
- Məncə, əsl müəllim birinci növbədə öz işini sevməlidir, şagirdlərini övladı gözündə görməli, həmişə onlara eyni gözlə baxmalıdır. İşinə məsuliyyətli olmalı, daim öz üzərində işləməlidir. Yeri gəldikdə, şagirdlərinə həm də ana, xala, bir sözlə, onların doğması kimi olmalıdır.
- İşinizi nə qədər sevsəniz də, bunun bir maddi tərəfi də var. Hər dəfə Mingəçevirdən Ağcabədiyə gəlmək əlbəttə ki, o qədər də sərfəli görünmür.
- Bəli, ayda təxminən 200-250 manat yolpulu lazım olur. Çünki Ağcabədiyə gələndə 2-3, Mingəçevir qayıdanda da 2-3 avtobus dəyişirəm. Amma işimi sevdiyim üçün böyük həvəslə gəlirəm.
- Ucqar rayonlara təyinat alan müəllimlərə nə demək istərdiniz?
- Ucqar rayonlarda işləyən müəllimlərə demək istəyirəm ki, çalışsınlar işlərinə sevgiylə, həvəslə yanaşsınlar. Onda çətinliklərə asan sinə gərmək olur. Şagirdlərimizi övladımız bilək. Yəqin ki, bir gün biz də fəaliyyətimizi öz doğma şəhərlərimizdə davam etdirərik.
Söhbətləşdi: Məhsəti Musa
Xəbər lenti
Hamısına baxSosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06

