Bu gün dünya Prezident İlham Əliyevin yaratdığı yeni hərb modelini öyrənir
25.06.2021 [09:38]
Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov www.yap.org.az saytına müsahibə verib:
- Bəxtiyar müəllim, qarşıdan 26 İyun - Silahlı Qüvvələr Günü gəlir. Yəqin ki, Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra sizin də Ordumuzla, Qələbəmizlə bağlı deməyə sözünüz çoxdur...
- Bəli, ötən ilə qədər əminliklə bildirirdik ki, Qarabağda yeni müharibə başlasa, möhtərəm Prezidentimiz İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyəcək və Ermənistanın layiqli cəzasını verəcək. 44 günlük Vətən müharibəsi bizim bu əminliyimizin praktik şəkildə təsdiqi oldu. Ordumuz düşmənə elə bir layiqli dərs verdi ki, Ermənistan dövləti və onun xalqı bunu heç vaxt unutmayacaq!
Biz bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin timsalında döyüş meydanında qətiyyətlə mübarizə aparan qüdrətli Sərkərdəni gördük. Vətən və xalq yolunda döyüşərək şəhidlik zirvəsinə ucalmağı bacaran Azərbaycan əsgərini gördük. Beşinci nəsil müharibə aparan qüdrətli Ordumuzu gördük və bütün bunların hər biri ilə qürur duyduq, fəxr etdik! Ona görə, qeyd etdiyiniz kimi, deməyə sözümüz, qürur duymağa əməlimiz də çoxdur, çünki biz qalibik, zəfər çalmış xalqıq.
Ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın işğalının bəlli səbəbləri vardı. Biz döyüşləri ona görə uduzmuşduq ki, Qarabağ münaqişəsi başlayan dövrdə Azərbaycana başçılıq edənlər qətiyyətsiz və səriştəsiz idi, ölkənin müdafiəsini təmin etmək qabiliyyətinə malik deyildilər. Vaxtında nizami ordu yaradılmamış, torpaqların müdafiəsi təşkil edilməmişdi və üstəlik, müharibə dövlət səviyyəsində aparılmırdı. Ermənistana gəldikdə, havadarları açıq şəkildə onlara kömək göstərir, silah-sursatla təmin edir, hətta torpaqlarımızı hərbi yolla bizdən alıb onlara verirdilər. Dünya isə “məzlum və zavallı” erməni xalqının arxasında duraraq onu müdafiə edir, bizi günahlandırırdı. Amma deyən yox idi ki, bu xalq “məzlum və zavallı”dırsa, özgə torpaqlarını necə, hansı güclə zəbt edir, Xocalı soyqırımını necə törədir? Heç əhalisinin sayı 3 milyona çatmayan, forpost dövlət özündən güclü, əhalisinin sayı 7 milyon olan bir ölkəni işğal edə bilərmi? Hər şey bir yana, ermənilər özləri də inanmışdılar ki, torpaqları bizdən döyüşərək alıblar, bizdən güclüdürlər.
Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə vəziyyət kökündən dəyişdi. Heydər Əliyevin 1993-cü il noyabrın 2-də etdiyi tarixi müraciətdən sonra vahid komandanlığa əsaslanan ordu yaradıldı. Bu ordu artıq 1994-cü ilin əvvəllərində Murov dağı və Füzuli rayonu istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirmiş, işğal olunmuş ərazilərimizin bir qismini azad etmişdi.
Atəşkəsdən sonra ordu quruculuğu davam etdirildi, hərbi islahatlar həyata keçirildi, yeni qoşun növləri yaradıldı. 2003-cü ildən ölkəmizə rəhbərlik edən cənab İlham Əliyev ordu quruculuğunu uğurla davam etdirdi. Ən mühümü odur ki, bu dövrdə ordumuzun hərbi potensialı artırılarkən Silahlı Qüvvələrimizin arsenalına ən müasir döyüş vasitələrinin cəlb olunmasına, qoşun növləri tərəfindən ən müasir döyüş vərdişlərinin mənimsənilməsinə xüsusi diqqət yetirildi. Təsadüfi deyil ki, son illərdə reytinq agentlikləri Azərbaycanın hərbi imkanlarını yüksək qiymətləndirirdilər.
- 44 gün ərzində Vətən müharibəsinin gedişatını ordumuzun gücünün dəyərləndirilməsi baxımından necə xarakterizə etmək olar?
- Biz ordumuzun hansı gücə sahib olduğunu paradlarda və Aprel döyüşlərində görmüşdük. Nəhayət, Vətən müharibəsi daha bariz göstərdi ki, ölkəmiz necə möhtəşəm hərbi qüdrətə malikdir.
Əvvəla, müharibə ildırım sürəti ilə getdi, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı daim hücumda oldu, bir dəfə də geri çəkilmədi və 44 gün ərzində bu müharibəyə 30 il hazırlıq görüb lovğa və özünə əmin vəziyyətdə dayanan düşməni darmadağın edərək kapitulyasiya sənədinə imza atmağa məcbur etdi.
İkincisi, Azərbaycan yeni strategiya və taktika tətbiq etdi, yeni növ silahlar işlətdi, düşməni vahiməyə salaraq çaş-baş qoydu, erməni ordusunu kütləvi şəkildə qaçmağa, fərarilər dəstəsinə çevrilməyə vadar etdi.
Üçüncüsü, Azərbaycan Ordusu düşmənin ənənəvi və təsirli müdafiə və hücum silahlarını, uzaqvuran toplarını və raket qurğularını, bütün növ zirehli texnikasını elə yerindəcə, hücum mövqeyinə çıxmasına imkan verməyərək dəqiq PUA zərbələri ilə məhv etdi.
Dördüncüsü, Azərbaycan düşmənin qısa vaxt ərzində məhvinə və panikaya düşməsinə səbəb olan ənənəvi taktikanı daha dəqiq və uğurla icra etməklə arxa cəbhə ilə ön mövqelər arasındakı əlaqələri ilk həmlədəcə kəsdi, beləliklə, düşmənə arxadan silah, sursat, canlı qüvvə, ərzaq və digər yardımların gəlməsinin qarşısını tamamilə aldı.
Beşincisi, düşməni gözləmədiyi yerdən və ağlına gətirmədiyi silahlarla vuraraq onun bütün müdafiə sistem və qurğularını əhəmiyyətsiz və mənasız duruma saldı.
Altıncısı, bu ordu Ermənistanın 30 il ərzində istehkamlar, səngərlər qurduğu, bunkerlər tikdiyi müdafiə xətlərini sürətlə ələ keçirərək düşmən qoşunlarını qorxaq və fərarilər dəstəsinə çevirdi.
Ən nəhayət, düşməni psixoloji cəhətdən iflic vəziyyətinə, rəzil, qorxaq, panik durumuna salaraq onu öz əsgərlərini müdafiə səngərlərində zəncirlərlə bağlamağa, bu yolla Azərbaycan Ordusuna müqavimət göstərmək kimi gülünc, vəhşi və qəddar vasitəyə əl atmağa məcbur etdi.
- İkinci Qarabağ müharibəsində Azərbaycanın ortaya qoyduğu nümunə bütün dünyada onilliklər boyu formalaşmış döyüş nəzəriyyələrinə yenidən baxmağa vadar etdi. Bu barədə nə deyə bilərsiniz?
- Tamamilə düz buyurursunuz, İkinci Qarabağ müharibəsi bütün dünyada böyük rezonans doğurdu və bu gün dünya Azərbaycanın hərb təcrübəsindən öyrənir. Bir çox ölkələr Azərbaycanın 44 günlük müharibəsini təhlil edərək özünə dərs götürür. Güclü ordusu olan dövlətlər belə, Qarabağ müharibəsi təcrübəsini əsas tutaraq yenidən silahlanır, ordularında və hərbi əməliyyatların aparılmasında zəruri dəyişikliklər edir, Azərbaycanın taktikasından bəhrələnərək öz ordularında müəyyən dəyişikliklər aparılması zərurətindən danışırlar.
Ona görə Azərbaycanın 44 günlük zəfər müharibəsi tarixə həm də yeni müharibə modeli kimi düşdü. Xarici mediada da bildirilirdi ki, 2020-ci ilin dekabr ayında NATO Berlində fövqəladə və məxfi toplantı keçirərək Azərbaycan Ordusunun zərbə pilotsuz aparatları və digər dronlarla Ermənistan ordusuna qarşı həyata keçirdiyi həmlələri, həmin həmlələrə dair Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntüləri araşdırıb. Hərbi mütəxəssislərin yekun rəyi belə olmuşdur: “Biz silahlanma və müharibə strategiyasında indiyə qədər olduğu kimi davam etsək, uduzacağıq”. Bu kimi fikirləri ayrı-ayrı dövlətlərin generalları, yüksəkçinli hərbçiləri də səsləndirdilər.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ən böyük uğurlarından biri yeni, müasir Azərbaycan Ordusunu yaratmasıdır. Bu ordu işğalçını diz üstə çökdürdü, belini sındırdı. Qalib Azərbaycan həm də yeni hərbi taktika və strategiya, müharibə nümunəsi göstərdi. Bu isə, ilk növbədə, cənab İlham Əliyevin bütün dünya tərəfindən etiraf olunan hərbi qələbəsidir.
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

