Azərbaycan hökuməti növbəti "Eurovision" yarışmasını təşkil etməyə tam qadirdir
26.05.2011 [09:47]
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Trend”ə müsahibəsi:
- Əli müəllim, Avropa Yayımları Birliyinin (AYB) son “Eurovision” yarışmasının nəticələri artıq bəllidir. Azərbaycan təmsilçiləri Nigar Camal və Eldar Qasımov builki yarışmanın qalibləridir. Qaydalara görə, növbəti yarışma qalib ölkədə - yəni Azərbaycanda keçirilməlidir. Təbii ki, Azərbaycana çoxsaylı turist axını gözlənilir. Azərbaycan gələn qonaqların təhlükəsizliyinə zəmanət verirmi?
- Əvvəlcədən onu qeyd edim ki, “Eurovision” mahnı müsabiqəsi (EMM) Avropa Yayımları Birliyinə məxsus nüfuzlu beynəlxalq musiqi yarışmasıdır. Neçə illərdir ki, bu yarış qitənin musiqi ictimaiyyətinin və tamaşaçıların bir nömrəli “brendi” səviyyəsində təşkil olunur və həyata keçirilir. Yeri gəlmişkən, AYB-yə, eləcə də 56-cı “Eurovision” müsabiqəsinə ev sahibliyi etmiş Almaniyanın İctimai yayımçılarına - NDR və ZDF kanallarına belə möhtəşəm, tam obyektiv və şəffaf bir müsabiqə keçirdiklrinə görə bəri başdan təşəkkür edirik. Yarışmanın sonuncu qalibləri, adını çəkdiyiniz iki Azərbaycan gəncidir. Biz hər birimiz azərbaycanlı olaraq ölkəmizi yüksək səviyyədə Avropada təmsil etdiklərinə, bu nüfuzlu mükafatı Azərbaycana qazandırdıqlarına görə həm qürur hissi keçiririk, həm də Nigarla Eldara təşəkkür edirik. Sualınıza gəlincə, birmənalı şəkildə bəyan edirəm: Azərbaycan bu gün postsovet bölgəsinin ən sabit və təhlükəsiz ölkəsidir. Hər il bizdə neçə-neçə beynəlxalq idman, mədəniyyət, ictimai-siyasi və s. tədbirlər keçirilir, dünyanın müxtəlif ölkələrini təmsil edən minlərlə iştirakçılar, jurnalistlər, turistlər Azərbaycana gəlir. Hələ bir dəfə də olsun bu tədbirlərə qatılan hansısa insanla bağlı ölkəmizdə xoşagəlməz hadisə yaşanmayıb. Yəni beynəlxalq tədbirlərin keçirilməsi sahəsində mənim ölkəmin kifayət qədər təcrübəsi vardır. Son zamanlar yerli və beynəlxalq mətbuatda bu tipli suallara tez-tez rast gəlinir. Görəsən Azərbaycan bu qədər insanı qarşılamağa, yerləşdirməyə, onların təhlükəsizliyini, viza məsələlərini həll etməyə və s. hazırdırmı? Bu günlərdə bu məsələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanında geniş müzakirə də olunub. Birmənalı şəkildə bəyan edirəm: Azərbaycan hökuməti AYB-nin tələbləri çərçivəsində EMM-in keçirilməsi üçün bütün lazımi şəraiti təşkil etməyə, müsabiqəyə qatılan insanların təhlükəsizliyinə, rahatlığına və onlar üçün münbit iş şəraitinin yaradılmasına hazır və qadirdir.
- Bəzi dairələr hesab edirlər ki, Azərbaycanın mövcud viza rejimi bu qədər insanın ölkəyə sərbəst daxil olmasına müəyyən problem yarada bilər. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən artıq söylədim. Bütün təşkilati məsələlərlə bağlı cənab Prezident müvafiq dövlət qurumlarına göstəriş verib. Viza məsələsində də hər hansı bir problem olacağını düşünmürəm. Müsabiqəyə qədər elə bir həll variantı seçiləcək ki, Azərbaycana gələcək on minlərlə insanın viza alması sadə və asan yolla təmin edilsin.
- Düsseldorf təcrübəsi göstərdi ki, musiqi yarışmasını işıqlandırmaq üçün hardasa tədbirlərə 3-5 minə qədər jurnalist qatılır. Onların fəaliyyəti, fikir-söz azadlığının təminatı, azad yayım imkanları və s. barədə nə deyə bilərsiniz?
- Azərbaycan açıq cəmiyyətli və plüralizmin hökm sürdüyü bir ölkədir. Burada Avropa dəyərlərinə, düşüncə, söz və mətbuat azadlığına xüsusi önəm verilir. Jurnalistlərin öz peşə fəaliyyətini yüksək səviyyədə həyata keçirməsi üçün bu tədbirdə də Azərbaycan hökuməti bütün mövcud imkanlarından istifadə edərək, lazımi şərait yaradacaqdır. Bu sahədə heç bir problemyaradıcı hala yol verilə bilməz. Azad yayımın təşkili üçün ölkəmizin bütün texniki resurslarını səfərbər edəcəyik. Beynəlxalq medianın bu prosesləri geniş işıqlandırması bilavasitə Azərbaycanın maraqlarına cavab verir.
- Əli müəllim, bir məsələ də son zamanlar geniş müzakirə olunur: Azərbaycan növbəti “Eurovision” yarışmasını beynəlxalq standartlara və tələblərə uyğun keçirə biləcəkmi? Görüləcək bütün bu işlərin hansısa koordinasiyası mövcuddurmu?
- Bilirsiniz, hər bir dövlət onun ərazisində keçirilən bu və ya digər beynəlxalq tədbirdə çalışır ki, işlər yüksək səviyyədə təşkil olunsun və əvvəlkilərdən daha yüksək nəticələr əldə edilsin. Əlbəttə, Azərbaycan Almaniya kimi, İngiltərə kimi, yaxud Rusiya kimi ölkələrlə müqayisədə daha kiçik dövlətdir və imkanları da onlardan xeyli aşağıdır. Lakin, buna baxmayaraq, biz bütün imkanlarımızı ortaya qoymağa və əvvəlki illərdəki yarışmalardan qətiyyən geri qalmayan, hətta bəlkə daha üstün yarışın keçirilməsinə iddialıyıq.
Əlbəttə, bu tədbir Avropa Yayım Birliyinindir, onun necə təşkil olunmasını, “Eurovision” yarışmasının keçirilməsi qaydalarını, şərtlərini, normalarını da bu qurum və onun Azərbaycandakı təmsilçisi - müstəqil yayım təşkilatı olan İctimai TV müəyyənləşdirir. Dövlət isə yarışa müdaxilə etmədən, onun keçirilməsi üçün ölkə daxilində şəraitin yaradılması, təkrar edirəm, təhlükəsizlik, viza, qonaqların yerləşdirilməsi, tədbirlərin keçiriləcəyi yerin hazırlanması, gələn jurnalistlərin və digər kateqoriyalı insanların azad fəaliyyətinin təmin olunması işini təşkil edir. Bu sahədə cənab Prezident tərəfindən yaradılmış dövlət komissiyası Avropa Yayım Birliyi, İctimai TV ilə öz işlərini mütləq şəkildə koordinasiya edəcəkdir. Azərbaycan dövlətinin adından bir daha rəsmi bəyan edirəm ki, AYB-nin tələbləri çərçivəsində Azərbaycan hökuməti “Eurovision” yarışmasının keçirilməsi üçün bütün tələb olunan şəraiti təşkil etməyə qadirdir.
- Əli müəllim, bu sualı Sizdən soruşmağı düşünmürdüm. Amma mətbuatda artıq bu barədə yazıldığına görə rəsmilər tərəfindən cavablandırılmasına ehtiyac var. “Eurovision” yarışmasında müxtəlif kateqoriyalardan olan insanlar, o cümlədən qrup şəklində cinsi azlıqların nümayəndələri də iştirak edir. Onların ölkəmizdə tam sərbəst hərəkət etməsində bir problem yaşanmayacaq ki?
- Mən müsahibənin əvvəlində söylədim ki, Azərbaycan tam sabit və təhlükəsiz ölkədir. O, bütün parametrləri ilə həm də Cənubi Qafqazın tolerantlıq nümunəsi sayılır. Bizdə bütün dünyanın müxtəlif sivilizasiyalarını, dini cərəyanlarını təmsil edən məbədlər sərbəst şəkildə tikilir, özü də bəzi dövlətlərdə olduğu kimi muzey kimi deyil, mövcud dini icmaların, fərqli dini əqidə daşıyıcılarının ziyarətgahı kimi real fəaliyyət göstərir. Azərbaycan həm də beynəlmiləl ölkədir və burada onlarla fərqli xalq və millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq içində yaşayırlar. Bu günədək nə milli, dini, nə də ki, fərqli sivilizasiya, oriyentasiya və s. zəminində Azərbaycanda bir dəfə də olsun hər hansı diskriminasiya halına rast gəlinməmişdir. Bizim qonaqpərvərliyimiz bütün dünyada məşhurdur. Biz qonaqlarımızı hansısa dini, milli, cinsi və s. kateqoriyalara bölməyə adətli deyilik. Bu insanlar Azərbaycanın qonaqpərvərliyinə, tolerantlığına, müasirliyinə tam güvənə bilərlər və onların ölkəmizdə azad və sərbəst olmaları üçün heç bir problem yaşanmayacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

