/ / Türkiyə Azərbaycanın dəstəyindən maksimum yararlanmalı və beynəlxalq təzyiqlərə qarşı dayanmağı bacarmalıdır
Türkiyə Azərbaycanın dəstəyindən maksimum yararlanmalı və beynəlxalq təzyiqlərə qarşı dayanmağı bacarmalıdır
27.08.2010 [09:20]
Son zamanlar Cənubi Qafqaz regionunda ciddi hadisələr baş verməkdədir. Rusiya ilə Ermənistan arasında Gümrüdəki hərbi bazaya dair yeni müqavilənin imzalanması, eləcə də, NATO-nun təlimləri çərçivəsində müəyyən dairələr tərəfindən Türkiyənin işğalçı dövlətlə sərhədlərinin açılmasına göstərilən cəhdlər bu hadisələr sırasındadır. Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə söhbətimiz bu haqdadır. Bahar Muradova hesab edir ki, Azərbaycan cəmiyyətində NATO-nun təlimləri çərçivəsində Ermənistanla Türkiyə arasında sərhədlərin müvəqqəti açılması cəhdlərinə qarşı yaranmış narazılıq tamamilə başadüşüləndir:
- Bilirsiniz ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlanması Ermənistanın Azərbaycana təcavüzündən sonra atılan addımdır və Türkiyə tərəfi bununla çox düzgün hərəkət edib. Türkiyə NATO-nun yeganə üzvü olaraq beynəlxalq prinsiplərin pozulmasına, bir ölkənin digərinin ərazisini işğal etməsinə, etnik təmizləmə siyasətinin aparılmasına öz etirazını bildirərək işğalçı Ermənistanla sərhədlərini bağlayıb. Təcavüzkar dövlətə belə münasibətin göstərilməsi digər ölkələrə də bu kimi məsələlərdə hansı mövqe tutmaları üçün bir nümunədir. Ancaq Türkiyə bunun müqabilində beynəlxalq təzyiqlərə məruz qalır. Müəyyən beynəlxalq dairələr bu mövqeyinə görə Türkiyəni cəzalandırmaq istəyir. Cəza isə sərhədlərin açılması tələbidir, Türkiyəni buna məcbur etməkdir. Məlumdur ki, Türkiyənin özünə qarşı da Ermənistanın iddiaları var. Hesab edirəm ki, nə qədər ermənilik varsa, bu iddialar davam edəcək. NATO-nun təlimləri çərçivəsində sərhədlərin açılması Türkiyəni Ermənistan qarşısında geri çəkilməyə vadar etmək, qısamüddətli də olsa, sərhədləri açmaq və bunu təkrar olunan hadisəyə çevirmək məqsədi daşıyır. çünki Ermənistanda keçirilən təlimlər humanitar təlimlərdir və oraya avadanlıqların Türkiyədən gətirilməsi mütləq deyil. NATO-nun həmin avadanlıqları Ermənistana başqa istiqamətdən də gətirmək üçün imkanı var. Hal-hazırda Türkiyəyə bu təzyiqlərin göstərilməsi məhz həmin tədbirdən istifadə edərək sərhədlərin qısamüddətli açılmasını və sonradan bu prosesin davamlı olmasını tələb etmək cəhdindən xəbər verir. Amma düşünürəm ki, Azərbaycan və Türkiyə cəmiyyəti bu layihəyə qarşı çıxmaqda haqlıdır və bu mövqe sona qədər davam etməlidir. Həmkarlarımın dediyi kimi, indiki şəraitdə sərhədlərin bir saatlıq da açılmasına imkan vermək olmaz. çünki Ermənistan işğalçılıq siyasətindən əl çəkməyib. Hesab edirəm ki, Türkiyə hökuməti bu dəfə də beynəlxalq təzyiqlərin qarşısında dayanmağı bacaracaq və özünün, Azərbaycanın maraqlarına, eləcə də, bölgədəki ümumi maraqlarımıza uyğun siyasət yeritməklə Ermənistanla sərhədlərin açılmasına imkan verməyəcək.
- Sizcə, Azərbaycan və türk cəmiyyətlərinin müqaviməti bu layihənin reallaşmamasına nə dərəcədə təsir göstərə bilər?
- Hesab edirəm ki, Türkiyə hökumətinə ən böyük kömək cəmiyyətin müqaviməti olmalıdır. çünki istənilən hökumət ən böyük dəstəyi öz xalqından, öz ictimaiyyətindən almalıdır. Bu dəstək də ortadadır. Ona görə də, düşünürəm ki, digər təzyiqləri, maraqları nəzərə alaraq bu dəstəkdən imtina etmək olmaz. Fikrimcə, Türkiyə hökuməti arxasında ictimaiyyətin dəstəyindən başqa güclü dayaq hiss edə bilməz. Nəzərinizə çatdırım ki, Türkiyə Ermənistanla sərhədləri bağlayanda da NATO ölkəsi idi, indi də NATO ölkəsidir. Heç nə dəyişməyib, səbəb ortada qalıb və belə olan təqdirdə nə üçün Türkiyə Ermənistanla sərhədləri açmalıdır? Ona görə də, düşünürəm ki, Türkiyə hökuməti üçün çox ciddi stimul var. Azərbaycanla strateji tərəfdaşlıq, Türkiyəyə hökumətimizin, eləcə də, xalqımızın ciddi dəstəyi mövcuddur. Türkiyə bu dəstəkdən maksimum yararlanmalı və beynəlxalq təzyiqlərə qarşı dayanmağı bacarmalıdır.
- Bahar xanım, qloballaşan dünyada beynəlxalq güclərin maraqlarının toqquşmasının, eləcə də, birinin digərinə qarşı ədalətsiz yanaşmalarının şahidi oluruq. Türkiyəyə qarşı olan təzyiq buna sübutdur. Necə hesab edirsiniz, Türk dünyasının birliyi bu kimi problemlərin qarşısını ala bilərmi?
- Baş verən proseslər Türk dünyasının birliyinin zəruriliyini ortaya qoyur. Bu gün Türk dünyasının birliyi arzu olunan məsələdir. Bu birliyi əldə etmək üçün Azərbaycan və Türkiyə, müəyyən qədər də Qazaxıstan tərəfindən ciddi addımlar atılır. Qırğızıstan da bu prosesə qoşulmuşdu, amma indi bu öz vəziyyəti mürəkkəbdir. Ona görə də, türk birliyinə dəstək vermək halında deyil. Bilirsiniz ki, Türkdilli dövlətlərin Naxçıvanda keçirilən zirvə sammitində Əlaqələndirmə Şurasının yaradılması qərara alınıb, eləcə də, ötən il TürkPA yaradılıb. Yəni, müəyyən addımlar atılır. Amma görünür, bu birliyi reallaşdırmaq üçün türk dövlətləri hələ çox çalışmalıdırlar. Azərbaycanla Türkiyənin, müəyyən mənada Qazaxıstanın mövqe birliyi ortada var. Bu birlikdən lazımi səviyyədə istifadə etmək lazımdır. Mən daha çox Türkiyə-Azərbaycan birliyinə ümid bəsləyirəm. çünki, bu dəfələrlə sınaqdan çıxmış birlikdir. İki dövlət daim bütün səviyyələrdə bir-birilərinin mövqeyini dəstəkləyirlər. Düzdür, bu birliyi sarsıtmaq üçün də müəyyən cəhdlər olub və bu gün də davam etməkdədir. Elə Ermənistanla Türkiyə arasında sərhədlərin açılması istiqamətində görülən işlər də bu birliyi pozmağa yönəlib. Hər halda, düşünürəm ki, biz bütün tarixi təcrübəmizi və bugünkü reallıqları nəzərə alaraq bu birliyi daha da möhkəmləndirməli və onu növbəti dəfə sınaqdan çıxarmağa çalışmalıyıq. İnanıram ki, belə də olacaq.
- Region üçün narahatlıq doğuran digər bir hadisə də Rusiya ilə Ermənistan arasında yeni hərbi müqavilənin imzalanmasıdır. Sizcə, yeni müqavilənin imzalanması bölgə üçün nə vəd edir?
- Bu hadisə bölgədəki hərbi balansı müəyyən mənada dəyişdirir. Bu dəyişiklik əlbəttə ki, region üçün təhlükəlidir. Təhlükəli olmasaydı, Azərbaycan ictimaiyyəti haqlı narazılığını ifadə etməzdi. Rusiyanın öz hərbi bazasından Azərbaycan qarşı istifadə etməməsi ilə bağlı öhdəliyi olsa da, bu öhdəliyə necə əməl olunacağına dair bizdə əminlik olmalıdır. Bunu da qarşıdakı dövrdə Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı eşidə bilərik. çox istərdik ki, Rusiya tərəfindən də bu balansı qorumağa çalışan hansısa addımların atılacağı və yaxud da siyasətin yeridiləcəyi barədə fikirlər olsun.
- ümumiyyətlə, işğalçı dövlətlə belə müqavilənin imzalanması ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyinə şübhə yaratmırmı?
- çox böyük şübhə yaradır və bu şübhələr daha da artmaqdadır. çünki Qarabağ probleminin yaranması, bu qədər davam etməsi və hələ də həll olunmamasında Rusiyadakı bəzi hərbi, siyasi dairələrin iştirakı var. Əlbəttə ki, biz Rusiyanın rəsmi dairələrinin siyasətini daha çox nəzərə alırıq. Amma rəsmi siyasətə baxmayaraq, Azərbaycan ictimaiyyəti narahatdır və bu narahatlıq nəzərə alınmalıdır. Yəni, əgər yüksək səviyyədə yeridilən siyasət xalqlar səviyyəsində qəbul olunmursa, başqa cür dəyərləndirilirsə bu şübhələri dağıtmaq lazımdır. Ona görə də, düşünürəm ki, Rusiya bu məsələyə aydınlıq gətirməlidir. Bilməliyik ki, Gümrüdəki rus hərbi bazası, rus əsgərləri Azərbaycana qarşı istifadə olunmayacaq və onların mövcudluğu Ermənistanın qeyri-konstruktivliyinin möhkəmlənməsinə səbəb olmamalıdır. çünki Ermənistanla Rusiya ikitərəfli münasibət qura bilərlər. Amma Rusiya Minsk qrupunun həmsədridir və münaqişənin həllinə məsuliyyət daşıyır. Rusiya münaqişənin həlli üçün vasitəçilik edir və bu vəzifəsini unutmamalıdır. İkitərəfli münasibətlər heç zaman bu vəzifənin yerinə yetirilməsinə maneçilik törədə bilən amilə çevrilməməlidir. Rusiya öz vasitəçiliyinə xələl gətirən addımlardan çəkinməlidir. Amma yeni hərbi müqavilə öz-özlüyündə bununla bağlı şübhələri artırıb.
- Bu müqavilənin, Ermənistanın Rusiya tərəfindən silahlandırılmasının digər bölgə dövlətləri üçün təhlükəsi nədən ibarətdir? Nədənsə, həmin dövlətlər, konkret olaraq Türkiyə və Gürcüstan bu məsələyə reaksiya vermir...
- Bu məsələdən bölgə dövlətləri də narahat olmalıdır. Gürcüstanın ərazisinin bir hissəsinin hansı vəziyyətdə olduğunu bilirik. Regionda baş verən proseslər bütün bölgə dövlətlərinə aiddir. İstənilən halda, heç bir ölkə öz sərhədlərinə yaxın ərazilərdə başqa bir dövlətin hərbi qüvvələrinin cəmləşməsini istəməz. Beynəlxalq münasibətlərdə bu vəziyyət belə dəyərləndirilir. Əgər digər bölgə dövlətləri bu hadisəyə münasibətlərini bildirmirsə, bu, onların öz işidir. Amma istənilən halda bu hadisə bölgədəki qüvvələr nisbətini, hərbi balansı, ölkələr arasında münasibətləri pozmağa təsir göstərə bilən ciddi bir amildir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

