Ana səhifə »  Müsahibə »  Azərbaycanın hərtərəfli inkişafı prosesində həyata keçirilən islahatlar mühüm rol oynayır
A+   Yenilə  A-
Azərbaycanın hərtərəfli inkişafı prosesində həyata keçirilən islahatlar mühüm rol oynayır

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mixail Zabelin www.yap.org.az saytına müsahibə verib:
- Mixail Yuryeviç, bu gün Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edilib. Hazırda ölkəmizin qarşısında yeni hədəflər dayanır. Bu barədə sizin fikirlərinizi bilmək istərdik...
- 30 il ərzində Azərbaycan Respublikasının ərazilərinin 20 faizi erməni silahlı birləşmələrinin işğalı altında qalıb. 30 il dünya ictimaiyyəti, ATƏT-in Minsk qrupu Ermənistanı məcbur edə bilməyib ki, özünün silahlı birləşmələrini işğal edilmiş torpaqlardan çıxarsın.
Bu məsələnin həllinin uzadılması Azərbaycan xalqında məsələnin sülh yolu ilə həllinə - Azərbaycanın tarixi torpaqlarının geri qaytarılmasında inamsızlıq və narahatlığa səbəb olurdu. Buna görə Prezidentimiz İlham Əliyevin Azərbaycan xalqına müraciəti, bizim Ordumuzun erməni işğalçılarına cavab verməsi və işğal edilən torpaqların azad edilməsi məqsədilə əks-hücuma keçməsi haqqında məlumatlar, dövlət başçısının 27 sentyabr 2020-ci il tarixli inamlı nitqi xalqı ilhamlandırdı və onu öz Prezidentinin - Silahlı Qüvvələrinin Ali Baş Komandanının ətrafında - nəyin bahasına olursa-olsun özünün tarixi torpaqlarını erməni işğalçılarından azad etmək kimi vahid istəklə birləşdirdi.
44 günlük Vətən müharibəsi ərzində bizim igid döyüşçülərimiz düşməni darmadağın etdi və işğal altında olan torpaqlarımızı azad etdi. Və hazırda bizim dövlətimiz və xalqımız qarşısında yeni mühüm vəzifələr - azad edilmiş torpaqlarda qayda-qanun yaradılması, infrastrukturun bərpası, faktiki olaraq təməlinə qədər dağıdılmış binaların, mədəniyyət və tarixi abidələrin yenidən bərpası və nəhayət, öz evlərindən qovulmuş olan məcburi köçkünlərin öz doğma ocaqlarına geri qayıtması imkanının yaradılması durur.
- Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Sizcə, islahatların əhəmiyyəti nədən ibarətdir?
- Qarşıda duran vəzifələrin həlli, şübhəsiz ki, respublikanın ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatının irəliyə doğru bundan sonra da inkişaf etməsini tələb edir. Həmin proseslərin mühüm tərkib hissəsi Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən islahatlardır. Özünün çıxışlarında Prezidentimiz iqtisadiyyatın idarə edilməsinin bütün sistemlərinin yenidən qurulması, çevik və səmərəli nəzarət üsullarının yaradılması, idarəetməyə müasir yanaşmanın tətbiq edilməsi, ölkəmizə müasir texnologiyaların və investisiyaların cəlb edilməsi məsələlərini qarşıya qoyur.
Burada Prezidentimiz ön plana idarəetmənin bütün səviyyələrində - Nazirlər Kabineti, Prezident Administrasiyası, nazirliklərdə, yerli icra orqanlarında kadr islahatlarının aparılması, iqtisadiyyatın idarə edilməsi sisteminə müasir menecmentin cəlb edilməsi üzrə vəzifələri çıxarır ki, bu da şübhəsiz ki, kadr dəyişikliklərinin müsbət nəticələridir. Kadr islahatları fonunda korrupsiya və rüşvətxorluqla, maliyyə pozuntuları ilə mübarizə daha predmetli və ciddi aparılmağa başlamışdır.
- Məlum olduğu kimi, islahatlar siyasi sferanı da əhatə edir. Sizcə, Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın yeni Nizamnaməsinin qəbul edilməsi, struktur dəyişikliyi, rəhbər qurumların yeni tərkibinin seçilməsi YAP-ın gələcək fəaliyyətində nə kimi yeniliklər vəd edir?
- Cənab Prezident, xüsusilə vurğulayıb ki, respublikanın sabit inkişafının əsas amili dövlətin daxili sabitliyidir. Yeni mərhələdə biz siyasi sistemi daha da dərinləşdirməliyik.
Müəyyən islahatlar Yeni Azərbaycan Partiyasını da əhatə edib. Böyük siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən yaradılmış olan bizim partiyamız müxalif partiyasından xalqın lider partiyasına çevrilmiş, öz sıralarında müxtəlif sosial təbəqələri və müxtəlif millətlərdən olan partiya üzvlərini birləşdirərək respublikamızın ictimai-siyasi həyatında sabitləşdirici amil olmuşdur.
Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisə oldu. Partiyada bir sıra müsbət dəyişikliklər baş verdi, partiyanın idarə edilməsinin və onun fəaliyyətinin tənzimlənməsinin yeni çevik mexanizminin yaradılması aktuallaşdı ki, bu da VII qurultayda qəbul edilən partiyanın yeni Nizamnaməsində təsbit edildi.
Struktur dəyişiklikləri, formatın yenilənməsi, İdarə Heyətinin tərkibinin genişləndirilməsi, Veteranlar Şurasının yaradılması partiyanın gələcək fəaliyyəti üçün möhkəm bünövrə qoydu. Altı dost partiyanın bizim partiyaya birləşməsi də bunu sübut etdi. Belə ki, partiyamızın məqsədi, proqram və fəaliyyəti, onun əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedici olmuşdur.
- Mixail Yuryeviç, rəhbərlik etdiyiniz Azərbaycanda Rus İcması ölkəmizdə həyata keçirilən inkişaf siyasətini necə dəyərləndirir?
- Azərbaycanın rus icması siyasi struktur deyil - bu insanların ictimai birliyidir, bütün Azərbaycan xalqının ümidləri ilə daim yaşamış və yaşamaqda olan ölkəmizin çoxmillətli cəmiyyətinin nüvəsidir. Bizim vəzifələrimiz, bütün cəmiyyətimizin qarşısında Prezidentimiz İlham Əliyevin qoymuş olduğu vəzifələrdir - dövlətimizin ictimai-siyasi inkişafına sabitləşdirmə amili gətirmək, bizim xalqımızın ümuminsani dəyərlərini inkişaf etdirmək və daha dərinləşdirməkdir.
Azərbaycanın müxtəlif millətlərdən olan vətəndaşları, o cümlədən ruslar Prezident İlham Heydər oğlu Əliyevə dərindən inanır və hörmət edir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinə səmimi minnətdarlıqla münasibət bəsləyirlər və heç də az əhəmiyyətli deyil ki, öz ölkələri və özünün - səmimi, mehriban, həssas, digər millətlərdən və dinlərdən olan insanlara hörmətlə yanaşan xalqı ilə fəxr edirlər.
Biz öz qardaşlarımız - Azərbaycan xalqı ilə yanaşı azad, demokratik ölkədə yaşayırıq. Biz onun hələ əcdadlarımız tərəfindən bu xalqın qəlbinə yerləşdirilmiş olan yüksək multikulturalizm keyfiyyətlərinə görə səmimi qəlbdən minnətdarıq.
Biz ruslar respublikanın tam hüquqlu vətəndaşları olaraq rus dilindən sərbəst istifadə edir, özümüzün mədəniyyət və ənənələrimizi qorumuşuq, dövlət tərəfindən qayğı ilə qorunan və Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə bərpa edilən xristian pravoslav kilsələrimizi sərbəst şəkildə ziyarət edirik. Respublikada rus dilində olan məktəblər saxlanılmış, respublikanın ali təhsil müəssisələrində rus dilində olan fakültələr fəaliyyət göstərir. Azərbaycanın 120 minlik rus əhalisi heç bir zaman və heç bir məsələdə sıxışdırılma və ya özünün vətəndaş hüquqlarının məhdudlaşdırılmasını hiss etmir və Azərbaycan xalqına dərin minnətdarlıq hissini yaşayır.
Azərbaycan - bizim doğma torpağımızdır, bura bizim Vətənimizdir. Məhz buna görədir ki, rus gəncləri, eləcə də digər millətlərdən olan gənclər Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də heç düşünmədən bizim ölkəmizin ərazi bütövlüyünün qorunması üçün azərbaycanlı qardaşları ilə çiyin-çiyinə dayandı, bir çoxları xalqın xoşbəxtliyi və rifahı naminə həyatlarından keçdi.
Yeni mərhələdə bizim dövlətimizin bütün cəmiyyətinin nüvəsi kimi rus icmasının vəzifələri ölkəmizin bundan sonrakı inkişafında, millətlərarası dialoqun dərinləşdirilməsində, dövlətimizin maraqlarının qorunmasında, bizim tarixi qələbəmizə ləkə vurmağa yönələn təxribatçı addımların ifşa edilməsində yaradıcılıqla iştirak etməkdir.

 
  • Oxunub:  3390  |  
  • Tarix:  16-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq
16 May 16:33
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
16 May 16:32
Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir
16 May 15:58
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub
16 May 15:51
Əliabbas Salahzadə: Şuşadan dünyaya ünvanlanan sülh mesajı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi
16 May 15:50
Qeyri-iş günlərində paytaxtda 42 min kvadratmetr sahədə təmir işləri aparılıb
16 May 15:42
“JARA 2022” festivalının tarixi açıqlanıb
16 May 15:40
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb
16 May 15:08
Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq
16 May 14:03
Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib
16 May 14:01
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır
16 May 13:36
Sərhəd pozucularının açdığı atəş nəticəsində şəhid olan hərbçimiz Qubada torpağa tapşırılıb
16 May 13:35
Dövlət sərhədinin pozulması zamanı şəhid olan hərbçimiz Tovuzda dəfn edilib
16 May 12:53
Azərbaycan 89 ölkəyə məhsul ixrac edib
16 May 12:48
Bakıda keçiriləcək dünya yaş qrupları yarışlarında 18 ölkədən 202 gimnast iştirak edəcək
16 May 12:46
Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib
16 May 12:22
Türkiyə mediası Azərbaycan Ordusunun hərbi təlimlərini geniş işıqlandırır
16 May 12:20
Məlahət İbrahimqızı: “Xarıbülbül” festivalı göstərdi ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri regionda və dünyada sülhə bir töhfədir
16 May 12:18
Şahin İsmayılov: “Xarıbülbül” musiqi festivalı mühüm mədəniyyət hadisəsidir
16 May 12:13
Ötən ay Dövlət Miqrasiya Xidmətinə 9254 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
16 May 12:09
Azərbaycanın gözü olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir
16 May 12:05
Şuşadan, Cıdır düzündən dünyaya milli birlik mesajı verildi
16 May 12:03
YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib
16 May 11:42
SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb
16 May 11:40
Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb
16 May 11:36
Birinci sinfə şagird qəbulu üzrə elektron portal yenidən akivləşdirilib
16 May 11:10
DSX-nin iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb
16 May 11:09
Mayın 16-sı QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günüdür
16 May 10:45
“Avro-2020”nin ilk könüllü komandası fəaliyyətə başlayıb
16 May 10:13
Sabah əyani tədris qismən bərpa olunur
16 May 10:01
Azərbaycan Ordusunda təlimlər başlayıb
16 May 09:42
Azərbaycan xalçaları Xorvatiyada nümayiş edilib
16 May 09:05
Leyla Abdullayeva: Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır
14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+15 +20