Prezident İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi təsadüfi deyil
31.12.2010 [09:45]
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin SİA-ya müsahibəsi:
- Bəhruz müəllim, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik...
- Prezident İlham Əliyevin Azərbaycan mediasının inkişafındakı xidmətləri danılmazdır. Məhz Onun rəhbərliyi altında Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyd etmək lazımdır ki, “Jurnalistlərin dostu” mükafatı sonuncu dəfə 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyevə təqdim olunmuşdu. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasını qoydu. 2002-ci ilin martında ümummilli Lider Heydər Əliyevin “Jurnalistlərin dostu” seçilməsi dahi siyasətçinin demokratiyanın mühüm prinsiplərindən biri olan söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafına diqqət və qayğısının məntiqi nəticəsi idi.
Bu gün Onun siyasi kursu və ənənələri Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Hazırda ölkədə 4200-dən artıq yazılı mətbuat, 50-dən artıq informasiya agentliyi, 20-dən artıq televiziya fəaliyyət göstərir. ölkədə mətbuat orqanının qeydiyatı üçün heç bir icazə tələb olunmur. Söz və mətbuat azadlığı tam təmin olunub. Prezident İlham Əliyev ictimai həyatda kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil KİV-in inkişafına əlverişli şərait yaradılmasını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra KİV-in qanunvericiliyinin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı Fərman və sərəncamlar imzalayıb, qanunvericilik aktlarını təsdiq edib. 2003-cü ildə Avropa Şurası ilə əməkdaşlıq şəraitində “Televiziya və radio yayımı haqqında” qanunun qəbul edilməsi və elektron KİV sahəsində qanunvericiliyə nəzarət funksiyasını həyata keçirən orqan kimi Milli Televiziya və Radio Şurasının yaradılması, Azərbaycan Dövlət Televiziyası və Radiosunun Qapalı Səhmdar Cəmiyyətə çevrilməsi, 2004-cü ildə “İctimai Televiziya və radio yayımı haqqında” Qanunun qəbul edilməsi, 2005-ci ildə isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətə başlaması Azərbaycanın demokratik inkişaf xəttinə uyğun sistemli liberal islahatların davamlılığını təsdiq edən addımlardır.
Jurnalistlərin müvafiq strukturlardan informasiya almaq hüquqlarını rəsmiləşdirən “İnformasiya əldə etmək haqqında” Qanun da məhz İlham Əliyevin prezidentliyi dövründə qəbul edilib. Prezident 2005-ci il sentyabrın 30-da bu Qanunu təsdiq edib. Jurnalist təşkilatları, ATƏT və Avropa Şurasının ekspertlərinin iştirakı ilə hazırlanmış həmin sənəd bu gün də Avropa məkanında ən mütərəqqi qanunvericilik aktlarından hesab olunur.
- Mətbuatın inkişafı baxımından son illər həyata keçirilən işləri necə qiymətləndirirsiniz?
- Sirr deyil ki, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə 2005-ci ildən başlayaraq mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi məqsədilə görülən işlərin miqyası daha da genişləndirilib. Həmin ilin iyulunda Milli Mətbuatın 130 illik yubileyi ilə əlaqədar mətbuat işçilərinin mükafatlandırılması haqqında Prezident sərəncamları imzalanıb, 140-dan artıq jurnalist Prezident təqaüdü, dövlət mükafatı və fəxri adlara layiq görülüb, 35 mətbu orqana maliyyə yardımı göstərilib.
Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış “Qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borclarının ödənilməsi barədə” Sərəncama əsasən qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan 450 min ABŞ dolları həcmində borcu dövlət büdcəsindən ödənilib. 2005-ci ildən bu günə kimi Azərbaycanda 300-ə yaxın KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görülüb. 2008-ci ildə 38 qəzetin hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzetin hər birinə 10 min manat məbləğində yardım ayrılıb.
2010-cu ildə - Milli Mətbuatın 135 illiyində aparıcı KİV-lərə dövlət tərəfindən edilən birdəfəlik yardımların məbləği daha da artırılıb. Dövlət başçısının imzaladığı “Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında” Sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan bir milyon manat məbləğində vəsait ayrıldı, 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə isə 10 min manat birdəfəlik yardım göstərildi.
Xüsusilə qeyd etmək lazımdır ki, maddi yardımın göstərilməsində mətbuat orqanları arasında heç bir ayrı-seçkiliyə yol verilməyib. Yardımlardan həm müstəqil, həm də müxalifəti təmsil edən KİV yararlanıb. Yeri gəlmişkən, “Səs” qəzeti də bu siyahıda olub.
Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı “Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında” Sərəncamına əsasən Milli Mətbuatın inkişafındakı xidmətlərinə görə 38 nəfərə “Əməkdar jurnalist”, 15 nəfərə “Əməkdar mədəniyyət işçisi” və 1 nəfərə “Əməkdar mühəndis” fəxri adları verilib. Eyni zamanda, 38 nəfər “Tərəqqi” medalı ilə təltif edilib və çox xoşdur ki, mən də mükafatçılar sırasındayam.
İyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini nəzərdə tutan başqa bir Sərəncam da imzalayıb. Sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb. Beləliklə, dövlət başçısı jurnalistlərin daha bir köklü probleminin həlli üçün addım atıb. Artıq bu vəsait hesabına jurnalistlərə tikiləcək ev üçün torpaq sahəsi də ayrılıb. Yaxın vaxtlarda binanın təməlqoyma mərasimi keçiriləcək.
- KİV-in inkişafına dövlət dəstəyi baş redaktor olaraq sizi qane edirmi?
- Əlbəttə. Qeyd edim ki, Azərbaycan Prezidentinin mətbuata qayğısı sistemli xarakter daşıyır. Hələ 2008-ci ildə ölkə rəhbəri tərəfindən “KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası” təsdiqlənib. Konsepsiyanın hazırlanmasında əsas məqsəd ölkə mətbuatının inkişafına nail olunmasını, mətbuatın respublikamızın ümumi inkişaf tempindən geri qalmamasını təmin etmək idi. Bununla da dövlət yazılı medianın iqtisadi azadlığının təmin edilməsi, qəzetlərin maddi-texniki bazasının, maddi imkanlarının yaxşılaşdırılmasına dəstək verməyə başladı. ölkə Prezidentinin digər Sərəncamı ilə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Artıq hər il Fonda dövlət büdcəsindən vəsaitlər ayrılır. Bu vəsaitlər hesabına Fond ildə azı 2 dəfə ölkənin aparıcı qəzet və jurnallarının, jurnalist təşkilatlarının təqdim etdikləri layihələrin maliyyələşdirilməsinə vəsait ayırır. Bu cür yardımlar həm yazılı mətbuatın inkişafına yol açır, həm də yeni-yeni təkliflərin gündəmə gəlməsinə əsas yaradır. Həmçinin, jurnalistlər uzun illərdir maliyyə çatışmazlığı ucbatından icra edə bilmədikləri ideyaları reallaşdırmağa başlayıblar. Fondun xətti ilə sıravi jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən addımlar da atılır. İldə bir neçə dəfə fərdi jurnalist müsabiqələri keçirilir. Fond müxtəlif nazirliklərlə də birgə yazı müsabiqələri elan edir və bütün bunlar təbii ki, jurnalistlərə əlavə stimul verir. Qeyd edim ki, dövlətin bu sahəyə diqqətinin ildən-ilə artdığını görürük. Belə ki, hər il dövlət büdcəsindən mətbuat üçün nəzərdə tutulan vəsait artırılır.
Bu il dövlət başçısının birbaşa himayəsi ilə həm də Mətbuat Şurasının yeni binası istifadəyə verildi. Binanın açılış mərasimində Prezident İlham Əliyev iştirak edərək şuranın İdarə Heyətinin üzvləri ilə görüşdü. Həmin görüşdə dövlət başçısı mətbuatımızın bu günü, gələcəyi və həllini gözləyən problemləri ilə bağlı proqram xarakterli çıxış etdi.
Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev gördüyü işlərlə jurnalistləri dostluğa dəvət edib və öz növbəsində, əməlləri ilə dost olduğunu sübut edib. Jurnalistlər də cənab Prezident İlham Əliyevi özlərinin dostu seçməkdə heç də yanılmayıblar. Biz jurnalistlər cənab Prezidenti özümüzün əbədi dostu sayırıq.
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
