/ / Müxalifət nümayəndələrinin özləri seçiləndə seçkilərin demokratik keçdiyini, seçilmədikdə isə saxtakarlığın olduğunu deyirlər
Müxalifət nümayəndələrinin özləri seçiləndə seçkilərin demokratik keçdiyini, seçilmədikdə isə saxtakarlığın olduğunu deyirlər
13.11.2010 [09:46]
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov SİA-ya müsahibə verib:
- Ziyafət müəllim, seçkilərin gedişatını və nəticəsini necə qiymətləndirirsiniz?
- Parlament seçkilərinin ədalətli, şəffaf,demokratik bir şəraitdə keçirilməsini çox yüksək qiymətləndirəm. Hesab edirəm ki, YAP-ın namizədlərinin parlamentdə əksər yerləri qazanması tamamilə qanunauyğundur. çünki həm partiyamızın nüfuzu, həm də partiyamızın Sədri, Prezidentimiz İlham Əliyevin ölkəmizdə gördüyü uğurlu işlər, vətəndaşlarımızın sosial problemlərinin həll olunması onu deməyə əsas verirdi ki, YAP seçkilərdə mandatların tam əksəriyyətini əldə edəcək. Ona görə də bu qanunauyğun bir haldır və seçilən bütün millət vəkillərinin hər birini təbrik edirəm.
- Radikal müxalifət təmsilçiləri ənənəvi ampluasından çıxış edərək parlament seçkilərinin qeyri-demokratik keçirilməsini iddia ediblər. Onların bu cür məntiqsizliyini nə ilə izah etmək olar?
- Radikal müxalifətin bu riyakarlığını hər zaman görüb və eşitmişik. çox qəribədir ki, müxalifət nümayəndələrinin özləri seçiləndə seçkilərin demokratik keçdiyini, seçilmədikdə isə saxtakarlığın olduğunu deyirlər. Tamamilə absurd, məntiqsiz bir fikirdir və bu fikirlərin heç birini qəbul etmirəm.
- ABŞ Dövlət Departamentinin parlament seçkiləri ilə bağlı əsassız bəyanatını Azərbaycana qarşı bu dövlətin ikili standatla yanaşması kimi dəyərləndirmək olarmı?
- Bunu ikili standart kimi qəbul edirəm. AŞ PA-nın, ATƏT-in Parlament Assambleyasının, Avropa Parlamentinin verdiyi qiymətə görə seçkilər çox şəffaf, ədalətli və tam demokratik bir şəraitdə keçdi. Hansısa, bir çox kiçik, xırda qüsurların olması seçkilərin demokratik, azad və şəffaf keçməsinə kölgə sala bilməz. Əlbəttə ki, ABŞ Dövlət Departamentinin bu bəyanatından təəssüflənirəm. çünki Departamentin verdiyi qiymət AŞ PA-nın, ATƏT Parlament Assambleyasının verdiyi qiymətlə üst-üstə düşmür. Buna çox təəccüblənir və təəsüflənirəm.
- ABŞ Dövlət Departamentinin bu cür bəyanatını Azərbaycana qarşı göstərilən növbəti təzyiq kimi də qiymətləndirmək olarmı?
- Təəssüf edirəm ki, Azərbaycana qarşı ikili standartların tətbiq olunmasının zaman-zaman şahidi olmuşuq. Seçkiləri kiminsə bizə təşəkkür etməsi üçün keçirmirik. Seçkilər Azərbaycan xalqının iradəsidir. Hər bir dövlət, beynəlxalq təşkilatlar seçkiyə qiymət verəndə Azərbaycan xalaqının iradəsinə hörmətlə yanaşmalıdır.
- YAP bu seçkilərdə də parlaq qələbə qazandı. Bu qələbənin əsası Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət olduğunu söyləmək olar?
- Əlbəttə ki, söyləmək olar. Azərbaycanda demokratik, azad, şəffaf seçki ənənəsi Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətimiz ümummilli lider Heydər Əliyev kursu ilə irəliləyir və Prezidentimiz İlham Əliyevin çox uğurlu həm daxili, həm də xarici siyasəti nəticəsində yüksək inkişaf həddinə gəlib çatıb. Seçkilərin ədalətli, şəffaf, parlaq keçirilməsi və YAP üzvlərinin parlamentdə əksər yerləri əldə etməsi bu uğurlu siyasətin nəticəsidir. Müstəqil Azərbaycan xalqı seçkilərdə YAP-a və onun Sədri möhtərəm Prezidentimiz İlham Əliyevə çox doğru-düzgün real qiymət verdi.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

