Ana səhifə »  Müsahibə »  Bu günümüz və sabahımız Ulu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır
A+   Yenilə  A-
Bu günümüz və sabahımız Ulu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə www. yap. org. az saytına müsahibə verib:
- Arif müəllim, mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü tamam olur. Bu əlamətdar hadisə münasibətilə ölkəmizdə müxtəlif tədbirlər keçirilir, o cümlədən Ulu Öndərimizi yaxından tanıyan şəxslər Onun haqqında xatirələrini bölüşürlər. Bu mənada, siz fenomenal şəxsiyyət olan Heydər Əliyevi necə xatırlayırsınız?
- Azərbaycanın yeni tarixinin bütöv bir dövrü XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmişdir. Bu dövr iki hissədən ibarətdir. Birinci hissə 1969-1988-ci illəri, ikinci hissə isə sonrakı 15 ili əhatə edir. Düzdür, bu dövr ərzində Heydər Əliyev bir neçə il Azərbaycanın dövlət başçısı olmayıb, Bakıda yaşamayıb. Ancaq Ulu Öndər Heydər Əliyev hansı vəzifədə və harada olmasından aslı olmayaraq, Azərbaycanın hər bir şüurlu vətandaşı Onun dövlətçilik məharətinə, xalqına, vətəninə olan sevgisinə inanıb və güvənib.
Ulu Öndər Heydər Əliyevin ilk dəfə 1969-cu ilin yayında Azərbaycana rəhbər seçilməsi ərəfəsində respublikadakı vəziyyəti yaxşı xatırlayıram. Leninqrad şəhərində dissertasiya müdafiə etdikdən və Krasnodar vilayətində bir müddət işlədikdən sonra Bakıya yenicə gəlmişdim. Və özümdən aslı olmayaraq, ora ilə buranı daima müqayisə edirdim. Əfsuslar olsun ki, bu müqayisə heç də bizim xeyrimizə olmurdu. Cəmiyyətdə bədbinlik, ətalət, inamsızlıq əhval-ruhiyyəsi hökm sürürdü. Çoxları düşünürdü ki, həyatın mövcud axarına təsir etmək, onu dəyişdirmək mümkün deyil. Sosial-iqtisadi göstəricilərin əksəriyyətinə görə respublikamız ölkədə axrıncı yerlərdən birini tuturdu. Kənd təssərüfatı və sənaye məhsullarının, demək olar ki, bütün növlərinin istehsalı ilbəil azalırdı.
Ermənistanın respublikamıza qarşı ilk açıq ərazi iddiaları da həmin dövrə aiddir. Bu iddiaların hansı faciəli nəticələrə gətirə biləcəyini əhalinin böyük əksəriyyəti dərk etmirdi. Lakin, bu iddialar şəraiti xeyli kəskinləşdirir, xalqın respublika rəhbərlərinə inamsızlığını daha da artırırdı. Ulu Öndər Heydər Əliyev ictimai-siyasi həyatda yenicə yaranmaq istəyən meyilləri məharətlə sezir və respublikanı qarşıdakı sınaqlara vaxtında hazırlamaq üçün hər şeyi edirdi. Yüksək vəzifəyə seçildiyi ilk günlərdə Azərbaycana ərazi iddiaları ilə əlaqədar olaraq Ermənistan rəhbəri ilə görüşdü. Onların danışıqları barədə heç bir məlumatımız yoxdur, lakin erməni tərəfi anladı ki, Heydər Əliyev dövründə bütün səyləri əbəsdir. Sonrakı 19 il ərzində belə cəhdlər göstərilmədi.
- Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində gördüyü işlər haqqında nə deyə bilərsiniz?
- Ulu Öndər Heydər Əliyev geriliyin, inamsızlığın və sosial ədalətin aradan qaldırmasına nail oldu. 1969-1982-ci illərdə iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklər aparıldı. Kənd təsərrüfatı, yüngül və yeynti sənayeləri və diğər sahələr sürətlə inkişaf etdi, mühüm sosial dəyişikliklər həyata keçirildi, insanların güzaranı yaxşılaşdı. Sənayedə struktur dəyişiklikləri edildi, mövcud sahələr modernləşdirildi. O vaxt sənaye məhsulunun əsas həcmi neft maşınqayırması və neftemalı zavodlarının payına düşürdü. Bu məhsulların keyfiyyəti də yüksək deyildi. Əhalinin rifah halı istehsalın məhdud bir sahəsində işlərin vəziyyətindən asılı edilmişdi. Problem çoxdan yaranmışdı, lakin sahənin müasirləşdirilməsi istiqamətində bir fəaliyyət yox idi.
Heydər Əliyevin rəhbərliyi ilə sənayenin inkişaf proqramı həyata keçirildi. Azərbaycanda elektrotexnika, cihazqayırma, elektronika, dəzgahqayırma kimi mütərəqqi, elm tutumlu sahələrə aid yüzlərlə iri birlik, müəssisə və zavodlar yaradıldı. Energetika, neft kimyası, tikinti sənayesi güclü təkan aldı. Neft maşınqayırması və neftayırma zavodları modernləşdirildi.
Elm, ədəbiyyat, mədəniyyət, incəsənət parlaq inkişaf yolu keçdi. Azərbaycan xalqının mədəni və tarixi irsi geniş təbliğ edildi. Azərbaycanın görkəmli xadimləri ölkədə və onun hüdudlarından kənarda böyük rəğbət qazandılar. Respublikada yeni ali məktəblər və tədqiqat müəssisələri, onlarca kafedra və laboratoriyalar yaradıldı. Ali məktəblərə qəbul xeyli artırıldı. Moskvanın, Leninqradın, Kiyevin və ölkənin diğər şəhərlərinin ali məktəbləri hər il Azərbaycandan əvvəlcə 500, sonralar isə 1000 nəfər gənci qəbul etməyə başladı.
Sovet dövründə, bir qayda olaraq, azərbaycanlılar heç bir hərbi peşəyə yiyələnmirdilər əsasən, tikintidə, digər yardımçı sahələrdə xidmət edirdilər. Misal üçün, hərbi-aviasiyada, pilot ixtisasında bir nəfər də azərbaycanlı yox idi. Əlbəttə, belə halın yaranmasında Azərbaycana qarşı ittifaqda mövcud olan qeyri-səmimi münasibətin də təsiri var idi. Ancaq, açıq deməliyik ki, özümüzdə bu məsələyə heç bir maraq göstərmirdik, hərbi ixtisas üzrə milli kadrların olmasının əhəmiyyətini anlamırdıq. Ulu Öndər Heydər Əliyev azərbaycanlıların hərbi məktəblərə, o cümlədən hərbi-aviasiya məktəblərinə göndərilməsi, onların hərbi ixtisaslara yiyələnməsinə nail oldu. Gəncləri yüksək vətənpərvərlik ruhunda tərbiyə etmək, ölkənin gələcək sınaqlara hazırlamaq məqsədilə müttəfiq respublikaların içində ilk və yeganə hal idi ki, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Bu məsələ yuxarılarda qısqanclıqla qarşılansada, Heydər Əliyevin səyləri nəticəsində öz müsbət həllini tapdı. Azərbaycan kosmanavt hazırlamaq vəzifəsini qarşıya qoydu. Bu məqsədlə ixtisaslaşdırılmış uçuş məktəblərinə onlarca gənc göndərildi.
1978-ci ildə Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan Konstitusiyası hazırlanırdı. Konstitusiya layihəsində ana dilimizə dövlət dili statusu verilməsi nəzərdə tutulurdu. İttifaq rəhbərlərinin bir çoxunda bu fikir ciddi narazılıq doğurdu. Hətta Ukraynanın ovaxtkı rəhbəri, Sovet İKP MK Siyasi Bürosunun üzvü Heydər Əliyevə irad da tutmuşdu. Ancaq bu, Azərbaycanın gələcək müstəqilliyinə yönədilmiş ən sanballı addım idi və Heydər Əliyev bu müddəanın Konstitusiyada təsbit edilməsinə nail oldu.
1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildi. Siyasi Büroya üzv seçildi - Sovet İttifaqı Kommunist Partiyasının ən yüksək pilləsinə. Bu vəzifədə Heydər Əliyevin fəaliyyəti əvvəlki dövrlə müqayisə olunmayan bir miqyas almışdı. Ancaq bu yüksək və məsuliyyətli vəzifədə O, heç vaxt Azərbaycanı unutmur, daim onun sevincinə, kədərinə şərik olur, respublikanın iqtisadi və sosial inkişafı barəsində düşünürdü.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda beynəlxalq miqyaslı kurort və turizm sahəsinin inkişafına dair xüsusi proqram hazırlandı. Proqramda Abşeron yarımadasında və bütün Xəzər boyu müasir istirahət zonasının yaradılması nəzərdə tutulurdu. Gəncədə nəhəng avtomabil zavodunun tikintisi planlaşdırılırdı, bir neçə müasir hərbi sənaye kompleksi müəssisəsi, Elektron Hesablama Maşınları zavodu və diğər obyektlərin inşası nəzərdə tutulurdu. Əfsuslar olsun ki, respublika rəhbərliyinin bacarıqsızlığı, siyasi bəsirətsizliyi nəticəsində bu və başqa obyektlərin inşası başa çatdırılmadı.
- 1990-cı illərin əvvəlində Azərbaycan olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya idi və faktiki olaraq siyasi, iqtisadi böhran dərin tənəzzülə yol açmışdı. Həmin dövrdə həm müstəqilliyin qorunub saxlanması, həm də milli dirçəlişin təməlinin qoyulması istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini necə dəyərləndirirsiniz?
- Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci gəlişi Azərbaycanın müasir tarixində ən faciəli dövrdə - 1993-cü ildə baş verdi. Ölkədə vəziyyət günbəgün pisləşir, hakimiyyət tam iflic vəziyyətə düşürdü. Partiyalar, ictimai-siyasi hərakatlar, nəhayət, bəzi imkanlı adamlar silahlı dəstələr və silahlı birləşmələr yaradırdılar. Kriminal düşüncəli adamlar ağsaqqallıq etmək, dövlət rəhbəri olmaq iddiasına düşür və hətta buna nail olurdular.
Azərbaycan müharibəni açıq-aşkar uduzurdu. Erməni silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin ələ keçirilməsi hamını çaşqın vəziyyətə salmışdı. Cəmiyyətdə müdafiəsizlik və yaşayışın mümkünsüzlüyü ovqatı kütləvi xarakter almışdı. Prezident dönə -dönə Heydər Əliyevə müraciət edərək Bakıya gəlməsini xahiş edirdi.
1993-cu il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi, bir neçə gündən sonar isə prezident Bakıdan qaçdığına görə Milli Məclisin qərarına uyğun olaraq, hakimiyyəti bütünlüklə Öz öhdəsinə götürdü. Azərbaycan tarixində Heydər Əliyev zəmanəsinin ən dinamik, gərgin və səmərəli dövrü başlandı. Ulu Öndər Heydər Əliyevin nəhəng səyləri nəticəsində artıq başlanmış vətəndaş müharibəsinin alovları söndürüldü. Lənkəranda və Gəncədə tabelikdən çıxmış silahlı birləşmələr tərk-silah edildi. Döyüş qabiliyyətinə malik əsl ordu yaradıldı və onun döyüş qüdrəti sayəsində atəşkəs sazişinin bağlanması mümkün oldu.
Xəzər dənizinin neft və qaz ehtiyyatlarının işlənməsi, yeni tranzit xətlərin çəkilməsi, Qədim İpək Yolunun bərpası, diğər transkontinental layihələrin reallaşdırılması nəticəsində Azərbaycana beynəlxalq siyasi və maliyyə marağı yarandı. Republikamız dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Qeyd edim ki, 1992-ci ildə Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. İntellektual elitanın içərisindən çıxmış insanların təşəbbüsü əsasında formalaşan partiya tez bir zamanda respublikanın ən nüfuzlu siyasi təşkilatına çevrildi.
Ulu Öndər Heydər Əliyev iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsirlik tarixində kiçik bir müddətdir. Lakin, bu dövr dövlətçiliyimizin və xalqımızın milli süurunun formalaşmasında tarixi bir mərhələ təşkil edir. Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünyabaxışın yaranması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilmişdir. Biz özümüzü daha inamlı hiss etməyə başladıq, gözümüzdə dəyərlərimiz yüksəldi.
1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı yenicə əldə edilmiş müstəqilliyimizi, dağılmaqda olan dövlətçiliyimizi, hər kəsin və bütövlükdə millətin şərəf və ləyaqətini qorudu. Bu dövürdə demokratik inkişafın əsasları yaradılmaqla, uğurlu iqtisadi siyasət müəyyən edilib, həyata keçirildi.
- Arif müəllim, bu gün müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla davam etdirilir. Bu baxımdan, müasir müstəqil Azərbaycanın hazırkı mənzərəsini necə dəyərləndirirsiniz?
- 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. İdarəçilikdə yeni ideya və yanaşmalar tətbiq olundu. İqtisadiyyatın sürətli inkişafı, ardıcıl, yüksək professionallıqla aparılan səmərəli xarici siyasət, ölkənin maliyyə imkanlarının artmasına, bir çox sosial problemlərin həllinə, ordumuzun müasir hərbi silah-sursatla təmin edilməsinə, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə yüksəlməsinə gətirib çıxardı. Biz yaxşı dərk edirik ki, bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı özül üzərində ucalır.
Sonda, Ermənistanın 1988-ci ildəki rəhbəri Dəmirçiyanın bir çıxışını yada salmaq istəyirəm. Yeravanın Teatr meydanında, o, aşağıdakı sözləri demişdir: “Ey mənim sevimli erməni millətim, biz həlli mümkün olmayan bir işdən yapışmışıq. Yaxşı bilin ki, XX əsrdə türklərin yetişdirdiyi iki qüdrətli adam var : Atatük və Heydər Əliyev. Onlardan ikincisi sağdır. Bütün cəhdlərimizə baxmayaraq, O, çekist məharəti ilə hər tələdən qurtarır. Bilin ki, nə qədər O sağdır, biz nə Qarabağı ala biləcəyik, nə də başqa əraziləri. O, bizdən ağır zərbələr alsa da, Azərbaycan xalqı ən çətin günlərdə yenidən Onu Bakıya gətirəcək və bununlada bizim arzularımız puça çıxacaqdır”. Bu fikrə nə demək olar ?! Yalnız bir kəlmə: “Ay erməni xalqı, yadda saxla ki, Atatürk və Heydər Əliyevlə yanaşı, Türk dünyasının İlham Əliyevi də var!”.

 
  • Oxunub:  3840  |  
  • Tarix:  08-05-2021  |  
  •    Çap et   |  
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir

15 İyun 22:02
Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata bəyanatları qardaş ölkə KİV-lərinin diqqət mərkəzində olub
15 İyun 20:44
Professor Fırat Purtaş: Bu gün imzalanan Şuşa Bəyannaməsi Böyük Zəfərin davamıdır
15 İyun 20:43
Azərbaycan yalnız deyil! Qoy bunu bütün dünya bilsin!
15 İyun 19:38
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni mərhələ başlayır
15 İyun 17:51
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
15 İyun 17:10
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb
15 İyun 16:28
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü
15 İyun 15:39
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
15 İyun 15:08
Müasir Azərbaycan hər birimizin qürur mənbəyidir
15 İyun 15:04
Deputat: Azərbaycan dövlətinin qazandığı nailiyyətlər məhz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
15 İyun 14:10
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb
15 İyun 14:07
Səlcuq Bayraqdar Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib
15 İyun 13:43
Bu günün reallığı sübut edir ki, Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir
15 İyun 11:50
Milli qurtuluşdan başlanan və tarixi qələbəyə aparan yol
15 İyun 11:46
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
15 İyun 11:43
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
15 İyun 10:15
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qazandığımız uğurlar Ulu Öndər Heydər Əliyevin möhtəşəm qayıdışı ilə bağlıdır
15 İyun 08:45
Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsidir
15 İyun 08:42
Azərbaycan və Türkiyə Vətən müharibəsində qazanılan böyük Qələbənin sevincini birlikdə yaşayırlar
15 İyun 08:24
QURTULUŞ TƏNTƏNƏSİ, YAXUD İSTİQLAL SİYASƏTİNƏ DAVAM MİSSİYASI
15 İyun 08:20
Tərəvəzçiliyin inkişafı istiqamətində atılan addımlar mühüm nəticələr verir
15 İyun 08:05
Ermənistanda yeni siyasi kataklizmlər gözlənilir
15 İyun 08:05
Ölkəmizdə koronavirus pandemiyasına qarşı sistemli mübarizə tədbirləri müsbət nəticə verir
15 İyun 07:51
Ankarada Yunus Əmrənin 700 illiyinə həsr olunmuş mərasim keçirilib
15 İyun 07:49
Prezident İlham Əliyevin Tvitterdəki səhifəsində Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib
15 İyun 07:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
14 İyun 21:10
Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı olub
14 İyun 21:02
Brüsseldə Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilib
14 İyun 21:01
Milli Qurtuluş Günü ədliyyə orqanlarında qeyd olunub
14 İyun 21:00
Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı genişləndirir
14 İyun 20:53
Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
14 İyun 20:49
Prezident İlham Əliyev: Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır
14 İyun 20:40
YAP Göyçay rayon təşkilatı “Tarixi qələbəyə gedən yol qurtuluşdan başlayır” adlı videokonfrans keçirib
14 İyun 20:34
YAP Bərdə rayon təşkilatında “Qurtuluşdan qələbəyə” adlı təqdimat mərasimi keçirilib
14 İyun 20:28
YAP Şəmkir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib
14 İyun 20:14
Mingəçevirdə “Ümummilli Lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir” mövzusunda videokonfrans keçirilib
14 İyun 20:11
Bakı Slavyan Universitetində tədbir: Əsrə bərabər gün
14 İyun 20:09
“Xilaskarlıq missiyası”
14 İyun 19:05
YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər
14 İyun 18:56
Binəqədi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan-zəfərə” mövzusunda tədbir keçirilib
14 İyun 18:50
Fəxrəddin Vəliyev: Ulu Öndər Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşüb
14 İyun 18:46
Ağdaşda “Qurtuluşdan başlanan yol” adlı konfrans keçirilib
14 İyun 17:49
Adil Əliyev: Milli Qurtuluş Günü ölkəmizin parçalanmasının qarşısının alınmasının başlanğıc tarixidir
14 İyun 17:46
YAP Gəncə şəhər təşkilatında Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib
14 İyun 17:40
BMT qurumları ilə sosial sahədə əməkdaşlıq son illərdə yeni layihələrlə xeyli genişlənib
14 İyun 17:34
Milli Məclis deputatları Moskva şəhərinə səfər edəcəklər
14 İyun 17:33
YAP Hacıqabul rayon təşkilatı "Azərbaycanın tarixi qələbəsi Heydər Əliyev siyasətinin uğurudur" mövzusunda videokonfrans keçirib
14 İyun 17:32
Səfir: Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır
14 İyun 17:28
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 İyun 17:22
YAP Qaradağ rayon təşkilatı Qaradağ rayon İcra Hakimiyyəti ilə birgə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş videokonfrans keçirib
14 İyun 17:20
Pərvin Kərimzadə: Milli Qurtuluş Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb
14 İyun 17:18
Şahin İsmayılov: Ölkəmiz qlobal proseslərə kifayət qədər böyük töhvələr verir
14 İyun 17:15
Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirinin qalibi olub
14 İyun 17:09
Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının onlayn görüşü keçirilib
14 İyun 16:54
Umayra Tağıyeva: Təbiət istifadəçilərini təbiəti, ətraf mühiti tullantılarla çirkləndirməməyə çağırıram
14 İyun 15:57
Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Günü qeyd edilib
14 İyun 15:56
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb
14 İyun 15:51
YAP Qubadlı rayon təşkilatı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoformatda tədbir keçirib
14 İyun 15:31
Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası təsis edilib
14 İyun 15:24
Yevlaxda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 İyun 15:13
Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
14 İyun 15:02
Təhsil İnstitutu Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq edəcək
14 İyun 14:59
YAP Sumqayıt şəhər təşkilatında şəhid Kərim Əhmədəliyevin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib
14 İyun 14:54
YAP Cəbrayıl rayon təşkilatı Milli Qurtuluş Günü münasibətilə videokonfrans keçirib
14 İyun 14:52
“Azərbaycanla qürur duyuruq”
14 İyun 14:43
Təhsil nazirinin müavini: 2020-2021-ci tədris ili uğurlarla yadda qaldı
14 İyun 14:27
Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi təsis ediləcək
14 İyun 14:25
Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş jurnalistlər və yerli icra hakimiyyətinin nümayəndəsi təltif edilib - SƏRƏNCAM
14 İyun 14:21
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib
14 İyun 14:20
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA