Azərbaycanda indiyədək siyasi motivlə heç kəs həbs olunmayıb
11.01.2011 [09:08]
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov “Media forum” saytının suallarını cavablandırıb:
- Son günlər Azərbaycanda iki siyasətçi həbs olunub - İslam Partiyasının sədri Mövsüm Səmədov və milli azadlıq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı. Onların həbslərinin siyasi motivli olduğu haqda rəylər səslənir. Bu rəylərə münasibətinizi bilmək istərdik.
- Azərbaycanda indiyədək siyasi motivlə heç kəs həbs olunmayıb. Hər iki şəxs qanunu pozub. Hansı partiyanın rəhbəri, üzvü olmasından asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Heç kim hansısa partiyanın adının, biletinin arxasında gizlənə bilməz, bundan sui-istifadə edib hansısa əməli törədə bilməz. Hüquq mühafizə orqanları həmişə qanunun aliliyini rəhbər tutaraq belə hallara qarşı addımlar atır. Bu da növbəti addımlardan biridir.
- Mövsüm Səmədov və Nemət Pənahlı hakimiyyəti sərt tənqid edəndən az sonra həbs olunublar. Siz bunu təsadüf hesab edirsiniz?
- Azərbaycan Konstitusiyasında, “Siyasi partiyalar haqqında” Qanunda, Cinayət Məcəlləsində və ayrı-ayrı qanunlarda açıq formada yazılıb ki, dövlət əleyhinə, onun atributları, quruluşu, sistemi əleyhinə iğtişaşlara çağırmaq, müxtəlif əməllər törətmək cinayət hesab olunur. Bunlar açıq formada yazılıb, göstərilib və qadağalar qoyulub. Tənqid başqa şeydir. Tənqid odur ki, insan kiminsə işinin fundamental təhlilini aparır, fikrini ortaya qoyur, kiminsə fəaliyyətini bəyənmədiyini söyləyir, bunu faktlarla izah etməyə çalışır. Bir da var ki, təhqir - bu artıq tamamilə başqa məsələdir. Belə hallara yol verən, qanunu pozan istənilən şəxsin əməli qanunla tövsif olunur, qanunla tənzimlənir.
- Qanunla qadağan olunan məsələlər sırasına Prezidentin fəaliyyətini tənqid etməmək də daxildirmi?
- Azərbaycan Prezidenti dövlətin atributlarından biri hesab olunur. Prezidentin hüquqları qanunla qorunur. Konstitusiyaya əsasən, Azərbaycan Prezidentinin hüquqları qanunla müdafiə olunur. Tənqid olar, lakin digər fikirlər, addımlar ola bilməz. Son günlər istər ayrı-ayrı xarici mətbuat orqanları, istərsə də müxtəlif ölkələrin nümayəndələri Azərbaycana qarşı sistemli şəkildə kampaniya aparır. Hətta, 10 il bundan qabaq dünyasını dəyişmiş və nədənsə indiyədək yada düşməyən Con Elvisin məsələsi gündəmə gətirilir. Halbuki bütün Azərbaycan bilir ki, Con Elvis hansı motivlərə görə qətlə yetirilib. Mən istintaq prosesində iştirak edən insan kimi hamıdan yaxşı bilirəm ki, o nə məsələ idi, niyə öldürülüb. Eyni zamanda, bu kimi başqa məsələləri də yenidən ortaya çıxarırlar. Niyə belə məsələlər indiyədək yada düşmürdü, indi ortaya çıxır? Bu və digər hallar Azərbaycana təzyiq göstərmək cəhdidir. Bunu bir neçə dövlət edir. Bunların hamısı xaricdən maliyyələşdirilən və istiqamətləndirilən qüvvələrdir, məsələlərdir.
- Dediyiniz o dövlətlər Azərbaycanda planlarını həyata keçirə bilərlərmi?
- Bu qətiyyən mümkün deyil. Azərbaycanda Prezidentlə, dövlətlə, iqtidarla xalqın birliyi var. Ortada fırlanan, heç bir dövlətçilik marağı güdməyən, ümummilli dəyərləri qiymətləndirməyən qüvvələr, adamlar bunun yanında çox xırda qüvvədir.
- Bir necə ildir müstəqil ekspertlər, siyasi təhlilçilər bir fikri vurğulayırlar ki, Azərbaycan hakimiyyətinin demokratik, sivil siyasi mübarizə aparan müxalif qüvvələri, siyasi partiyaları sıxışdırması nəticəsində onların yerini radikal, xüsusən də dini cəhətdən radikal qüvvələr tuta bilər. Son günlər müşahidə olunanları sivil, demokratik qüvvələrin yerini radikal qüvvələrin tutması kimi qiymətləndirmək olarmı?
- ölkəmizdə siyasi partiyaları heç kəs sıxışdırmır, heç kim bu və ya digər formada onların hüquqlarına toxunmur. Sadəcə olaraq, həmin adamların Azərbaycanda sosial bazası yoxdur. Həmin partiyalar öz daxilində, tərkibində islahatlar aparmalıdır. Lakin bunu etmirlər. Nəticədə özləri, partiyanın yüksək rütbəli nümayəndələri təşkilatdan istefa verib gedirlər. Bu, AXCP-yə də, ADP-yə də, Müsavat Partiyasına da, digərlərinə də aiddir. Bu partiyalardakı idarəçilik sisteminə, davranış tərzinə etiraz olaraq insanlar bu partiyalardan uzaqlaşırlar. Belə olan halda onların sıxışdırılmasından hansı söhbət gedə bilər? Ona görə də bu məsələlər arasında heç bir bağlılıq yoxdur.
Kimlərsə iddia edir ki, guya Azərbaycanda hansısa radikal, ekstremist dini qüvvələr var. Belə hal ola bilməz. Azərbaycan xalqı hələ sovet dövründə də dinə inamını, etiqadını qoruyub saxlayıb. Azərbaycan xalqının həmişə dini də, imanı da olub. Lakin Azərbaycan xalqı heç vaxt nə “Hizbullah”ı dəstəkləyib, nə də bu tip başqa təşkilatı. “Hizbullah” üçün Azərbaycanda terror törətməklə Avropanın hansısa bir ölkəsində terror törətmək arasında heç bir fərq yoxdur. Onların marağı din marağı deyil. Onların marağı tamamilə başqadır. Bu gün “Hizbullah”a dəstək vermək və ayrı-ayrı ekstremist hərəkətlər etmək radikal, ekstremist qüvvələrin qalxması, onların fəallaşması demək deyil. çünki belə qüvvələr yoxdur. Bu, ayrı-ayrı dövlətlər tərəfindən öyrədilmiş adamların ortaya çıxmasıdır. Onlar da qanun qarşısında cavab verməlidirlər. Vəssalam.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45

