Ana səhifə »  Müsahibə »  Azərbaycan dövləti erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir
A+   Yenilə  A-
Azərbaycan dövləti erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov www.yap.org.az saytına müsahibə verib:
- Cavid müəllim, bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə bütün infrastruktur, o cümlədən tarixi abidələrimiz erməni vəhşiliyinə məruz qalıb. Bu vandalizmin dünyaya çatdırılması üçün görülən işlərin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir. Amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə bizim tarixi keçmişimizə əl uzatmağa və bir sıra milli adətlərimizi özününküləşdirməyə çalışıb, ərazilərimizdəki qədim alban-xristan abidələrini erməni “irsi” kimi təqdim etməyə cəhd ediblər və s.
Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün maddi, mədəni, tarixi və dini abidələr məhv edilib. Ermənistan Azərbaycan xalqının irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Təkcə onu demək kifayətdir ki, ermənilər tərəfindən bu dövrdə 70-ə yaxın məscid, çoxlu sayda mədəni-tarixi abidə məhv edilib. Ermənilərin bu vandallığı xalqımızın mədəni-tarixi irsinə qarşı soyqırımıdır. Azərbaycan Ermənistanın bu cinayətləri haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və onlardan bu cinayətin qarşısının alınmasını tələb edib. Amma Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi dövrdə beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib.
44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq. Təbii ki, Azərbaycan dövləti Ermənistanın mədəni-tarixi irsimizə, dini abidələrimizə vurduğu ziyanın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Cənab Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə vacib layihələr həyata keçirir.
Bütövlükdə, cəmiyyətimiz bu prosesdə fəaldır. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərimizə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV-lərin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri təşkil olunur. Bu günlərdə İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun və Türk Şurasının nümayəndələri də bu ərazilərə səfər edərək real vəziyyətin əyani şahidi oldular. Bu səfərlərin təşkil olunmasının məqsədi erməni vandalizminin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.
Əlbəttə ki, Ermənistanın bu cinayətləri cavabsız qalmayacaq. Dövlətimiz tərəfindən bu cinayətlər sənədləşdirilərək müvafiq beynəlxalq təşkilatlara təqdim olunur. Ermənistan törətdiyi bütün cinayətlərinə görə cəzasını almalıdır və alacaq.
- Bir sıra beynəlxalq təşkilatlar və ölkələr erməni vandalizminə qarşı susqunluq nümayiş etdirirlər. Amma hansısa “erməni kilsəsi”nin guya dağıdılması ilə bağlı yanlış mövqedən çıxış edirlər. Buna münasibətiniz necədir?
- Qeyd etdiyim kimi, Ermənistan vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində bütün mülki, dini, mədəni obyektləri dağıdıb. İndi Azərbaycanın erməni vandalizminin mahiyyətinin və törədilmiş hərbi cinayətlərin ifşa edilməsi istiqamətində beynəlxalq miqyasda apardığı işə əngəl olmaq üçün erməni tərəfi dezinformasiyalar yayır. Məqsəd beynəlxalq ictimai rəyi çaşdırmaqdır.
Yəqin ki, Cəbrayıl rayonunda guya “kilsənin yoxa çıxması” məsələsini nəzərdə tutursunuz. Bu, kilsə deyil. Cəbrayıldakı məlum “ibadətgah” beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarında Ermənistanın 30 illik işğalı dövründə qeyri-qanuni şəkildə inşa edilib. 1993-cü ildə baş vermiş erməni işğalına qədər həmin ərazilər yalnız etnik azərbaycanlılar yaşayıb. “İbadətgah” 2017-ci ildə- Ermənistanın Cəbrayılda və Azərbaycanın digər işğal olunmuş bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irsini dağıtdığı bir dövrdə tikililb.
2017-ci ildə Azərbaycan dövlətinin Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətindən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Cəbrayıldakı “ibadətgah”da olublar. Həmsədrlər bu səfərdən sonra həmin tikilinin Cəbrayıldakı hərbi birləşmənin bir hissəsi olaraq erməni əsgərləri tərəfindən istifadə edilməsi üçün inşa edildiyi qənaətinə gəldilər. Ona görə də, bir neçə il öncə işğalçı ermənilərə xidmət etmək üçün inşa olunan bu tikili mədəniyyət tarixinin bir hissəsi hesab edilə bilməz. Bu qanunsuz bir tikilidir.
Bu məsələ ilə bağlı saxta narahatlıq ifadə edən, hay-küy qaldırmaq istəyənlər isə Qərb ölkələrindəki müəyyən dairələrdir. Hansı ki, onlar erməni lobbisi, anti-azərbaycançı mərkəzlər tərəfindən idarə olunurlar. Həmin dairələrin məqsədi ölkəmizin haqlı davasından diqqəti yayındırmaq, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdır. Təəssüf ki, biz zaman-zaman belə ikili standartlarla üzləşirik. Bizim tarixi abidələrimizin məhv olunması ilə bağlı qərb ölkələrinin susqunluq nümayiş etdirməsinin əsasında da ikili standartlar dayanır. Amma Azərbaycan doğru yoldadır. Nə qədər belə haqsızlıqlarla üzləşsək də, biz hədəflərimizə doğru inamla irəliləyirik. Haqq nazilər, amma üzülməz. Azərbaycan dövləti və xalqı Ermənistanın cinayətlərinin, saxtakarlığının ifşa edilməsi istiqamətində bundan sonra da qətiyyətli addımlar atacaq.
- Ermənistanın daha bir cinayəti Şuşaya “İsgəndər” raketinin atılmasıdır...
- Azərbaycan Ordusu 44 günlük hərbi əməliyyatlar zamanı döyüş meydanında tarix yazaraq düşmənə ağır zərbə vurdu. Hərbi əməliyyatlar zamanı sarsıdıcı zərbələr alan Ermənistan ordusu, xüsusilə bu ölkənin hərbi-siyasi rəhbərliyi ağır məğlubiyyətin acığını çıxmaq üçün müharibə cinayətləri törətməklə məşğul idi. Gəncə, Mingəçevir, Bərdə, Qəbələ, Tərtər və Xızı kimi döyüş bölgəsindən 100 kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımızı, mülki əhalimizi hədəf alaraq raket zərbələrinin endirilməsi, nəticədə, dinc əhalinin amansızcasına qətlə yetirilməsi müharibə cinayətləridir, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən növbəti terror aktıdır. Bu qanlı cinayətin törədilməsi zamanı qadağan olunmuş silahlardan istifadə edilməsi isə beynəlxalq konvensiyalara ziddir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə cinayətlər törətməsində əsas məqsədlərdən biri Azərbaycanda insanlar arasında qorxu yaratmaq idi.
Ermənistanın hərbi əməliyyatlar zamanı mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan və ballistik raketlərdən istifadə etməsi, əslində, düşmən ordunun və onun rəhbərliyinin acizliyindən xəbər verir. Şuşanın işğaldan azad edilməsi dünya hərb tarixində yeni səhifədir. Xüsusi təyinatlı dəstələr Şuşa şəhərini yüngül silahlarla, heç bir ağır silah və artilleriyadan istifadə etmədən düşməndən azad ediblər. Ermənistan nə edirdi? Şuşada ağır artilleriya - top və tanklardan istifadə edirdi. Şuşaya “İsgəndər-M” raketinin atılması Ermənistanın hərbi-siyasi rəhbərliyinin növbəti cinayət əməlidir. Hərbi ekspertlərin qənaətinə görə, Ermənistanda “İsgəndər” raketinin “E” versiyası olmalıdır. Ancaq biz buna ilkin mərhələdə tam əmin ola bilmərik ki, Ermənistan tərəfi “İsgəndər-M” raketlərini əldə etməyib. Çünki həm hərbi əməliyyatlardan əvvəlki dövrdə, həm də hərbi əməliyyatlar zamanı Ermənistana qanunsuz yollarla silahlar daşınırdı. Odur ki, “İsgəndər-M” raketlərinin Şuşa ərazisinə atılması məhz Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin işi olması güman edilir.
Şuşa ərazisinə “İsgəndər-M” raketinin atılması dünya mətbuatında kifayət qədər rezonans doğurub və birmənalı qarşılanmayıb. Müvafiq qurumlar tərəfindən məsələ ilə bağlı araşdırmalar aparılır.

 
  • Oxunub:  3180  |  
  • Tarix:  13-04-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib
16 May 18:31
Təlimə cəlb edilən tank bölmələri tapşırıqları yerinə yetirirlər
16 May 18:07
Bəxtiyar İslamov: “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual potensialının sərgilənməsi idi
16 May 18:04
Qarabağ Müharibəsi Cinayətlərini Araşdırma Komissiyasının ilk iclası keçirilib
16 May 17:39
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Ağstafa rayonunda şəhid ailəsini ziyarət ediblər
16 May 17:33
Raket və artilleriya bölmələri təyin olunmuş marşrutlarla hərəkət edir
16 May 17:17
Milli Məclisin deputatı Vüqar Bayramov və Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov "Yeni TV"-nin canlı yayımında
16 May 17:16
Azərbaycanda koronavirus infeksiyasından 1122 nəfər müalicə olunaraq sağalıb
16 May 16:38
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir
16 May 16:36
Deputat: Yeni dəmir yolunun istifadəyə verilməsi Qəbələyə səfər edən turistlərin sayının artmasına gətirib çıxaracaq
16 May 16:33
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düşüb
16 May 16:32
Sevinc Hüseynova: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi böyük əhəmiyyətə malik olan tarixi hadisədir
16 May 15:58
Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq turizm sərgisində təbliğ olunub
16 May 15:51
Əliabbas Salahzadə: Şuşadan dünyaya ünvanlanan sülh mesajı Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiqlədi
16 May 15:50
Qeyri-iş günlərində paytaxtda 42 min kvadratmetr sahədə təmir işləri aparılıb
16 May 15:42
“JARA 2022” festivalının tarixi açıqlanıb
16 May 15:40
Türkiyəyə göndərilən daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb
16 May 15:08
Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyəti İtaliyada səfərdə olacaq
16 May 14:03
Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib
16 May 14:01
Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır
16 May 13:36
Sərhəd pozucularının açdığı atəş nəticəsində şəhid olan hərbçimiz Qubada torpağa tapşırılıb
16 May 13:35
Dövlət sərhədinin pozulması zamanı şəhid olan hərbçimiz Tovuzda dəfn edilib
16 May 12:53
Azərbaycan 89 ölkəyə məhsul ixrac edib
16 May 12:48
Bakıda keçiriləcək dünya yaş qrupları yarışlarında 18 ölkədən 202 gimnast iştirak edəcək
16 May 12:46
Növbəti əyani müayinədə daha 12 nəfərin diaqnozunun və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib
16 May 12:22
Türkiyə mediası Azərbaycan Ordusunun hərbi təlimlərini geniş işıqlandırır
16 May 12:20
Məlahət İbrahimqızı: “Xarıbülbül” festivalı göstərdi ki, Azərbaycan xalqının erməni faşizmi üzərindəki Zəfəri regionda və dünyada sülhə bir töhfədir
16 May 12:18
Şahin İsmayılov: “Xarıbülbül” musiqi festivalı mühüm mədəniyyət hadisəsidir
16 May 12:13
Ötən ay Dövlət Miqrasiya Xidmətinə 9254 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib
16 May 12:09
Azərbaycanın gözü olan Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi Zəfər yürüşümüzün təntənəsidir
16 May 12:05
Şuşadan, Cıdır düzündən dünyaya milli birlik mesajı verildi
16 May 12:03
YAP Səbail rayon təşkilatında Müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib
16 May 11:42
SOCAR-ın prezidenti Türkmənistanın dövlət başçısı ilə görüşüb
16 May 11:40
Xocavənd rayonu ərazisində silah-sursat aşkarlanıb
16 May 11:36
Birinci sinfə şagird qəbulu üzrə elektron portal yenidən akivləşdirilib
16 May 11:10
DSX-nin iki hərbçisinin həlak olması ilə bağlı cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb
16 May 11:09
Mayın 16-sı QİÇS Qurbanlarının Ümumdünya Xatirə Günüdür
16 May 10:45
“Avro-2020”nin ilk könüllü komandası fəaliyyətə başlayıb
16 May 10:13
Sabah əyani tədris qismən bərpa olunur
16 May 10:01
Azərbaycan Ordusunda təlimlər başlayıb
16 May 09:42
Azərbaycan xalçaları Xorvatiyada nümayiş edilib
16 May 09:05
Leyla Abdullayeva: Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır
14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+26 +31
gecə+15 +20