/ / Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə ölkəmizi hərtərəfli inkişaf və tərəqqi yollarında yeni-yeni uğurlara aparır
Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə ölkəmizi hərtərəfli inkişaf və tərəqqi yollarında yeni-yeni uğurlara aparır
20.04.2021 [08:55]
Tahir Məmmədov: Tarixi qurultayımızda baş verən köklü islahatlardan, uğurlu struktur dəyişikliklərindən biri də YAP Veteranlar Şurasının yaradılmasıdır
Müsahibimiz Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Məmmədovdur:
- Tahir müəllim, bu gün Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi müstəqil ölkəmizin qarşısında yeni imkanlar açır. Bu barədə sizin fikirlərinizi bilmək istərdik...
- Əslində, bütün vətənsevər xalqımız kimi mən də ölkəmizin böyük inkişaf mərhələsinin ən önəmli dövrü olan 44 günlük Vətən müharibəsinin, yəni əzəli və əbədi torpaqlarımızın düşmən işğalından birdəfəlik azad edilməsinin xoş və iftixar dolu təsiri altındayam. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə ölkəmizi hərtərəfli inkişaf və tərəqqi yollarında yeni-yeni uğurlara aparır. Ümumilikdə, siyasi, iqtisadi, mədəni, sosial uğurlarımıza bir daha nəzər yetirəndə ölkəmizin son 18 il ərzində beynəlxalq müstəvidə də əldə etdiyi irimiqyaslı uğur və nailiyyətlər göz önündə canlanır.
Burada ordu quruculuğunun intensivləşməsini də, müdafiə sənayesinin nəzərə çarpacaq dərəcədə inkişafını da unutmamalıyıq. Milli birlik, torpaq təəssübkeşliyi, bayraq qüruru, dövlətçilik müqəddəsliyi kimi hisslər, dəyərlər sistemində uğurla formalaşan Azərbaycan gerçəklikləri daha əlvan üfüqlər boyu genişlənməkdədir. Bəli, xalqımız bu gün obyektivliklə hesablanmış siyasi strategiyanı həm diplomatik, həm də taktiki gedişlərin siyasi məhsulu olan əmin-amanlığı və ictimai-siyasi sabitliyi yaşamaqdadır və bu ümidlərlə daha böyük gələcəyə boylanır.
- Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar siyasi sferanı da əhatə edir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi, struktur dəyişikliyi, rəhbər qurumların yeni tərkibinin seçilməsi YAP-ın gələcək fəaliyyətində nə kimi yeniliklər vəd edir?
- Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı çoxminli ümumxalq siyasi toplum olan YAP-ın VII qurultayı siyasi islahatlar fonunda önəmli hadisədir. Ölkə Prezidenti, partiyamızın Sədri möhtərəm İlham Əliyevin həyata keçirdiyi islahatlar daim yeniləşən, gündən-günə inkişaf yollarında yüksələn partiyamızın gücünü daha da artıracaq. Yeni nəfəsli, mütərəqqi fikirli Nizamnaməmiz qəbul edildi. Sevindirici haldır ki, rəhbər qurumlara gənclik həvəsli, intellektual düşüncəli yeni nəsil gəldi. Yeniləşmə, gəncləşmə yeni uğurların başlanğıcı kimi artıq mübarizə meydanındadır. “Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaqdır”, - deyən Prezident İlham Əliyev islahatlarla bağlı siyasi sferanın yeniləşməsi ilə əlaqədar müdrikcəsinə demişdir: “Bəli, gənc nəsil yetişdi, Vətənə sevgi, düşmənlərə nifrət hissi ilə yetişdi. Və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi”. Qəlbə siyasi təpər, xoş duyğular bəxş edən sözlərdir! Bu baxımdan, gəncliyə diqqət və etibar, partiyamızın Sədrinin tövsiyələri ölkənin inkişaf strategiyasının ideoloji, möhkəm dayaqları kimi qəbul olunmalıdır. Doğma partiyamızın VII qurultayında yeni Nizamnamənin yekdilliklə qəbul olunması bizə bir daha əsas verir əminliklə deyək ki, YAP yeniləşmiş formada bundan sonra daha fəal olacaq, ölkə və xalq qarşısında duran şərəfli vəzifələrin operativ icra edilməsi prosesində avanqard olacaqdır.
- Cənab Prezident, partiyamızın Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında proqram xarakterli çıxışı partiya üzvlərinin qarşısında yeni vəzifələr müəyyənləşdirir. Xüsusilə Böyük Qayıdış proqramı, işğaldan azad edilmiş ərazilərimizin bərpası işində partiyamızın üzvlərinin üzərinə hansı vəzifələr düşür?
- Dövlətimizin başçısı, partiyamızın Sədri, möhtərəm İlham Əliyevin gələcək fəaliyyətimiz üçün proqram xarakterli, tövsiyə və əməli tapşırıqlarla bağlı dərin məzmunlu çıxışı yeni, böyük ölkə əhəmiyyətli işlərin vaxtında həyata keçirilməsinə yetkin bir sənəd kimi, dövlət prioritetlərinin hazırlanıb həyata keçirilməsinə tutarlı hüquqi təminat kimi qəbul edilmişdir.
Siz sualınızda “Böyük Qayıdış” sözünü işlətdiniz, çox tutarlı və qəlbaçan ifadədir. Bu hamımızın qəlbini qürur hissi ilə döyündürür. Artıq Böyük Qayıdış başlamışdır. Dövlətimizin və partiyamızın bu kateqoriyadan olan ən xırda detallara belə böyük diqqəti artıq göz önündədir. Partiyamızın ali toplantısında cənab Prezidentimiz açıq-aydın və qətiyyətlə bildirdi ki, müvafiq proqramlar çərçivəsində məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması prosesində partiyamız həmişə öndə olmalı, əsl fədakarlıq göstərməlidir. Həmin fədakarlığın və işgüzarlığın ilk pöhrələri artıq real gerçəklik formasında öz təzahürlərini göstərir.
- Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının fəaliyyətində prioritetlər, əsas məqamlar nədən ibarət olacaq?
- Tarixi qurultayımızda baş verən köklü islahatlardan, uğurlu struktur dəyişikliklərdən biri də YAP Veteranlar Şurasının yaradılmasıdır. Prezidentimiz, YAP-ın Sədri cənab İlham Əliyev qurultayda etdiyi dərin, çoxəhatəli, məzmunlu və proqram xarakterli çıxışında yeni yaradılmış Veteranlar Şurası ilə bağlı “Milli maraqları hər şeydən üstün tutan məşhur 91-lər” haqqında Öz ürək sözlərini ifadə edərək, onların həmin Şurada geniş fəaliyyət göstərəcəklərini qeyd etmişdir. Veteranlar Şurasının fəaliyyətinin əsas prioritetləri, hədəfləri yeniləşən partiyamızın sıralarına qoşulan gənclərə dövlətimizin inkişafı və tərəqqisi yolunda səfərbər olmağı tövsiyə etməkdir. Bu da siyasi partiyamızın tərəqqisi və nüfuzuna ərmağan edilən ən yaxşı töhfələrdən biridir.
Nüfuz dedim, qurultayda baş verən önəmli bir hadisə yadıma düşdü. Partiyamızın siyasi nüfuzuna rəğbət hissi bəsləyərək, onun xalq arasında böyük tutumuna rəğmən, altı siyasi partiyanın könüllülük prinsipləri ilə YAP-a qoşulması bütün qurultay iştirakçılarını məmnun etdi. Partiyamızın ideoloji prinsipləri, milli həmrəyliyə və böyük inkişafa xidmət etmək məqsədləri həmin siyasi toplumları bizim sıralarımıza qoşulmağa sövq etmişdir. YAP-ın yeni-yeni inkişafa, tərəqqiyə doğru iri addımlarla irəliləməsi, siyasi uzaqgörənliyin dərin və məzmunlu yeni mərhələsinin uğurlu başlanğıcıdır.
Sonda onu demək istərdim ki, hamımızı sevindirən cəhətlərdən biri də o oldu ki, təcrübəli ictimai-siyasi xadim, uzun illər Milli Məclisdə səmərəli fəaliyyət göstərmiş Arif Rəhimzadə Veteranlar Şurasına sədr seçildi. Şura elə ilk günlərdən aktiv işə başlayaraq altı nəfərdən ibarət işçi qrupu ilə artıq bir neçə yığıncağını keçirib, işgüzar əməli fəaliyyətə başlayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13

