Nəsimi dərvişliyin şəhididir
25.02.2022 [10:40]
Biz özümüz Allah yaradıb, əsl Allahla aramıza sədd hördük
Əvvəli ötən sayımızda...
Bu gün bir dərvişlə, özünə “heç kim” deyən ruh adamıyla, bir dəli ozanla özümüzə, iç dünyamıza səyahət edəcəyik.
Müsahibimiz Azərbaycan Milli Konservatoriyasının dosenti, fəlsəfə doktoru Fəxrəddin Salimdir.
- Allah insanı niyə yaratdı?
- Aşiq olmaq üçün insanı yaratdı. Eşq o qədər gözəldir ki, tanrını insan yaratmağa vadar elədi. Allahın özündə məqsəd elə insandır. Allah özü tək qaldı darıxdı. Bu qədər yaratdığı məxluqda məna görmədi. Aşiq olacağı birini, yəni insanı yaratdı. Madam ki, Haqq-taala mənə aşiqdir, mən niyə onun eşqini qəbul etməyim? Sonuncu yaratdığı da elə insan oldu. Öncə yaratdıqlarının hər biri insanda var. Dörd ünsürdən tutmuş, kainatın özü, planetlərin, çayların, göllərin hərəkət mexanizminin hamısı insandadır. Mənim Allaha qorxu, maddi-mənəvi ehtiyacım yoxdur. Allah məni ehtiyac babında, müstəvisində saxlayacaq qədər kiçik deyil. Burada ancaq aşiq-məşuq əlaqəsi var.
- Bəs Allah nə üçün dünyada insanların törətdiyi şərə mane olmur? Sevdiyi insan özü-özünü məhv edir? Müharibələr olur, qan tökülür.
- Bir uşağın qarşısında çoxlu oyuncaqlar olanda onlara sakitcə durub kənardan baxmır ki. Bir-birinə vurur, oynayır, əylənir.
- Allahın oyun meydanıdır dünya?
- Biz sadəcə təslim olmağı bilmirik. Müsəlman, əslində, təslim olan deməkdir. Biz təslimiyyəti bacarmadıq. Məhəmməd yüzlərlə büt sındırdı, biz yenidən büt yaratdıq. Ona yüzlərlə sifət verdik. Biz Quranı fərqli təfsir edərək, yeni tanrı yaratdıq.
- Allah mərhəmətlidir ya zalım?
- O, heç bir şey deyil. O, sadəcə var.
- O zaman yaradılışımızın anlamı olmur axı. Böyüyən, 92 milyard işıq ili böyüklüyündə var olduğunu bildiyimiz bu kainatın yaradılmasının bir anlamı olmalıydı.
- Bəli, olmalıdır. İnsanın mahiyyəti bunu tələb edir. Amma insan cənnət eşqi və ya cəhənnəm qorxusu ilə insan olmamalıdır. Bu, Allaha rüşvət verməkdir və ya rüşvətlə bizi imanlı etmək deməkdir. Dünyadan məna anlamayan, cənnət-cəhənnəmdən nə anlayacaq? Bu ömrü doğru, dürüst anlaya, yarıda bildikmi ki, axirət kimi mürəkkəb bir yerə də üz tutaq. Cənnət dindarların gözündə Bakı bulvarı kimi bir şeydir. Ağzıbağlı qablarda şərab, əl dəyməmiş hurilər və qılmanlar. Rüşvətlə qazanılan axirət deməkdir bu? Burada nə edirlərsə, orada da onu istəyirlər, amma deyirlər öləndən sonra burada haram deyilən orada halal olacaq?
- İnsanları cənnət ümidi, cəhənnəm qorxusu bir çox pis əməlləri törətməkdən saxlayır.
- Deməli, din vəhşilər, avamlar üçündür. Bir yarpağın rəngi, bir kiçik çiçək yaradanın böyüklüyünü göstərmirmi? O yaradıcını görə bilməyib, din, şəriət qanunları icad edirik. Mən kainatı qüsursuz çəkən o rəssamı sevirəm, mənə vacib deyil, dəstəmazı almaq üçün üzümü hansı tərəf tutum, əlim necə dayansın, ayağım necə dursun və s. Mən Nəsimi ilə cəhənnəmdə olmağa razıyam, amma belə düşüncəli dindarlarla cənnəti istəmirəm.
- Namaz qılırsınız?
- Namaz qılırdım, tövbə elədim. Bir gün dərsdəydim, dedilər rektor çağırır. O ərəfələrdə mənə ev veriləsiydi guya. Və bir də 1 gün öncə bir mühazirədə aşağı-yuxarı danışmışdım. Düşündüm ki, ya ev verəcəklər, ya da işdən atacaqlar. Dərsi buraxıb böyük həyəcan içində rektorun yanına qaçdım. Hətta yolda tələsdiyimdən yıxıldım, ayaqqabım ayağımdan çıxdı. Liftdə sanki biri başıma vurdu. Özümə dedim “sən heç Allahın hüzuruna belə həyəcanla çıxmırsan. Dünya malı üçün bu nə təlaşdır? Hanı bəs sənin imanın?” Qayıtdım geriyə, getmədim. Namaz qılıb, fikri-xəyalı Allahda olmayan adamla, gecə-gündüz pəhriz saxlayıb, fiqurasını qoruyan biri arasında heç bir fərq yoxdur. Mən onu düşünmədən yaşaya bilmirəm. Azad seçim etdim. Konyadan təsbeh gətirmişəm. 1001 dənəsi var, sübhə qədər uzun zikr edib, özümü pillə-pillə ona doğru qalxan hiss edirəm. Bağışlanmamı, ya da nəsə bir dünya malı istəmirəm. Nə məqamdır bilmirəm. Sadəcə onun hüzuruna çıxıram. Gerçəyi sözlə ifadə edə bilmirəm. Ona görə dərvişlər susurlar. Çünki onların aləmində olan şeylər bu maddi aləmdə yoxdur. Tutaq ki, ömründə saat görməyən, onun nə olduğunu bilməyən adama saatı necə başa salmaq olar? Ona görə, “dərvişlər sirr saxlayır” deyirlər. Gördüklərimiz sözə gəlmir. Anlamaq üçün sən onun gördüyünü görməlisən, dediyi məqama gəlməlisən. Sirr deyil, dediklərini anlada bilmirlər.
- Eşq günahdır?
- Həqiqi eşq yasaq deyil, əgər şəhvət deyilsə. Ona qalarsa, sevgisiz evlilik daha böyük günahdır.
- Reinkarnasiyaya inanırsınız?
- İnsanın mahiyyəti qayidır. Bu gün mən Nəsimini daşıyıramsa nəsimiyəm. Əsas olan düşüncədir. Düşüncəsi məndə olmayınca, Nəsiminin bədənində görünsəm də, fərqi yoxdur. Həllac Mənsurun mahiyyəti Nəsimidəydi. Seyid Əzim deyir:
Bir gəlmiş idim verməyə can, olmadı qismət,
Getdim, dolanıb, bir dəxi ey can, yenə gəldim.
Seyyid, neçə yol gəlmiş idim mülki-cəhanə,
Səd şükr, tapıb, surəti-insan, yenə gəldim!
Minlərlə adı olan tanrı ilə, minlərlə heykəli olan tanrının heç bir fərqi yoxdur. Adlar da, heykəllər də insanların ehtiyacından yaranmışdır.
İlhamə HƏKİMOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

