Daha bir Azərbaycan nümunəsi
24.07.2010 [03:29]
Mətbuata xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı sərəncamlar bu istiqamətdə atılmış növbəti mütərəqqi addımlardır. Əksər ekspertlərin, həmçinin, media üzrə mütəxəssislərin vurğuladıqları kimi sözügedən sərəncamların imzalanması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan media siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla və yeni keyfiyyətdə davam etdirilməsinin daha bir bariz nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) İcraçı direktoru Vüqar Səfərli də “Yeni Azərbaycan” qəzetinə eksklüziv müsahibəsində deyilənləri təsdiqləyib.
- Vüqar müəllim, Prezident İlham Əliyevin iyulun 22-də imzaladığı sərəncamlarla bir qrup mətbuat işçisinə fəxri adlar və mükafatlar verilib, Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi üçün vəsait ayrılıb və bir sıra KİV orqanlarına birdəfəlik maliyyə yardımları edilib. ümumiyyətlə, bu sərəncamları necə dəyərləndirirsiniz?
- öncə onu deyim ki, bu, bizim mətbuatımızın inkişafına böyük dəstəkdir. Biz buna görə cənab Prezidentə dərindən minnətdarıq. Prezidentin məlum Sərəncamı ilə ümumilikdə 1 milyon manat vəsait ayrılıb. Bu məbləğin 280 min manatı isə konkret olaraq KİV DF üçün ayrılıb. Biz bu ilin sonuna qədər həmin vəsaiti bölgələrdə və Bakıda tədbirlərin keçirilməsi üçün sərf edəcəyik.
- Prezidentin digər Sərəncamına əsasən, Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəratinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılıb.
- Təbii ki, bu Sərəncamın imzalanması Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin mətbuata diqqət və qayğısının növbəti təsdiqidir. Bu, eyni zamanda, bir Azərbaycan nümunəsidir. Yəni, nə xarici dövlətlərdə, nə də MDB-də mətbuat işçiləri üçün ev tikilib verilməsi ilə bağlı addım atılmayıb. Bu, o deməkdir ki, Prezident İlham Əliyev mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayır. Siz bilirsiniz ki, uzun illərdir jurnalistlərin evlə təmin olunması məsələsi qaldırılırdı. Məhz buna görə də, bayram günündə Prezidentin məlum Sərəncamı imzalaması bütün mətbuat işçilərinin ürəyincə oldu. ümid edirəm ki, bu bir ənənə halını alacaq və gələcəkdə də davam edəcək.
- Bəs, KİV DF Sərəncamdan irəli gələrək hansı addımları atacaq?
- öncə onu deyim ki, bəzi jurnalistlər bu Sərəncamla bağlı bir qədər fərqli düşünürlər. Onlar elə bilirlər ki, bu pul şəxsən jurnalistlər arasında bölünəcək və onlar gedib ev alacaqlar. Lakin bu belə deyil. Yəni, bu 5 milyon manat vəsait evlərin tikintisi üçün ayrılıb. Biz gələn həftənin birinci günündən başlayaraq aidiyyatı orqanlara müraciət edəcəyik. çünki ilk növbədə, ən qısa müddətdə tikiləcək evin yerini müəyyənləşdirməliyik. Eyni zamanda, ayrılan məbləğə uyğun neçə mənzilin tikilə biləcəyi müəyyənləşdirilməli, binanın eskizi hazırlanmalıdır. Birinci mərhələdə biz sadaladığım işləri sürətləndirəcəyik ki, tikinti başlasın. Həmin binadan mənzillərin kimlərin və necə alacağına gəlincə, yəqin ki, bununla bağlı geniş müzakirələr aparılacaq. Lazım gəlsə, hətta bunu ictimaiyyətin müzakirəsinə çıxaracağıq. Beləliklə də, mənzillərin verilməsinə dair mexanizm hazırlanacaq ki, kimlər bu evləri ala bilər. Bütün bu proseslər isə tam şəffaf bir şəkildə aparılacaq.
- Vüqar müəllim, Mətbuat Şurasının yeni binasının açılışında şəxsən Prezident İlham Əliyevin iştirakını necə dəyərləndirirsiniz?
- Heç şübhəsiz ki, bu, cənab Prezidentin mətbuata növbəti töhfəsidir. Bilirsiniz ki, Mətbuat Şurası yarandığı gündən böyük işlər görüb və bunun müqabilində qurumun köhnə ofisindəki iş şəraiti o qədər də yaxşı deyildi. Möhtərəm Prezidentimizin qayğısı nəticəsində qurum yeni ofisə köçdü. Biz hesab edirik ki, bu, Mətbuat Şurasının qarşısında qoyulan böyük məsuliyyətdir və qurum üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək.
NADİR
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
