Ələt Azad İqtisadi Zonası ölkəmizin iqtisadiyyatının qeyri-neft sektorunda yeni səhifə açır
06.07.2021 [09:38]
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov www.yap.org.az saytına müsahibə verib:
- Azər müəllim, postmüharibə dövrünün reallıqlarını yaşayırıq. Bugünün əsas çağırışlarından biri yeni əməkdaşlıqlar fonunda iqtisadi əlaqələrin genişləndirilməsidir. Azərbaycanın yeni reallıqlara uyğun olaraq diktə edən tərəf kimi irəli sürdüyü təşəbbüsləri necə şərh edərdiniz? Zəngəzur dəhlizinin açılması hansı perspektivləri vəd edir?
- Döyüş meydanında əldə etdiyimiz böyük qələbəmizin davamı olaraq 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatla münaqişənin bitdiyi elan olunmuşdur. Bizi 30 ilə yaxın daim narahat edən “Dağlıq Qarabağ münaqişəsi” termini gündəmdən çıxmışdır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etməklə regionda yeni reallıq yaratmışdır. Bu yeni reallıq Zəngəzur dəhlizinin açılmasına, əməkdaşlıq mühitinin inkişaf etdirilməsinə və regionda davamlı sülhün bərqərar olunmasına yol açır. Zəngəzur dəhlizinin açılması regionda yeni əməkdaşlıq formatlarının orataya qoyulmasına imkan verir. Hər şeydən əvvəl Azərbaycan ayrılmaz hissəsi olan Naxçıvanla quru yolla birləşəcək, həm də Türkiyə ilə birbaşa bağlantımız yaranacaqdır. Qonşu ölkələrimiz olan Rusiya, İran üçün isə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni perespektivlər yaranır. Ermənistan isə Zəngəzur dəhlizinin açılması üçün üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Çünki 30 ilə yaxın qonşulara qarşı ərazi iddiaları ilə çıxış etməsi və Azərbaycanın torpaqlarının işğal altında saxlaması bu ölkəni dalana dirəmişdir. Azərbaycan Ermənistansız da qonşu ölkələr və Avropa ilə iqtisadi əməkdaşlığını genişləndirmişdir. Ermənistan isə bu illər ərzində iqtisadi və siyasi müstəqilliyini itirmiş, təcrid olunmuş respublikaya çevrilmişdir. Məhz Zəngəzur dəhlizinin açılması bu ölkənin iqtisadi blokadadan çıxmasına, Ermənistanla Rusiya və İran arasında dəmir yolu ilə bağlantı yaranmasına imkan verəcəkdir. Ona görə də Zəngəzur dəhlizinin açılması Ermənistan üçün hamıdan çox vacibdir. Zəngəzur dəhlizi regionda iqtisadi əməkdaşlığın genişlənməsinə imkan verməklə yanaşı, regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasına da töhfə verəcək.
- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının davamı olan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas hədəflərdən biri Böyük Qayıdışın müasir dövrün tələblərinə uyğun bərpa və quruculuq əsasında reallaşdırılmasıdır. Yeniliklər nədən ibarətdir?
- Ölkəmizin siyasi, iqtisadi və sosial sahədə uğur qazanmasının təməlində ölkə başçımızın uzaqgörən siyasəti və gələcəyə hesablanmış inkişaf proqramları dayanmışdır. Azərbaycanın inkişaf proqramları beşillik və onillik olmaqla müxtəlif hədəfləri özündə əks etdirir. 2004-cü ildən icra olunmağa başlanmış Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının sayca dördüncüsünün icrasına başlanması sayəsində Azərbaycanda kəndlə şəhər arasındakı fərq aradan qalxmış, ölkəmiz inkişafda böyük uğurlara imzalar atmışdır. 2020-ci ildə öz icra müddətini başa çatdırmış “Azərbaycan 2020: gələcəyə baxış” onillik Dövlət Proqramında nəzərdə tutulmuş hədəflər kompleks xarakter almış, ölkəmizi dünyada tüğyan edən iqtisadi böhranlardan qorumuş və dünyanın reyting hesabatlarında öncül yerlərdə dayanmağımıza imkan vermişdir. İndi isə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” icra olunmaqdadır. Milli prioritetlərdə nəzərdə tutulmuş hədəflərdən biri də Böyük Qayıdışın reallaşdırılmasıdır. Torpaqlarımız artıq azaddır. Hal-hazırda azad olunmuş ərazilərimizdə təhlükəsizlik tədbirləri görülür və infrastruktur layihələri sürətlə icra olunur. Azad olunmuş şəhər və kəndlərin Baş planları hazırlanıb təsdiq olunur. “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin icrasına başlanmışdır. Böyük qayıdışımız daha müasir şəraitdə və möhtəşəm olacaqdır. Milli Prioritetlərdə nəzərdə tutulmuş hədəflər isə həm Böyük Qayıdışımızı təmin edəcək, həm də bütövlükdə, Azərbaycanın sosial-iqtisadi inkişafını yeni mərhələyə çıxaracaqdır.
- Azər müəllim, investisiya axınları hər bir ölkənin iqtisadi inkişafının təmini üçün ən vacib faktorlardan biridir. Bu baxımdan gələcəkdə işğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar Azərbaycanın investisiya cəlbediciliyinə hansı əlavələri edəcək?
- Dünyada investisiyalar uğrunda böyük mübarizə gedir. Ölkələr çalışırlar ki, iqtisadiyyatlarına daha çox xarici investisiyalar cəlb olunsun. Xarici investorlar investisiya qoymaq üçün ölkələrdə nəzərdən keçirdikləri bir çox faktorlar var. Bunlar “Davos İqtisadi Forumu” və “Doing Business” hesabatı üzrə açıqlanan reytinq sıaralamaları ilə daha çox əlaqəlidir. Azərbaycan qeyd etdiyim hər iki rejtinq hesabatında dünyada öncül yerlərdə sıralanmışdır. Bu, o deməkdir ki, Azərbaycan iqtisadiyyatı stabildir, ölkədə siyasi sabitlik var, ölkə iqtisadiyyatı rəqabətqabiliyyətlidir və biznesin başlanması üçün dövlət əlverişli şərait təklif edir. İşğaldan azad olunmuş ərazilər xarici investorların cəlbediciliyi baxımından daha əlverişlidir. Bu ərazilər yeraltı və yerüstü sərvətlərlə zəngin olmaqla yanaşı, investisiyaların yatırılması üçün böyük potensiala malikdir. Ölkəmizin biznes fəaliyyətinin qurulması üçün təklif etdiyi şərtlər məqbuldur. Ona görə də düşünürəm ki, işğaldan azad olunmuş ərazilər böyük investisiyaların axacağı məkan olacaqdır.
- Bu günlərdə təməli qoyulan, Azərbaycanın dünya birliyinə təqdim etdiyi yeni əməkdaşlıq formatı kimi dəyərləndirilən Ələt Azad İqtisadi Zonasının perspektivləri barədə fikirlərinizi bilmək istərdik...
- Ələt Azad İqtisadi Zonası ölkəmizin iqtisadiyyatının qeyri-neft sektorunda yeni səhifə açır. Bu ərazi xüsusi qanunlarla idarə olunduğundan investisiyaların cəlbediciliyi baxımından daha əlverişli olacaqdır. Ələt Azad İqtisadi Zonasında infrastruktur dövlət dəstəyi ilə qurulur. Bakı Beynəlxalq Ticarət Limanın bu ərazidə yerləşməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi yerdə inşa olunması Ələt Azad İqtisadi Zonasının əhəmiyyətini daha da artırır. Ələt Azad İqtisadi Zonası sərmayə qoyacaq investorlar üçün gəlir gətirəcək məkan olması ilə yanaşı, ölkəmiz üçün də böyük əhəmiyyətə malik olacaqdır. İlk növbədə, beynəlxalq müasir idarəetmə təcrübəsinə uyğun əlavə dəyər gətirəcək müasir istehsal sahələri qurulacaqdır. Bu ərazidə fəaliyyət göstərəcək şirkətlərlə ölkəmizin şirkətlərinin əməkdaşlığı genişlənəcək və iqtisadiyyatımızın dinamik inkişafına töhfə verəcək. Həm də bu ərazidə ixracyönümlü müasir standartlara cavab verən mallar istehsal olunacaq. Bu ərazi ölkəmizin büdcə gəlirlərinin artmasına töhfə verəcəkdir. Həm də bu ərazidə çoxlu sayda müasir müəsisələrin fəaliyyət göstərəcəyinə diqqət yetirsək, 10 mindən çox yeni iş yerinin yaranacağı haqqında özümüzdə fikir formalaşdıra bilərik və bu da ölkədə işsizliyin azalmasına bir töhfə olacaqdır. Ümumiyyətlə, Ələt Azad İqtisadi Zonasının istifadəyə verilməsi ölkəmizin iqtisadiyyatının neft sektorundan asılılığını azaldacağını və qeyri-neft sektorunun inkişafının sürətləndirəcəyini düşünürəm.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

