Ana səhifə »  Müsahibə »  Azərbaycan dövləti ermənilərin qlobal informasiya məkanında yaratdıqları mifləri dağıtmağa nail olub
A+   Yenilə  A-
Azərbaycan dövləti ermənilərin qlobal informasiya məkanında yaratdıqları mifləri dağıtmağa nail olub

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Ramin müəllim, bir neçə gün öncə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri, xarici ekspertlərin suallarına geniş və əhatəli cavabları gündəmin əsas mövzularından biridir. Bu barədə fikirlərinizi bilmək istərdik...
- “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda cənab Prezident İlham Əliyev regionda baş verən proseslərlə bağlı fikirlərini bildirib, dövlətimizin mövqeyi ilə bağlı mühüm mesajlar verib. Şübhəsiz ki, bu, Azərbaycan həqiqətlərinin, ölkəmizin 44 günlük müharibədə qazandığı şanlı qələbə sayəsində regionda yaranan yeni reallıqların dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından böyük önəm daşıyır.
Ümumiyyətlə, Azərbaycan dövləti məqsədyönlü siyasət sayəsində qısa müddətdə ermənilərin qlobal informasiya məkanında yaratdıqları mifləri dağıtmağa nail oldu. Xüsusi olaraq vurğulamaq lazımdır ki, 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyev özünün praqmatik informasiya siyasətini daha da intensivləşdirdi. Xatırladım ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibənin davam etdiyi 44 gün ərzində dünyada böyük populyarlığa malik olan 30-dan çox transmilli media qurumuna müsahibələr verdi. Həmin müsahibələri götürən müxbirlərin bəziləri özlərini açıq-aşkar qərəzli aparır, təhrikedici və ittihamedici suallar verməkdən belə çəkinmirdilər. Ancaq həmin müxbirlər qərəzli suallarına dövlət başçımızdan, bir qayda olaraq, obyektiv və əsaslandırılmış, tutarlı cavablar alırdılar. Prezident İlham Əliyev sözügedən müsahibələr zamanı yüksək natiqlik bacarığı, diplomatik məharət göstərdi.
Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-a yaxın aparıcı transmilli media qurumuna verdiyi müsahibələri, çıxışları, bəyanatları, xarici jurnalistlərlə keçirdiyi 4 saatlıq mətbuat konfransı, son olaraq ADA Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşə qatılması, habelə mühüm beynəlxalq platformalarda söylədiyi nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, O, təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.
Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub. Təsadüfi deyil ki, nüfuzlu ekspertlər Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığını və onları peşəkar formada cavablandırmaq bacarığını, dərin məntiqə, intellektə, diplomatik məharətə malik olmasını, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə geniş məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirir və dövlət başçımızın dünya səviyyəli siyasətçi olduğunu bildirirlər.
Birmənalı şəkildə demək mümkündür ki, istər Vətən müharibəsi dövründə, istərsə də münaqişədən sonrakı mərhələdə Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistanın, erməni lobbisinin, həmçinin Azərbaycanı istəməyən xarici qüvvələrin yalanlarının ifşa edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında çox mühüm rol oynadı. Deyilənlər baxımından dövlət başçımızın ADA Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə verdiyi mesajlar da böyük aktuallıq daşıyır. Prezident İlham Əliyev konfransda çoxsaylı sualları yenə də yüksək diplomatik məharətlə cavablandıraraq Azərbaycanın Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə bərpa işlərinə, infrastruktur quruculuğuna başladığını, eyni zamanda, regional əməkdaşlıq üçün yaranan perspektivlərin reallaşdırılmasından ötrü öz imkanlarını təqdim etməyə hazır olduğunu diqqətə çatdırdı.
- Dövlətimizin başçısı beynəlxalq konfransda ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub. Yeri gəlmişkən, bu günlərdə həmsədrlər bəyanatla çıxış ediblər. Bu bəyanata münasibətiniz necədir?
- Həmin bəyanatla tanışam. Bilirsiniz ki, rəsmi səviyyədə həmsədrlərin bəyanatına münasibət bildirilib. 1992-ci ildən fəaliyyət gösətərən ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir real addım atmadı, əksinə işğalçı ilə işğala məruz qalan tərəfə bərabər münasibət sərgilədi. Bu isə yaddaşlarda daha çox “turist səfərləri edən diplomatlar” kimi qalan ATƏT-in Minsk qrupunun tərəfsizlik prinsipini pozduğunu sübut etdi.
Əslində, Minsk qrupunun həmsədrlərinin bu cür “fəaliyyəti” dolayısı yolla işğalçı Ermənistanın status-kvonu saxlamaq planına dəstək xarakteri daşıyıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Zəfər qazanan Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və bununla da Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Hesab etmək olardı ki, heç olmasa bundan sonra həmsədrlər özlərində güc tapıb düzgün istiqamət götürəcəklər. Lakin görünən odur ki, onlar nə buna cəhd etmir, nədə ki, bundan sonrakı proseslərlə bağlı hər hansı təkliflə çıxış etmirlər.
ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bu məqama toxunan Prezident İlham Əliyev bildirib: “Biz, həmsədrlərin - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın mövqeyinin nədən ibarət olduğunu bilməliyik. Onlar Minsk qrupunun gələcək fəaliyyətini necə görürlər? Çünki bu quruma həmsədrlik edən onlardır. Bu da bizim mövqeyimizdir. Münaqişə öz həllini tapdıqdan sonra problemin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm. Eyni zamanda, Mən bizə artıq Minsk qrupu lazım deyil, çıxın gedin də deyə bilmirəm. Xeyr. Nəyə görə bunu deyim ki? Buna görə Mən onlara diplomatik şəkildə düşünməyi və kreativlik göstərməyi xahiş etdim. Onlar bu 29 il ərzində çox kreativ olublar. Bir az da kreativlik göstərsinlər”.
Beləliklə, Azərbaycan tərəfinin haqlı mövqeyi ortadadır. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Və deməli, həmsədrlər bundan sonra postmünaqişə dövrü üçün hansı addım ata biləcəklərinə dair konkret təkliflərlə çıxış etməlidirlər, ancaq hələ ki, biz bununla bağlı konkret mövqenin sərgiləndiyini görmürük.
- Bakıda Hərbi Qənimətlər Parkı yaradılıb. Sizcə, belə bir parkın yaradılmasının əhəmiyyəti nədən ibarətdir?
- Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin açılışını etdiyi Hərbi Qənimətlər Parkı Vətən müharibəsində parlaq qələbəmizi, düşmənin isə ağır məğlubiyyətini özündə ehtiva edir. İkinci Qarabağ müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuz düşməni diz çökdürdü. Bu, dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Düşmənin və onların havadarlarının ağlına belə gəlməzdi ki, Azərbaycanın vətənpərvər oğulları torpaqlarımızı həm tezliklə, həm də belə bir cəsarətlə işğalçılardan təmizləyəcək.
Uzun illər davam edən diplomatik danışıqların fayda verməməsi, düşmənin davamlı təxribatları Azərbaycan xalqını hərbi yolla torpaqlarını azad etməyə məcbur etdi və möhtəşəm qələbə qazanıldı. Azərbaycanın “dəmir yumruğu” işğalçı Ermənistana elə bir dərs verdi ki, bu işğalçı ölkə tarixboyu onun zərbəsinin ağırlığını unuda bilməyəcək.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri Vətən müharibəsindəki qələbənin əbədiləşdirilməsidir. Vətən müharibəsində tarixi qələbənin əbədiləşdirilməsinə xidmət edən vacib layihələrdən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan Hərbi Qənimətlər Parkının yaradılmasıdır. Hərbi Qənimətlər Parkında təqdim olunan hər bir nümunə Azərbaycan əsgərinin qəhrəmanlığını və rəşadətini tərənnüm edir. Minalanmış sahələr, toxunarkən səs salan tikanlı məftillər, zirehli texnikanın hərəkətinin qarşısını alan dəmir konstruksiyalar və materiallar, dərin xəndəklər, betonlaşdırılmış istehkamlar, bombalardan qorunmaq üçün bunkerlər və onların arasındakı tunellər işğalçıların Azərbaycan Ordusu ilə təmas xəttində yaratdıqları müdafiə mövqeyinin ayrı-ayrı elementləridir. Bu cür gücləndirilmiş müdafiə xəttinin yaradılması, ilk növbədə, onu göstərirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını heç vaxt sülh yolu ilə azad etmək fikrində olmayıb. Bu mənada, ötən il sentyabrın 27-də əks-hücuma başlayan Azərbaycan Ordusunun bölmələri çətin bir şəraitdə döyüşə atılmalı olmuşdular. Buna baxmayaraq, ordumuz əks-hücum əməliyyatlarına başladığı cəbhənin bütün istiqamətlərində elə döyüşlərin ilk günü Ermənistanın əsas müdafiə mövqelərini darmadağın edərək düşməni geri oturtdu. Qəhrəman Azərbaycan əsgərləri işğalçının alınmaz hesab etdiyi istehkamları ilk həmlədə ələ keçirdilər. Bütövlükdə, döyüşlərdə düşmənin yaratdığı bütün mövqelər ard-arda yüksək hərbi peşəkarlıqla darmadağın olundu və işğalçı əsgərlərin böyük qismi məhv edildi. Bununla yanaşı, Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Beləliklə, Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun döyüş əzminin, qəhrəmanlığının təcəssümüdür.

 
  • Oxunub:  5100  |  
  • Tarix:  20-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq
16 May 16:33
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
16 May 16:32
Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir
16 May 15:58
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub
16 May 15:51
Əliabbas Salahzadə: Şuşadan dünyaya ünvanlanan sülh mesajı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi
16 May 15:50
Qeyri-iş günlərində paytaxtda 42 min kvadratmetr sahədə təmir işləri aparılıb
16 May 15:42
“JARA 2022” festivalının tarixi açıqlanıb
16 May 15:40
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb
16 May 15:08
Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq
16 May 14:03
Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib
16 May 14:01
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır
16 May 13:36
Sərhəd pozucularının açdığı atəş nəticəsində şəhid olan hərbçimiz Qubada torpağa tapşırılıb
16 May 13:35
Dövlət sərhədinin pozulması zamanı şəhid olan hərbçimiz Tovuzda dəfn edilib
16 May 12:53
Azərbaycan 89 ölkəyə məhsul ixrac edib
16 May 12:48
Bakıda keçiriləcək dünya yaş qrupları yarışlarında 18 ölkədən 202 gimnast iştirak edəcək
16 May 12:46
Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib
16 May 12:22
Türkiyə mediası Azərbaycan Ordusunun hərbi təlimlərini geniş işıqlandırır
16 May 12:20
Məlahət İbrahimqızı: “Xarıbülbül” festivalı göstərdi ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri regionda və dünyada sülhə bir töhfədir
16 May 12:18
Şahin İsmayılov: “Xarıbülbül” musiqi festivalı mühüm mədəniyyət hadisəsidir
16 May 12:13
Ötən ay Dövlət Miqrasiya Xidmətinə 9254 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
16 May 12:09
Azərbaycanın gözü olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir
16 May 12:05
Şuşadan, Cıdır düzündən dünyaya milli birlik mesajı verildi
16 May 12:03
YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib
16 May 11:42
SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb
16 May 11:40
Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb
16 May 11:36
Birinci sinfə şagird qəbulu üzrə elektron portal yenidən akivləşdirilib
16 May 11:10
DSX-nin iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb
16 May 11:09
Mayın 16-sı QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günüdür
16 May 10:45
“Avro-2020”nin ilk könüllü komandası fəaliyyətə başlayıb
16 May 10:13
Sabah əyani tədris qismən bərpa olunur
16 May 10:01
Azərbaycan Ordusunda təlimlər başlayıb
16 May 09:42
Azərbaycan xalçaları Xorvatiyada nümayiş edilib
16 May 09:05
Leyla Abdullayeva: Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır
14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+15 +20